Cüme axşami, 28/Марта/2024, 15:05
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2015 » Mart » 25 » Ayaqyoluna getməyin (təxəllinin) hökmləri
16:06
Ayaqyoluna getməyin (təxəllinin) hökmləri

Ayətullahül-üzma Nasir Məkarim Şirazi-Sheriet hokmlerinin izahi 

Ayətullahül-üzma Nasir Məkarim Şirazi-Sheriet hokmlerinin izahi - Məsələ 63,64,65,66,67,68,69,70,71,72,73,74,75,76,77

Məsələ 63İstər ayaqyolundaistərsə də başqa vaxtlaristər məhrəm (bacı və qardaş kimi), istərsə də naməhrəmlərin gözü qabağındaistər büluğ həddinə çatanlarınistər büluğ həddinə çatmayanlarınhətta yaxşını pisdən seçə bilməyən (müməyyizkörpələrin hüzurunda insanın öz ayıb yerini örtməsi vacibdirAmma ər və arvadın bir-birindən örtünməsi vacib deyil.

Məsələ 64Ayıb yeri örtmək üçün hər şeydənhətta əl və qeyri-şəffaf əşyalardan istifadə etmək olar.

Məsələ 65Ayaqyolunda sidiyə gedən və bayıra çıxan vaxt üzü qibləyə və ya arxası qibləyə oturmaq olmazAyıb yerin özünü çevirmək kifayat etmirAmma bədən üzü qibləyə və arxası qibləyə olmayan vaxt vacib ehtiyata əsasənayıb yer üzü qibləyə və arxası qibləyə çevrilməməlidir.

Məsələ 66Sidik və ya nəcis çıxacağını yuyan vaxt üzü qibləyə və ya arxası qibləyə olmağın eybi yoxdurAmma "istibra” (sidik kanalının şəriət qaydasında təmizlənməsizamanı vacib ehtiyata əsasən üzü qibləyə və ya arxası qibləyə oturmaq olmaz.

Məsələ 67Böyüklər körpələrivacib ehtiyata əsasənbayıra çıxdıqları və ya sidiyə getdikləri vaxt üzü qibləyə və ya arxası qibləyə oturtmamalıdırlarAmma uşaq özü həmin vəziyyətdə otursa mane olmaq vacib deyilAmma bu iş görülsə daha yaxşıdır.

Məsələ 68Əgər ayaqyolu (bilərəkdən və ya səhvənüzü qibləyə və ya arxası qibləyə tikilmişsə insan elə oturmalıdır kiüzü qibləyə və ya arxası qibləyə olmasınBu məsələni bilərəkdən fərqinə varmamaq haramdır.

Məsələ 69Ayaqyoluna gedən zaman qibləni tanımayan şəxs onu tapmağa çalışmalıdırƏgər tapa bilməzsəbir qədər gözləməlidirGözləyə bilmədikdə istənilən bir tərəfə üz tutub oturmasının eybi yoxdurTəyyarə və qatarda da bu nöqtə nəzərə alınmalıdır.

Məsələ 70Bir neçə yerdə sidiyə getmək və ya bayıra çıxmaq haram sayılır:

1İnsanların gediş-gəlişi olan küçə və xiyabanlarda;

2Xüsusi bir qrup üçün vəqf olunmuşhədiyyə edilmiş yerlərdəTələbələrə məxsus mədrəsələrnamaz qılanlar üçün nəzərdə tutulmuş məscid tualetləri bu qəbildəndir.

3minin qəbri üstündə və ya mömin və müqəddəsliklərə hörmətsizlik sayılacaq yerlərdə.

Məsələ 71Nəcis çıxacağını yumaqlaüç parça kağızdaş və ya parça ilə təmizləmək olarAmma nəcis çıxacağı adi həddən artıq bulanarsanəcislə birlikdə qan kimi bir murdar şey xaric olarsa və ya kənardan murdarlanarsaonu yalnız su ilə paklamaq olar.

Məsələ 72: Nəcis çıxacağını istənilən bir halda su ilə yumaq daha yaxşıdır.

Məsələ 73Sidik çıxacağı yalnız su ilə paklanırOnu az su ilə iki dəfəaxar su hökmündə olan çox həddinə qoşulmuş sularla bir dəfə yumaq bəsdir.

Məsələ 74Sidik və nəcisin təbii və ya qeyri-təbii (plastikçıxacaqlarının yuyulması arasında fərq yoxdurAmma qeyri-təbii çıxacağı sudan başqa şeylə təmizləmək bəs etmir.

Məsələ 75Əgər nəcis çıxacağı üç parçadaşkağız və ya bu kimi bir şeylə təmizləndikdən sonra ondan yalnız su vasitəsi ilə təmizlənə biləcək zərrələr qalarsaeybi yoxdurbu vəziyyətdə namaz qılmaq olar.

Məsələ 76Bir parça daşkağız və ya parçanın üç tərəfi ilə nəcis çıxacağını təmizləmək bəs edir.

Məsələ 77İnsan şəkk etsə kisidik və ya nəcis çıxacağını paklayıb-paklamayıbşəkdən sonra özünü paklamalıdırAmma namaz qıldıqdan sonra bu barədə şəkk edərsənamazı düzgündürNövbəti namaz üçün isə özünü paklamalıdır.

 

 

Категория: Risalələr | Просмотров: 1444 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: