Bazar ertesi, 23/Oktyabr/2017, 05:38
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 63
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............
Главная » 2014 » Yanvar » 7 » Bu gün İmam Hüseyn (ə) əziz qızı Xanım Səkinənin (s..) vəfat günüdür.
13:34
Bu gün İmam Hüseyn (ə) əziz qızı Xanım Səkinənin (s..) vəfat günüdür.
Rebiül-evvel ayının 5-i - Hezret İmam Hüseyn (e) eziz-girami qızı Xanım Sekinenin (s.e.) vefat günüdür. Xanımın esl adı Aminedir, anası Rübab terefinden Sekine adlandırılmışdır. Eziz ata ve anasının nurani terbiyesile yanaşı, bibisi Hezret Zeynebin (s) terbiyesinden behrelenmişdir. Eziz qardaşı Hezret İmam Seccadın (e) nurani hüzurundan da öz növbesinde yeterince behrelenmişdir.

Xanım Sekine (s.e.) kamillik zirvelerinin bütün istiqametlerini feth etmişdir. Teqva ve tedeyyünü ile yanaşı, yüksek elm, fesahet ve belağet sahibi idi.

Atası İmam Hüseyn (e) onun haqqında buyurmuşdur: "Sekine (s.e.) Allah Tealada mehv ve fenadır”.

Diger yerde İmam (e) buyurmuşdur: "O evi sevirem ki, orada Sekine (s.e.) ve Rübab ola”.

Xanım Sekine (s.e.) İmam Hesenin (e) oğlu Abdullah ile aile qurmuşdur. Abdullah ibni Hesen Aşura günü Hezret İmam Hüseynin (e) rikabında şehadet meqamına yetişmişdir.

Merhum Nemazinin hedis ve rical sahesinde apardığı tedqiqatda Xanım Sekine (s.e.) ile bağlı aşağıdakı teqdimat gelmişdir:

"Sekine (s.e.) xanım - beni-Haşimin eqilesi idi ve gözel sireye (heyat
yoluna) malik idi. O, fezl ve elm sahibi, zengin hikmet ve keramet sahibi, kamil ağla, yüksek exlaq keyfiyyetlerine, ali ve fexr olunmalı meziyyetlere malik idi. O, öz esrinin serveri, en gözeli, en zerifi ve en exlaqlısı idi. Sekine (s.e.) xanımın Kerbela vaqiesinde 15 ve ya 12 yaşı var idi ki, Kerbelada şehadete yetişen emisi oğlu Abdullah bin Hesenle (e) aile qurmuşdu.”

Xanım Sekine (s.e.) quranşünas, fiqh üzre mütexessis, hedis ravisi kimi öz elmi töfhesini vermekle yanaşı, şeriyyat ve ediblikde de yüksek bacarığa malik idi. 

Xanım Sekine (s.e.), ecdadı Resulullahın (e): "Quran daşıyıcıları Qiyamet günü behişt ehlinin serverleridirler (başçılarıdırlar)” buyuruşunu atası İmam Hüseynden (e), o da öz növbesinde atası Emirel-möminin İmam Eliden (e) neql etmişdir.

Xanım Sekine (s.e.) hicri ile 117-ci ilde rebiül-evvel ayının 5-de Medinede dünyasını deyişmişdir. 
Amma burada bir zikri-müsibet etmesek, behsin haqqını eda etmemiş olarıq. Göresen neden Hüseyncanımızın gül balası Hezret Sekinenin (s.e.) mübarek bedenini Beqide torpağa tapşırmağı yubadırlar?!

Göresen niye yeniyetme yaşlarında Kerbelada atasının şehadetine şahidlik eden bu nurani Xanımın torpağa tapşırılmasını günün evvelinden işa (xüften) namazından sonraya qeder saxlayırlar?!

Vaqie bele idi ki, Xanım Sekine (s.e.) dünyasını deyişende, Medinenin hakimi olan lenetlik beni-Ümeyye nökeri olan vali xeber gönderir ki, defni saxlayın, cenaze namazını özüm qılacağam. Amma bunu deyiben, özü zöhrden önce şeherden kenara çıxır, orada-burada gezib-dolaşır ve yalnız işa namazından sonra qayıdır. Bütün bu vaxtı hamı Beqide gözlenti halında ve nigaran halda intizarda qalır. Axşam düşenden sonra qayıdan hakim, yalnız bu vaxt cenaze namazını qılmağa icaze verir.

Belece bu lenetlik hakim, Xanım Sekinenin (s.e.) dünya heyatındakı sergilediyi mövqenin "evezini çıxır”. Xanımın (s.e.) Peyğember (s) yolunun, vilayet xettinin müdafiesinde gösterdiyi ezmkarlığın intiqamını öz aleminde
belece alır. Amma Ehli-beyt (e) yolçularını bele şeylerle teeccüblendirmekmi olar...

Allahım, Seni and veririik Öz izzeti-celalına, bizleri bu Xanımı (s.e.) tanıyanlardan ve onun atasının yolunu gedib onunla meşhur olanlardan qerar ver!

Salam olsun sene, ey İmam Hüseynin (e) gül balası, Xanım Sekine (s.e.)!

Salam olsun sene, ey Rübabın Sekine adlandırdığı Amine (s.e.) xanım!

Salam olsun sene, ey bibisi Zeynebin (s.e.) terbiyesini görmüş, gözellik duyumu olan zerif xanım!

Salam olsun sene, ey Kerbela Şahidi, atası ve heyat yoldaşı, ezizleri şehid olan, esirler karvanın ulduzu Hezret Seccadın (e) bacısı (s.e.)!

Salam olsun sene, ey biz qelbi qırıq Zehra (s.e.) yetimlerinin güveneceyi, Rüqeyyenin (s.e.) bacısı!

Salam olsun sene!

Hacı İlqar İbrahimoğlu
Категория: 14 Məsum | Просмотров: 5121 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
09/Yanvar/2014 Спам
1. Samir
Allah Ehli-Beyt duwmenllerine lenet elesin. Amin.

Имя *:
Email *:
Код *: