08:23 Nə üçün öz fitrətimi tanımağa maraqsızam? | |
Nə üçün öz fitrətimi tanımağa maraqsızam? Cavab: Əsasən, dörd səbəb göstərə bilərik: 1. Unutqanlıq, qəflət (nisyan). Qur`an buyurur: "Allahı unutduqları üçün Allah tərəfindən özləri unutdurulmuşlara oxşamayın.”[1] Bu və ya digər ayələrdən aydın olur ki, kafirlər də ilk əvvəl Allahı tanımışlar. Amma küfrə düşdükdən sonra Onu yaddan çıxarmışlar. 2. Dünyaya vurğunluq. "Ənkəbut” surəsinin 65-ci ayəsində oxuyuruq: "Onlar gəmiyə mindikdə səmimiyyətlə Allaha üz tutar, quruya çıxdıqdan sonra ona şərik qoşarlar.” Demək, başqa şeylərdən ümidini üzən insan öz fitrətinin səsini dinləyib Allaha üz tutur. Amma ətrafındakı dünya ne`mətləri onu yuxuya verir. 3. Rifah və asayiş. Allah-təala buyurur: ”Sizə Allahın əzabı gəlsə və ya qiyamət qopsa, Allahdan başqasınımı çağıracaqsınız? Əgər doğru danışsanız, yalnız Allaha yalvaracaqsınız.”[2] Ayədən mə`lum olur ki, bəlaya düşmüş insanın fitrəti oyanır. Kübar həyat, ifrat rahatlıq insan fitrətini yuxuya verən əsas amillərdir. 4. Şeytanla dostluq. "Nisa” surəsində oxuyuruq: "Şeytan dedi: "Onları hökmən azdıracaq, puç xülyalara düçar edəcək, heyvanlarının qulaqlarını kəsməyə və Allahın yaratdıqlarını dəyişməyə vadar edəcəyəm.” Allahın yerinə şeytanı özünə dost tutan şəxs aşkar ziyankardır”[3] ŞÜBHƏ DOĞURAN SUALLAR ("Tələbə sualları məcmuəsi” əsasında) seh 4. | |
|
Всего комментариев: 0 | |