Cüme axşami, 28/Марта/2024, 16:10
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 125
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2012 » May » 13 » Səcdeyi-səhvin vacib olduğu hallar
19:05
Səcdeyi-səhvin vacib olduğu hallar



Vacib ehtiyata əsasən, bir neçə halda namazdan sonra səcdeyi-səhv yerinə yetirilir.
Həmin hallarla tanış olaq:
1. Yersiz söz; namaz qılan şəxs namazı bitirdiyini güman edərək səhvən bir söz deyir.
2. Yersiz salam; məsələn, dörd rəkətlik namazın ikinci rəkətində salam deyir.
3. Səcdə yaddan çıxdıqda;
4. Təşəhhüd yaddan çıxdıqda;
5. Ayağa qalxmaq əvəzinə səhvən oturduqda və ya oturmaq əvəzinə ayağa qalxdıqda;
6. İkinci rəkətdən sonra dördüncü və ya beşinci rəkət olması ilə bağlı şəkk yarandıqda vacibdir ki, namazı bitirib iki səcdeyi-səhv yerinə yetirsin. Əlavə artırma-əskiltmə olduqda səcdeyi-səhv yerinə yetirmək müstəhəbdir.

Səcdeyi-səhvin hökmləri

Məsələ 1100: Səhv deyilmiş sözü yenidən düzgün təkrarladıqda səcdeyi-səhv lazım deyil.
Məsələ 1101: Əgər namazda bir neçə söz və ya bir neçə cümlə deməklə namaz qılan halından xaric olarsa, bütün bunlara görə iki səcdeyi-səhv yerinə yetirmək kifayatdir.
Məsələ 1102: Əgər səhvən "Əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” deyərsə, səcdeyi-səhv vacib yox, müstəhəb olur. Amma əgər o biri iki salamdan bir qədər deyərsə, vacib ehtiyat budur ki, səcdeyi-səhv yerinə yetirsin. Əgər hər üç salamı salam verilməyən yerdə səhvən deyərsə, bütün bunlara görə iki səcdeyi-səhv bəs edir.
Məsələ 1103: Əgər vacib səcdeyi-səhvi namazın salamından sonra bilərəkdən yerinə yetirməzsə, günaha yol verib və tez bir zamanda onu yerinə yetirməlidir. Amma namazı batil deyil.
Məsələ 1104: Əgər səcdeyi-səhvi zəruri edən bir iş görüb-görmədiyinə şəkk edərsə, heç nə vacib olmur. Əgər iki və ya dörd səcdeyi-səhv yerinə yetirməli olduğuna şübhə edərsə, iki səcdeyi-səhv etməsi bəsdir.

Səcdeyi-səhvin qaydası

Məsələ 1105: Səcdeyi-səhv aşağıdakı qaydada yerinə yetirilir: Namazdan sonra dərhal səcdeyi-səhv niyyət olunur və sonra səcdəyə gedərək deyilir: "Bismillahi və billahi əssəlamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh” sonra başını səcdədən qaldırıb oturur və yenidən səcdəyə gedib həmin zikri deyir. İkinci səcdədən başını qaldırıb təşəhhüd və salam söyləyir. Ehtiyat budur ki, təşəhhüdün vacib miqdarı və son salamla kifayatlənsin.
Məsələ 1106: Səcdeyi-səhv üzü qibləyə, dəstəmaz və təharətli halda yerinə yetirilməlidir. Alın səcdənin düzgün sayıldığı şeyə qoyulmalıdır.

Mənbə: Ayətullahül-üzma Nasir Məkarim Şirazi
Категория: Məqalələr | Просмотров: 1302 | Добавил: qedir-xum | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: