Bazar ertesi, 23/Oktyabr/2017, 05:36
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 124
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............
Главная » 2014 » Yanvar » 11 » "Dövrümüzdə hələ də Yezid və Şimrlər mövcuddur"
09:39
"Dövrümüzdə hələ də Yezid və Şimrlər mövcuddur"
"Dünyanın bir çox yerində insanların başını din adı ilə kəsdiklərini görürük"

İslamazeri.az-ın Qum elm hövzəsinin rəsmi saytına istinadən verdiyi xəbərə əsasən, Ayətullah Ələvi Qorqani idmanla məşqul olan gənclərlə görüşüb.


O, söhbətində moizə və nəsihətin cəmiyyətin bütün təbəqədən insanları üçün olduğunu vurğulayaraq bildirib:"Əli (ə)-ın vücudu dinin kamil olmasına səbəb oldu. O şəxsin məqamını bununla anlamaq çətin deyil. 
Əli (ə) bu qədər məqama sahib olmasına baxmayaraq Peyğəmbərin (s) zamanında bir xütbə belə etmədi. Onun Nəhcül-bəlağədə qeyd olunan bütün xütbələri Peyğəmbərin (s) rehlətindən sonraya təsadüf edir. 
İmam Həsən (ə) həyatda olduğu zamanda İmam Hüseyn (ə) məsələlərə qarışmırdı. 
Minbərlərdə olan söhbətləri dinləyən şəxslər buna həm də əməl etməlidirlər. 
Eyni zamanda qəlbimizi də saflaşdırmalıyıq. Çünki Əbu-Cəhlin qəlbi saf olmadığından nəsihətləri dinlədikdə qəlbi daha da qaralırdı, düşmənçiliyi artırdı. Hacətlərinizin qəbul olmadığınızı görürsünüzsə, bu Allaha tam itaət etmədiyimiz üçündür. 
Mənim sizə nəsihətim budur ki, daima Allaha müti olun. Çünki dünya və axirətin səadəti bundan aslıdır.”


Ayətullah Ələvi Qorqani dünyada olan zülmlərə də toxunaraq bildirib: "Dünyanın bir çox yerində insanların başını din adı ilə kəsdiklərini görürük. Bu, dünyada hələ də Yezid və Şimrin olduğunun göstəricisidir.”
islamazeri.az
Категория: Məqalələr | Просмотров: 2463 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: