Bazar ertesi, 23/Oktyabr/2017, 05:31
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 63
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............
Главная » 2013 » Oktyabr » 7 » 7 Oktyabr Zilhiccə ayının 1-i Hicrətin 2-ci ilində Həzrəti Əli (ə) ilə Xanım Fatimeyi Zəhranın (s.ə) izdivac gunudur!
10:14
7 Oktyabr Zilhiccə ayının 1-i Hicrətin 2-ci ilində Həzrəti Əli (ə) ilə Xanım Fatimeyi Zəhranın (s.ə) izdivac gunudur!

7 Oktyabr Zilhiccə ayının 1-i Mübarək bir tarixdir. Hicrətin 2-ci ilində Həzrəti Əli (ə) ilə Xanım Fatimeyi Zəhranın (s.ə) izdivacı bu gündə baş vermişdir. Bu münasibətlə bütün sevib sevilənləri və Əhli-Beyt aşiqlərini təbrik edirik. Allah-taala bütün ailələri Xoşbəxt, cəmiən subaylara gözəl və imanlı ailə qismət eləsin inşallah. 

Vudular Şahimi mehrabi ibadətdə belə, 
Bu qəmə göydə mələklər yana möhnətdə belə, 
Ruh ilə birdi, bədən öylə həqiqətdə belə, 
Əli (ə) Zəhradan (s.ə) uzaq düşmədi, Zəhra (s.ə) Əlidən (ə) 

Hz. Əli (ə.s) buyurur: Səhabələrdən bəziləri mənim yanıma gəlib dedilər: Yaxşı olarki Peyğəmbərin (s) yanına gedəsən və Fatimə (s.ə) ilə evlənmək haqqında onunla danışasan.
Mən Peyğəmbərin (s) yanına getdim o, həzrət məni gördükdə təbəssüm etdi və buyurdu Ya Əbəl Həsən! Nə üçün gəlmisən? Nə istəyirsən? Mən Peyğəmbərə(s) islami qəbul etməkdə qabaqcıl olduğumu və cihad etdiyimi danışdım. Peyğəmbər (s) buyurdu: Ya Əli! Düz dedin sən dediyindən də yaxşısan! Dedim: Ya Rəsulallah Mən qızınıza elçilik üçün gəlmişəm. Fatimənin mənim həyat yoldaşım olmasına razılıq verirsənmi? Peyğəmbər buyurdu: Ya Əli səndən qabaq da Fatiməyə elçi gəldilər. Bu məsələni Fatiməyə dedim: onun üzündə razılıq hissi görmədim. Mən qayıdınca sən bir az gözlə.Peyğəmbər (s) Fatimənin yanına getdi. Fatimə ayağa qalxdı, atasını əbasını çiynindən götürüb ayaqqabılarını çıxartdı. Su gətirib onun ayaqlarını yudu. Bu vaxt Peyğəmbər (s) ona buyurdu: Fatiməcan! Sənin Əli İbn Əbi Talibin bizimlə olan qohumluğundan, fəzilət və müsəlmançılığından yaxşı xəbərin vardır. Mən elə Allahdan istəmişdimki , səni ən sevimli bəndəsinə ərə verəm. İndi O, sənə elçi gəlmişdir razısanmı? Fatimə sükut etdi və üzünüyana çevirdi. Peyğəmbər (s) onun razı olduğunu üzündən süzdü, yerindən qalxdı və dedi: Allahu əkbər! Fatimənin sükut etməsi onun razılıq əlamətidir. Cəbrail (ə.s) Peyğəmbərə nazil olub dedi: Ya Məhəmməd Fatiməni Əliyə ərə ver! Allah Fatiməni Əli üçün, Əlinidə Fatimə üçün bəyənibdir. Beləliklə Peyğəmbər (s) Fatiməni (s.ə) Əliyə (ə.s) ərə verdi. Əli (ə.s) buyurdu: Ondan sonra Peyğəmbər (s) mənim yanima gəldi, əlimi sıxıb dedi: Dur ayağa, Allahın adi ilə de:
Sonra məni Fatimənin kənarında oturdub dedi: Pərvərdigara! Bu iki nəfər sənin yanında ən sevimli adamlardır, onlari sev. Onların övladlarına xeyr, bərəkət ver, Öz tərəfindən onlar üçün keşikçi qərar ver....


XANIM ZEHRA HZ.ELIYE XITABEN:
EWQIM SENIN EWQINDIR BU IZZET MENE BESDIR
VAR SEN KIMI YARIM BU CELALET MENE BESDIR
GEDSIN FEDEY EWQI VILAYETIN MENE BESDIR
SENIN EWQIN MENE CENNETDIR EMI OGLU
SENIN EWQNIN MENE BESDIR
Категория: 14 Məsum | Просмотров: 1337 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: