Cüme, 19/Октября/2018, 03:18
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............
Главная » 2013 » İyun » 11 » Allahın adlarının açıqlaması
09:16
Allahın adlarının açıqlaması
 
 
 
HAADİ

Ya Haadi! Sənsən qəlblərimizə haqq yolunu göstərən. Sənsən
vicdanımıza haqqı bəlli edən, hidayətini yar et mənə, Sənə
olan yolu yol et mənə, lütfünü bol et mənə!

NUR

Ya Nur! Sən varlıq aləminin nurusan. Gözə baxış verən sirr
Səndəndir, könüllərə nəşə verən sevinc Səndəndir, hər
parlayan işıq da Səndəndir. Səninlə nurlanır qəlbim,
Səninlə aydınlanır ağlım, nurunu yağdır mənə!

NAAFİ

Ya Naafi! Yoxkən var edişin mənə elə bir faydadır ki, sanki
kömürü almaza çevirmisən. Vicdanıma saxladığın sirr elə bir
cövhərdir ki, Adəmin (ə.s) peşmanlığını açıq edən dua
kimi. Qəlbimə qoyduğun məhəbbət elə dəyərlidir ki, İ
brahimə (ə.s) atəşi sərin edən sirr kimi. Mənə bəxş etdiyin
həyat elə bir kövsərdir ki, İsanın (ə.s) ölüləri diriltdiyi
toxunuşu kimi. Dərimə verdiyin afiyət elə bir məlhəmdir ki,
Eyyubun (ə.s) yaralarını sağaldan dərman kimi. Gözlərimə
dəyən nəzərin elə bir işıqdır ki, Yunusu 3 qaranlıqdan
çıxaran nur kimi. Üzümə təbəssümü qoyan yaradışın elə
gözəldir ki, Yusufun (ə.s) üzünə qoyduğun gözəllik kimi.
Mənə vəd etdiyin Cənnət elə bir müjdədir ki, Muhəmmədin
(s.a.a.s) canlar oxşayan təbəssümü kimi. Hər bir xeyir Sənin
əlindəndir, qatındakı xeyrə çatdır məni! Hər bir mənfəət
Sənin miqdarınladır, mərhəmtinlə mənfəət ver mənə! Hər
bir fayda Sənin izninlə gələr, lütfünlə faydalandır məni!
Sənsiz məndən mənə çarə yoxdur, Sənin yaxşılığına
ehtiyacım var. Sənsiz kimsədən kimsəyə fayda yoxdur, mənə
qəlbi təmiz olan lazımdır.

BARR

Ya Barr! Zərər də, fayda da Sənin izninlə olur. Zərərə izn
verməndə də bir hikmət vardır. Sən haqqımda zərər
istəməzsən. Yaxşılıq Səndəndir, pislik isə özümdəndir.
Yaxşılığa macalım yoxdur, Sən yaxşılaşdır məni! Zərər
kimi görünsə də, Sənin təqdir etdiyin həmişə faydalıdır. Ö
zümə fayda verə bilmirəm, zərərdən qurtar məni!

MAANİ

Ya Maani! Sən mane olsan, heç kim maneçilikləri aradan qaldıra
bilməz! Sən əngəlləri qaldırsan heç bir şey əngəl yarada
bilməz! Mən mənə gərək olanı bilməm. Hikmətli Sənsən,
Sənə gəlməmə əngəl olan şeylərdən məhrum et məni!

MÜĞNİİ

Ya Muğnii! Bütün zənginliklər Sənin ikramındır. Yalnız
əlimizdə olanlar deyil, əlimiz də Sənin ikramındır. Sadəcə
sahib olduqlarımız deyil, varlığımız da Sənin ikramındır.
Hər zənginin zənginliyi Səndəndir, başqalarına əl açdırma
məni! Yalnız Sənə qarşı fəqir olanlardan et məni və
yoxsulluq qorxusundan azad et nəfsimi! Nəyim varsa Sənin verdiyini
bilənlərdən et məni! Kainata dilənçi etmə qəlbimi, nazlı bir
qonağın olaraq qəbul et iki dünyada da məni!

ĞANİY

Ya Ğaniy! Elə zənginsən ki, nə lütfünü qazanmaq nə də
ehsanına layiq olmaq gərəkdir. Əlim istədiklərimə yetişmir,
qəlbimin arzuları da bitmir. Kainat xəyallarıma dar gəlir, amma
dilimə sadəcə dua dəyir. İstəsəm ancaq Səndən istərəm.

CAAMİ

Ya Caami! Sən İbrahimin (ə.s) quşlarını dağ başlarından
geri toplayansan, az olan savablarımı da topla hesab günü
gəldiyində! Bütün yaxşılıqlar Sənin qatındadır, yetərsiz
olan yaxşılıqlarımı topla hesab günü gəldiyində! Yoxluğu
varlığın alnına şəbnəm edən Sənsən. Kərəm et, məni və
qardaşlarımı yaxşıların məclisində bir yerə topla!

MUQSİT

Ya Muqsit! Haqq Sənin yanındadır, haqlıların haqqı Sənin
qatındadır. Hər möhtaca payını verən Sənin ədalətindir,
payıma düşənə razı et məni, Öz fəzilətindən bol ver mənə!

ZUL-CƏLALI VƏL-İKRAM

Ya Zul-Cəlali vəl-İkram! Sən Kərəmini Cəlalınla
Göstərirsən. Lütfün elə çoxdur ki, bir damla suya min həyat
bəxş edərsən. Görünmürsən, amma zühurunun şiddətindən
gözlərdən gizlənirsən, cəmalını kərəminlə göstərirsən.
Sən ən sevgili qulunu (s.a.a.s) bizlərə elçi etmisən, ən sevgili
qulunu ən sevimli et mənə! Qaranlıqlarımı dağıt, nur et məni!

MALİKƏL-MULK

Ya Malikəl Mulk! Mülk Sənindir və Mülkündə dilədiyini
edərsən. Sənindir mülk, dilədiyini mülkünə daxil edərsən.
Bədənim Sənin mülkündəndir, hücrə-hücrə tək sahibim
Sənsən! Qəlbim Sənin əlindədir, üsyanda da, itaətdə də tək
sahibim Sənsən! Sözüm Sənin verdiklərindəndir, susduğumda da,
danışdığımda da tək sahibim Sənsən! Ruhum Sənin
əmrindədir, həyatımda da, ölümümdə də tək sahibim Sənsən.
Yoxluğumda da, varlığımda da tək Sahibim Sənsən. Mülkünün
xaricində bir yer yoxdurki çıxa biləm, başqa qapı yoxdurki
döyüm, yanına al məni!

ƏR-RAUF

- Ya Rauf! Yoxluğumda belə məni sorub var edənsən. Sən bütün
mərhəmətlilərin ən mərhəmətlisisən. Cəmalınla iltifat et
mənə, rəfətinlə müamələ et mənə!

ƏL-AFUVV

Ya Afuvv! Sən əfv edənsən, Sən əfv etməyi sevirsən, Sən
sevərək əfv edərsən. Sənin mərhəmətli baxışın bütün
günahları silib süpürər. Sənin əfvinin kölgəsində bütün
günah dəftərləri yanıb kül olar. Sən əfv etməyi o qədər
çox sevirsən ki, günahımı istəsən əfv edəcəyini bilsəm də
yenə əfv edərsən məni. Sən elə nəzakətlə əfv edərsən ki,
öz yaddaşımdan da silərsən işlətdiyim günahı, məhcub
etməzsən məni. Xətalarım var etiraf edirəm, qüsurlarım
çoxdur qəbul edirəm, üsyanlar etmişəm bilirəm, çox unutdum
utanıram. Unutduğumu da unutmuşammış, indi xatırlayıram,
əfvini umuram.

ƏL-MUNTƏQİM

Ya Muntəqim! Sən üsyana və inkara çox şiddətli qarşılıq
verirsən, intiqamın haqdır Sənin. Sən məzlumların ahını
eşidən və əzilənlərin halını görənsən, Cəhənnəmin
haqdır Sənin. Sən dilədəyini rəhm edər, dilədiyinə əzab
verərsən, ədalətin haqdır Sənin. Nəfsimi üsyandan uzaq tut,
nəfsimin əlinə buraxma məni! Qəlbimi üsyandan uzaq tut, ən
gözəl hala yönəlt qəlbimi. Zalimdən və zülmdən uzaq tut,
ədalitinə razı et məni! Ədalitini ver, qəzəbindən uzaq tut,
lütf et mənə!

Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir
varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına
deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram.
Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları
davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları
möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İ
lah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri
olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən,
cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi.
İnşaALLAH ardı olacaq!

Категория: Məqalələr | Просмотров: 795 | Добавил: ilkin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Bütün smayllar
Код *: