Bazar ertesi, 23/Oktyabr/2017, 05:39
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 124
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............
Главная » 2014 » Yanvar » 7 » İmam Hüseyndən hədislər
13:26
İmam Hüseyndən hədislər

1. Ey böyük ALLAH, bütün varlığı Sənə bağlı olan bir ş ey, Sənin varlığına necə dəlil ola bilər?! Səndən başqasının cilvəsi Səndən olmayan cilvədirmi ki, Sənin varlığına aydın bir dəlil olsun?!

Sən haçan gizli olmusan ki, insanları Sənə doğru hidayət edən bir dəlilə ehtiyac duyulsun? Nə vaxt uzaqlaşmısan ki, nişanə və əlamətlərin Səni insanlara tanıtdırsın?Məndən ayrılmamısan ki, Sənin hüzurunu istəyim, gizlənməmisən ki, Səni aşkara çıxarım. Kor olsun Səni görməyən göz, bir halda ki, Sən onu yanında və ondan muğayatsan.

2. Səni tapmayan nəyi tapmışdır? Səni tapan nəyi itirmiş olur? Ey ALLAH, Səndən başqasına razılaşan şəxs hər bir şeydən məhrum olur.

3. (ALLAH rızasına xatir deyil), ALLAHı qəzəbləndirməklə, xalqı razı salanlar nicat tapmaz.

4. Qiyamət günü yalnız ALLAHdan qorxan adam əmin-amanlıqda ola bilər.

5. ALLAH, ilk vacib işlərdən birini yaxşılığa əmr etmək və pisliklərdən çəkindirməyi buyurmuşdur. Çünki ALLAH bilir ki, bu iki ilahi fərizənin yerinə yetirilməsi digər vacib işlərin (istər çətin, istərsə də asan) görülməsinin asanlaşdırar. Səbəbi də budur ki, yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirmək bütün insanları islama doğru dəvət edər, haqq sahiblərinin hüquqlarını özlərinə qaytarar və zülm edənlərlə müxalifət edər.

6. Ey insanlar, ALLAHın Peyğəmbəri(ə) buyurmuşdur ki, hər kim ALLAHın haram buyurduğunu halal edən, Onun əhdini sındıran, peyğəmbərinin sünnəsi ilə müxalifətçilik edən, öz rəiyyətləri arasında zülm və haqsızlıqla hökm edən zalım bir hakim görüb, söz və ya əməllə ona qarşı çıxmasa, ALLAH-təala onu da zalım hökümdarı düçar etdiyi əzaba düçar edər (Yəni cəhənnəmə aparar).

7. İnsanların çoxu dünya quludurlar. Din isə dillərində gəzir. Din sayəsində yaşadıqları müddətdə onu müdafiə edirlər. İmtahan zamanı gəlib çatdıqda isə dindarlar azalır.

8. ALLAHın əmrinə qarşı üsyan edərək bir iş görmək istəyən adamın istək və arzularının yolu bağlanar və qısa bir müddətdə təhlükəyə düşər.

9. Görmürsünüzmü ki haqqa əməl olunmur və batildən nəhy olunmur? Belə bi rşəraitdə imanlı bir şəxs istər ki, (haqqı üzə çıxarmaq və batili aradan aparmaq üçün) ALLAHın liqasına qoşulsun (şəhadət və mübarizətələblik ilə). (Yəni haqqı bərqərar etmək, batili aradan qaldırmaq və mübarizə aparmaq vaxtı artıq gəlib çatmışdır).

10. Mən ölümü səadətdən, zalımlarla yaşamağı isə zəlillikdən başqa bir şey bilmirəm.

11. Sizin müsəbitiniz hamınınkından böyükdür, çünki alimlərin yerini qəsb etmisizin. (Yəni alimlərin yerini qəsb edənlərə kor-koranə itaət edirsiniz). Kaş nə etdiyinizi biləydiniz, çünki (islam baxımından) işlərin idarəsi ilahi alimlərin əlində olmalıdır. (Çünki, onlar halal-haramı bilirlər). Lakin bunu sizdən almışlar, sizin geriləməyinizi isə əsaslandırmaq olmaz. Bu o deməkdir ki, haqdan uzaqlaşıb, aydın dəlillərin olduğuna baxmayaraq Peyğəmbərin sünnəsində mübahisəli (ixtilaflı) vəziyyət yaratmışsınız. Siz, düşmən qarşısında səbr və müqavimət görsətsəydiniz, ALLAHın ehkamı sizin əlinizə keçərdi, işləri siz idarə edərdiniz. Lakin təəssüflər olsun ki, siz zalımları özünüzə hakim etdiniz, ALLAHın işlərini onların əlinə verdiniz ki, şübhəyə əsaslanaraq (kor-koranə) işləsinlər və nəfsani həvəslərin yolunda addım atsınlar. Zalimlərin istilasının səbəbi sizin ölümdən qorxmağınız və bu dünyanın müvəqqəti yaşayışı elə ünsiyyətdə olmağınızdır.

12. Ey ALLAH, Sən bilirsən ki, (fəsada qarşı mübarizə və) qiyamımız səltənət üçün və dünya malı yığmaq üçün deyildir. Bizim qiyamımız, Sənion dininin həqiqi əlamətlərini göstərmək, şəhərlərində islahat aparmaq, məzlum bəndələrini əmin-amanlığa çıxarmaq və vacib, yaxud müstəhəb ehkamlarını yerinə yetirmək üçündür.

13. Mən azğınlıq, xüdpəsəndlik, fəsad və zülm etmək üçün qiyam etməmişəm. Mən cəddim Məhəmməd(s)ın ümmətini islah etmək, yaxşılıqlara əmr etmək və pisliklərdən çəkindirmək, cəddim Məhəmməd(s) və atam Əli(ə)ın yolunu gütmək üçün qiyam etdim.

14. Əgər dünya qiymətli bir ev sayılsa: ALLAHın mükafat evi ondan əla və üstündür. Əgər bədənlər ölmək üçün yaranməşlarsa: Onda ALLAH yolunda qılıncla ölmək daha yaxşıdır. Əgər ruzi ALLAHın verdiyi qismətdirsə: Ruzi qazanmaq üçün tamahın azlığı daha yaxşıdır. Əgər sərvət toplamaq onu qoyub getməm üçündürsə: Niyə azad insan bu sərvətə paxıllıq edir?

15. Ey Əbu Süfyan övladına uyanlar! Dininiz yoxdursa və axirətdən qorxmursunuzsa, heç olmasa dünyada azad insanlar olun!

16. Bir dəstə insan behiştə görə ALLAHa ibadət edirlər, bunlar tacirlərdirlər. Bir dəstə də qorxularından (səhənnəm qorxusundan) ALLAHa inadət edirlər, bunlar da quldurlar, bir qrup isə ALLAHa Onun verdiyi nemətlərə və Onun əzəmətinə görə və həmçinin Ona pərəstiş, sitayiş və şükür etmək üçün ibadət edirlər, bunlar isə azad insanlardırlar. Bülə bir ibadət, ən yaxşı ibadətdir.

17. Bilin ki, insanların sizə olan ehtiyacları ALLAHın sizə verdiyi nemətlərindən biridir. ALLAHın nemətlərindən üz döndərməyin yoxsa, sonra o nemətlər sizə müsibət olar.

18. Ey insanlar! ALLAHın öz dostlarına etdikləri mövizədən ibrət götürün. ALLAH-təala kitab əhlinin alimlərini danlayaraq belə buyurur: Kaş onların din alimləri və fəqihləri onlara günah söyləməyi və haram yeməyi qadağan edəydilər! ALLAH həm də buyurmuşdur: "İsrail oğullarından kafir olanların həm Davudun, həm də Məryəm oğlu İsanın dili ilə lənət oxundu... Onların gördükləri iş necə də pis idi!” Buna görə də ALLAH alimləri danlayır ki, onlar cəmiyyətdəki bütün pislikləri və fəsadı görür, onlara laqeyd qalırlar, xalqdan aldığı rüşvətlərə görə onları pis işlərdən çəkindirmirlər. Halbuki, ALLAH, "İnsalrdan qorxmayın, Məndən qorxun”-demişdir və buyurmuşdur ki, "Mömin kişilərlə mömin qadınlar bir-birinə dost, yardımçıdırlar, onlar bir-birini yaxşılığa əmr edir və pislikdən çəkindirirlər”.

19. Hər kim xalqın razılığını, ALLAHın qəzəbini qazanmaqla əldə etmək istəsə, ALLAH onu insanların öhdəsinə buraxar.

20. ALLAHdan başqa pənahı olmayana zülm etməkdən çəkin.

21. Dostun, səni pis işlərdən çəkindirən, düşmənin isə səni bu işlərətəşviq edən adamdır.

22. Ağıl ancaq haqqa itaət etməklə kamil olar.

23. Günahkarlarla oturub-durmaq insanı pərişanlığa, sərgərdanlığa və günaha düşmək təhlükəsinə salır.

24. ALLAH qorxusundan ağlamaq insana cəhənnəm odundan nicat verər.

25. Bir nəfər İmam Hüseyn (ə)ın yanına gəlib deyir: Mən günahkar bir adamam, günah qarşısında müqavimət göstərməyə gücüm çatmır, mənə nəsihət et. İmam Hüseyn(ə) buyurdu: 5 əməli yerinə yetir, sonra istədiyin günahı et. 1-ALLAHın ruzisini yemə, istədiyin günah işi gör. 2-ALLAHın mülkündən və hakimiyyət sərhədlərindən kənara çıx, istədiyin günah işi gör. 3-Bir yerə get ki, ALLAH səni görməsin və istədiyin günah işi gör. 4-Əzrail canının almağa gələndə onun qarşısını al və istədiyin günahı gör. 5-Qiyamət günü cəhənnəmin maliki səni cəhənnəmə aparmaq istədikdə, cəhənnəmə getmə və istədiyin işi gör.

26. Üzr istəməli olan işləri görməkdən çəkin, çünki mömin nə günah iş görər, nə də üzr istər. Münafiq və iki üzlü hər gün günah edər və üzr istər.

27. Əcələ etmək (tələsmək) ağılsızlıqdır.

28. Salam verməyincə birinə (danışıq) izni verməyin.

29. Kafir olmayan şəxslə mübahisə etmək, cahilliyin əlamətlərindəndir.

30. Alimin əlamətlərindən biri, öz dediklərinə tənqidi yanaşması və bütün fikirlərə ayıqlıqla baxmasıdır.

31. İnsani keyfiyyətləi əldə etmək üçün yarışın və mənəvi dəyərləri ələ gətirmək üçün fürsəti fövtə vermədən bir-birinizlə yarışın.

32. Səxavətli adam yüksələr, paxıl adam alçalar.

33. Ən səxavətli insan odur ki, bir kəs ondan (bir şey) gözləmədiyi halda, ona ehsan edə.

34. Hər kim möminin bir qəm-qüssəsini dağıtsa, ALLAH-təala onun dünya və axirət qəmini aradan qaldırar.

35. Eşitsən ki bir nəfər xalqın heysiyyətinə toxunur, çalış o səni tanımasın.

36. Ehtiyacsızlıq nədir,-deyə soruşduqda, İmam belə buyurdu: Arzuların az olması, güzəranına kifayət edən ruziyə razı olmaq.

37. Öz hacətlərini bu 3 nəfərə de: 1-Dindara, 2-Mürüvvətli adama, 3-Şəxsiyyətli adama.

38. Yaxşılıq qarşısında mükafat və günah qarşısında cəza verəcəyini bilən bir adam kimi əməl et.

39. Salamın 70 savabı vardır. 69-u salam verənin, biri isə salamı alanındır.

40. Bir müsəlman qardaşın səndən ayrılanda sənin dalınca deyilməsini istədiyin sözlərdən başqa bir söz onun dalınca demə.

Категория: Hedisler | Просмотров: 1562 | Добавил: WahHuseyn3974 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: