Şembe, 20/Апреля/2024, 16:27
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 125
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Noyabr » 13 » “Bəraət” ayələrinin Əbubəkr vasitəsi ilə təbliğ
15:19
“Bəraət” ayələrinin Əbubəkr vasitəsi ilə təbliğ

"Bəraət” ayələrinin Əbubəkr vasitəsi ilə təbliği

Sual : 
Cavab:

Sual: Mütəal Allah "Bəraət” surəsinin ilk ayələrini təbliğ etmək üçün kimi məmur etmişdi?

Cavab: Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbubəkri "Bəraət” surəsinin ilk ayələri ilə birlikdə Məkkəyə doğru göndərdi ki, onu Məkkə əhlinə elan etsin. Bu zaman Cəbrəil Allah tərifindən nazil olub dedi:

لَنْ یُؤَدِّیَ عَنْکَ إِلاَّ أَنْتَ أَوْ رَجُلٌ مِنْکَ

"Bu məmuriyyəti səndən və ya səndən olan bir kişidən başqası yerinə yetirə bilməz!”

Peyğəmbər (səlləllahu əleyhi və alih) Əlini özünün "Əzba” yaxud "Cəd’a” adlı dəvəsinə mindirərək Əbubəkrin ardınca göndərdi və buyurdu:

أَدْرِکْهُ فَحَیْثُمَا لَقِیتَهُ فَخُذِ الْکِتَابَ مِنْهُ وَاذْهَبْ إِلَى أَهْلِ مَکَّةَ فَاقْرَأْهُ عَلَیْهِمْ

"Onu tap və hər yerdə görsən, məktubu ondan alıb Məkkəyə get və onu Məkkə əhlinə  elan et!”

Əli Ərəc, yaxud Zul-huleyfə, yaxud Zəcnan, yaxud Cöhfə diyarında ona çatdı, məktubu ondan aldı, Məkkəyə getdi, həcci yerinə yetirib bu ayələri müşriklərə elan etdi.

Mərhum Əllamə Əmini (rəhiməhullah əleyh) "Əl-Qədir” kitabında (1) bu rəvayəti öz əsərlərində qeyd edən alimlərdən 73-nün adını sadalayır. Belə ki, bu böyük alimlərin "Bəraət” surəsinin elanı ilə əlaqədar nəql etdikləri hədislər gözəl və parlaq keçmişə sahib olan səhabələrə çatır. Onlardan aşağıdakıları qeyd etmək olar:

1. Əmirəl-möminin Əli (əleyhissalam).

Zeyd ibn Yəsi o həzrətdən belə nəql edir:

لَمَّا نَزَلَتْ عَشْرُ آیَاتٍ مِنَ بَرَاءَةٍ عَلَى النَّبِیِّ (صَلَّى اللهُ عَلَیْهِ وَآلِهِ) دَعَا أَبَا بَکْرٍ (رَضِیَ اللهُ عَنْهُ) لِیَقْرَأَهَا عَلَى أَهْلِ مَکَّةَ، ثُمَّ دَعَانِی فَقَالَ لِی أَدْرِکْ أَبَا بَکْرٍ فَحَیْثُمَا لَقِیْتَهُ فَخُذِ الْکِتَابَ مِنْهُ، فَاذْهَبْ بِهِ إِلَى أَهْلِ مَکَّةَ فَاقْرَأْهُ عَلَیْهِمْ; فَلَحِقْتُهُ باِلْجُحْفَةِ فَأَخَذْتُ الْکِتَابَ مِنْهُ. وَرَجَعَ أَبُو بَکْرٍ (رَضِیَ اللهُ عَنْهُ) فَقَالَ: یَا رَسُولَ اللهِ نَزَلَ فِیَّ شَیْءٌ؟ قَالَ: لاَ، وَلَکِنَّ جَبْرَیِلَ جَاءَنِی فَقَالَ: لَنْ یُؤَدِّیَ عَنْکَ إِلاّْ أَنْتَ أَوْ رَجُلٌ مِنْکَ

"Bəraət” surəsinin on ayəsi nazil olan zaman Peyğəmbər (səlləllahu əleyhi və alih) Əbubəkri çağırdı və bu ayələri elan etmək üçün onu Məkkəyə yolladı. Sonra məni çağırıb buyurdu: "Özünü Əbubəkrə çatdır, hər yerdə görsən. məktubu ondan al və Məkkə əhlinə doğru gedib onlara elan et.” Mən Cöhfədə ona çatdım və məktubu aldım. O isə qayıtdı və Peyğəmbərə dedi: "Ey Allahın Peyğəmbəri! Mənim barəmdə nə isə nazil olub?!” Həzrət buyurdu: "Yox. Lakin Cəbrəil mənim yanıma gəlib dedi ki, bu məktubu səndən və ya səndən olan bir kişidən başqası təbliğ edə bilməz.”

Bu rəvayəti Abdullah ibn Əhməd ("Zəvaidul-müsnəd” kitabında), Hafiz Əbu Şeyx, İbn Mərdəveyh, Süyuti ("Əd-durrul-mənsur” kitabında), Müttəqi Hindi ("Kənzul-ümmal” kitabında), Şovkanı (öz təfsirində), Alusi ("Əl-minar” təfsirində) və s. nəql etmişlər. (2)

2. Əbubəkr ibn Əbu Quhafə.

O, hadisəni belə xatırlayır: "Peyğəmbər onu bəraəti Məkkə əhlinə çatdırmaq üçün göndərdi. Elan etməli olduğu fərmanda deyilirdi: "Gələn ildən etibarən müşriklərin həcc yerinə yetirməyə haqları yoxdur, heç kəsin çılpaq halda təvaf etməyə haqqı yoxdur. Müsəlmandan başqa bir şəxs behiştə daxil olmaz, Peyğəmbər kiminləsə əhd-peyman (müqavilə) bağlamışdırsa, əhd-peyman müddəti sonra çatana qədər öz qüvvəsində qalır, Allah və Onun rəsulu müşriklərdən bezardır.”

O, üç gün yol getmişdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) Əli (əleyhissalam)-a buyurdu: "Özünü Əbubəkrə çatdır, onu mənim yanıma qaytar və özün bunları elan et.”

Əli belə də etdi. Əbubəkr Peyğəmbərin hüzuruna çatdıqda ağlayaraq dedi: "Ey Allahın Peyğəmbəri! Mənim barəmdə nə isə üz veribmi?!”

Həzrət buyurdu:

مَا حَدَثَ فِیکَ إِلاَّ خَیْرٌ وَلَکِنْ اُمِرْتُ أَنْ لاَیُبَلِّغَهُ إِلاَّ أَنَا أَوْ رَجُلٌ مِنِّی

"Sənin barəndə xeyirdən başqa bir şey baş verməyib; lakin mənə əmr olunmuşdur ki, onu məndən, ya da məndən olan bir kişidən başqa heç kimsə təbliğ etməməlidir.”

Bu hədisi Əhməd özünün "Müsnəd” kitabında, İbn Kəsir "Tarix” kitabında nəql etmişlər. (3)

3. İbn Abbas

Tirmizi "Cami” kitabında, Beyhəqi "Sünən” kitabında və digərləri bu rəvayəti ondan nəql etmişlər. (4)

4. Cabir ibn Abdullah Ənsari

Darəmi özünün "Sünən” kitabında, Nisai "Xəsais” kitabında və sairləri bu rəvayəti ondan nəql etmişlər. (5)

Sözü gedən hədislərin xülasəsi budur: Bu hadisənin tarixdə baş verib-verməməsi mənəvi, yaxud icmali təvatürə malikdir. Yəni ayələr Əbubəkrdən alınmış və Əli (əleyhissalam) onu təbliğ etmiş və vəhy nazil olmuşdur ki, Peyğəmbərin özündən və ya ondan olan bir kişidən başqası onu təbliğ edə bilməz. Hadisə bunu göstərir ki, İlahi vəhy əsasında Quranın bir neçə ayəsini təbliğ və elan etmək ləyaqətinə malik olmayan şəxslər bütün dini, islam hökmlərini və məsləhətlərini təbliğ etməkdə əmanətdar şəxs ola bilməzlər!!!” (6)

1-"Əl-Qədir”, 6-cı cild, səh. 477-480
2-"Zəvaidul-musnəd”, səh. 353, hədis: 146; "Əd-durrul-mənsur”, 2-ci cild, səh. 209 (4-cü cild, səh. 122); "Kənzul-ummal”, 1-ci cild, səh. 247 (2-ci cild, səh. 422), hədis: 4400; "Fəthul-Qədir”, 2-ci cild, səh. 319 (2-ci cild, səh. 334); "Əl-mənar” təfsiri, 10-cu cild, səh. 157
3-"Musnəd”, Əhməd ibn Hənbəl, 1-ci cild, səh. 3 (1-ci cild, səh. 7), hədis 4; "Əl-bidayətu vən-nihayə”, 7-ci cild, səh. 357 (7-ci cild, səh. 394), 40-cı ilin hadisələri 
4-"Sunəni Tirmizi”, 2-ci cild, səh. 135 (5-cİ cild, səh. 257), hədis: 3091; "Əs-sunənul-kubra”, Beyhəqi, 9-cu cild, səh. 224-225
5-"Əs-sunənul-kubra”, 2-ci cild, səh. 67 (5-cİ cild, səh. 129), hədis: 8463; "Xəsaisu Əmiril-muminin”, səh. 20, 93, hədis: 78. 
6-Şəfii, Şahrudi, "Əl-Qədir”in mühüm fəsilləri, səh. 583.

Категория: Qurani Kərim | Просмотров: 975 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: