Cüme axşami, 22/Февраля/2018, 21:11
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 63
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............
Главная » 2012 » Noyabr » 30 » Sevimli Peyğemberimizin (s)
09:23
Sevimli Peyğemberimizin (s)
 
 
Peyğemberimizin (s) şəhvətlə
bağlı nigaranlığı

1.Həzrət Peyğəmbərimiz (s) həvayi-nəfsə tabeüilikden nigaran idi.
Əziz Peyğəmbərimizin (s) nigaranlıqlarından biri də ümmətinin həvayi-nəfsə tabe olmasına görə idi. O cənab bu barədə buyurur:
Mənim ümmətim barəsində qorxum üç şeydədir:
Alimin büdrəməsi, zalımın hakimiyyətə gəlməsi və həvayi-nəfsə itaət.
Yenədə buyurur:
Mənim ümmətim üçün qorxduğum şey onların həvayi-nəfsə itaətidir. Çünki həvayi-nəfs və şəhvətə itaət onları Allahı yad etməkdən saxlayar.
Ona görə ki, bəzi əvvəlkı ümmətlərə namaza yüngül yanaşdıqlarına və şəhvətə itaət etdiklərinə görə əzab gəlmişdir. Quran onlar barəsndə belə buyurur:
Onlardan sonar namazı tərk edib şəhvətə uyan bir nəsil gəldı. Onlar (Cəhənnəmdəki) Ğəyy dərəsinə düşəcəklər.
Halbuki, dünya və ona aid olanlar insanın ona ürək bağlamasına laiq deyildir. Nəql olunur ki, bir gün Həzrət Əli (ə) Cabir ibn Abdullahın (səhabə) dərindən ah çəkdiyini eşitdi. Həzrət ona buyurdu:
Ey Cabir! Nə üçün belə ah çəkirsən?! Dünyaya görədirmi?
Cabir dedi: Bəli.
Əli (ə) buyurdu: Ey Cabir! Dünya ləzzətləri yeddi növdür:
Yeməlilər, içməlilər, libas, evlilik və cinsi yaxınlıq, minik vasitələri, iyləməlılər və eşitməlilər.
Dünyanın ən ləzzətli yeməyi baldır. Bu bir həşəratın ağız suyudur.
Ən yaxşı içməlisi sudur. O isə çoxdur və cərəyan edərək yer üzündə insanların ehtiyacını ödəyir. Bu da ki, ah və həsrət istəmir.
Dünyanın ən yaxşı libası ipəkdir. O isə bir qurdun ağız suyunnan ibarətdir.
Ən yaxşı cinsi əlaqə qadınla olanıdır. O da iki sidik gələn üzvün bir-birinə daxil olmasıdır. Camaatın qadınla evlənməkdə ən yaxşı məqsədi, onlarda olan ən pis üzvə görədir.
Ən yaxşı minik atdır. O da ki, sahibini yerə çırparaq qətlə yetirir.
Ən yaxşı iyıəməli müşkdür. O da bir heyvanın (ceyranın) göbəyində olan xarab olmuş qandan başqa bir şey deyil.
Ən yaxşı eşitməli avaz ğinadır. O da ki, haramdır.
Elə isə ləzzətləri bu cür olan bir dünyaya, əli çatmadığına görə heç bir ağıllı şəxs ah çəkməz.
Cabir deyir: Allaha and olsun, Əli (ə) dünyanın ləzzətlərini mənim üçün belə təsvir etdikdən sonar bird aha dünya və onun ləzzətləri mənim nəzərimdə cilvələnmədi. Daha dünyanın həsrətini çəkmədim.

Категория: Məqalələr | Просмотров: 778 | Добавил: Muntezir | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: