Bazar, 19/Noyabr/2017, 19:03
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............
Главная » 2012 » Sentyabr » 30 » Sehih Buxari - Mute
23:49
Sehih Buxari - Mute


"Səhih əl-Buxari” kitabında mütə barədə təhriflər (1-ci hissə)

23AUG

Əziz oxucular! Bildiyiniz kimi "Səhih əl-Buxari” kitabı əhli sünnənin bəzən Sihahi-Sittə (6 Səhih), bəzən də Kutubi-Sittə (6 kitab) adlandırdığı altı əsas kitabından biridir.  Xüsusi ilə "Səhih əl-Buxari” həmin kitabların içində Qurandan sonra ən mötəbər qəbul etdikləri kitabdır. Kitabın adının "əs-Səhih” olması da bu üzdən təsadüfi deyil.

Lakin, bu kitab da əhli-sünnənin bəzi mahir təhrifçi alimlərinin gözündən qaçmamış və xəyanət əli ilə müxtəlif  mövzularda təhriflərə məruz qalmışdır. Bu məqaləmizdə sizə təhrif olunmuş mövzulardan sadəcə birini təqdim edirik.

حَدَّثَنَا مُسَدَّدٌ حَدَّثَنَا يَحْيَى عَنْ عِمْرَانَ أَبِي بَكْرٍ حَدَّثَنَا أَبُو رَجَاءٍ عَنْ عِمْرَانَ بْنِ حُصَيْنٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ أُنْزِلَتْ آيَةُ الْمُتْعَةِ فِي كِتَابِ اللَّهِ فَفَعَلْنَاهَا مَعَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَلَمْ يُنْزَلْ قُرْآنٌ يُحَرِّمُهُ وَلَمْ يَنْهَ عَنْهَا حَتَّى مَاتَ قَالَ رَجُلٌ بِرَأْيِهِ مَا شَاءَ قَالَ مُحَمَّدٌ يُقَالُ إنَّهُ عُمًر
Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi.Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi.
Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, c.5, s.158, Dar əl-Fikr, Beyrut, 1401/1981
 

 
 Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, s.854, h.4518; Beyt əl-Əfkar əd-Dəvliyyə lil-Nəşr, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1419/1998; təhqiq: Əbu Suheyb əl-Kərmi
 
AŞAĞIDAKI NƏŞRLƏRDƏ İSƏ ƏL-BUXARİNİN SÖZLƏRİ ÇIXARILIB!!!
 



 
 Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, c.6, s.27, h.4518; Dar Təvq ən-Nacə, Beyrut, 1422/2002; təhqiq: Muhəmməd Zuheyr b. Nasir
 



Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı,  s.1107, h.4518; Dar İbn Kəsir, Dəməşq/Beyrut, 1423/2002


Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, s.615, h.4518; Dar ər-Ruşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş


Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, c.3, s.200, h.4518; Məktəbə əs-Sələfiyyə, Qahirə, Misir, 1400/1980; təhqiq: Muhibuddin əl-Xətib və Muhəmməd Fuad Əbdül-Baqi

 

Müşahidə etdiyiniz kimi, Səudiyyə Ərəbistanında "Beyt əl-Əfkar” nəşriyyatında çap olunmuş nüsxədə (قَالَ مُحَمَّدٌ يُقَالُ إنَّهُ عُمًر) – yəni, Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi yazılmışdır. Lakin, digər çaplarda biz bunu görmürük. Dar Təvq ən-Nacə (Beyrut), Dar ər-Rüşd (ər-Riyad), Dar İbn Kəsir (Beyrut), Məktəbə əs-Sələfiyyə (Qahirə) və sair digər nəşriyyatlarda çapdan çıxmış nüsxələrdə əl-Buxarinin sözləri məlum səbəblərdən ixtisara düşüb. Bu məsələnin də nəşriyyatla heç bir əlaqəsi yoxdur, birbaşa kitabı təhqiq edənlərdən asılıdır.

Əhli-sünnənin bir çox alimləri bu hədisi öz kitablarında məhz əl-Buxariyə istinad edərək yazıblar.

1. əl-Humeydi (ö.488 h.)

الثاني : عن أبي رجاء العطاردي عن عمران بن حصين قال : أنزلت آية المتعة في كتاب الله ، ففعلناها مع رسول الله صلى الله عليه وسلم ، ولم ينزل قرآنٌ يحرمه ، ولم ينه عنها حتى مات . قال رجلٌ برأيه ما شاء . قال البخاري : يقال : إنه عمر

İkinci: Əbi Raci əl-Atardi, İmran b. Husayndən onun belə dediyini rəvayət etdi: Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi. əl-Buxari dedi: Bu şəxsin Ömər olduğu deyilib.

Muhəmməd əl-Humeydi, əl-Cami beynə əs-səhiheyn, c.1, s.349, h.548; Dar İbn Həzm, Beyrut, 1423/2002; təhqiq: Əli Hüseyn əl-Bəvab



Fotoşəkil: Muhəmməd b. Futuh əl-Humeydi, əl-Cami beynə əs-səhiheyn, c.1, s.349, h.548; Dar İbn Həzm, Beyrut, 1423/2002; təhqiq: Əli Hüseyn əl-Bəvab

2. əl-Kirmani (ö.796 h.)

Şəmsuddin əl-Kirmani "Səhih əl-Buxari” kitabının məşhur şərhçilərindən biridir.

O da bu mətləbi şərh edərkən əl-Buxarinin sözlərini nəql etmişdir. Çox maraqlıdır ki, "Səhih əl-Buxari”-də (قال محمد: يقال إنه عمر) ”Muhəmməd (əl-Buxari) dedi: Bu şəxsin Ömər olduğu deyilib” sözləri olmadığı halda, eyni vaxtda çap edilmiş "Şərh əl-Kirmani əla Səhih əl-Buxari” kitabında həmin ibarə olduğu kimi nəql edilib. Doğrusunu Allah bilir!




 Fotoşəkil: Şəmsuddin əl-Kirmani, Şərh əl-Kirmani əla Səhih əl-Buxari, c.17, s.31; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut, 1356/1937
 
3. İbn Əsir əl-Cəziri
 
( خ م س )
عمران بن حصين – رضي اللّهُ عنه – قال : ( أُنْزِلتْ آيَةُ الْمُتعَةِ في كتَاب الله ، فَفَعَلْنَاهَا مع رسولِ اللَّه – صلى الله عليه وسلم – ، ولم يَنْزِلْ قُرْآنٌ يُحرَّمُهُ ، ولم يَنْهَ عنها حَتَّى ماتَ ، قال رُجلٌ برأْيه ما شاء ) . قال البخاري ، يقال : إنه عمر
 
(əl-Buxari, Müslim, ən-Nəsai)
İmran b. Husayn (r.a.) dedi: Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi. əl-Buxari dedi: Bu şəxsin Ömər olduğu deyilib.
 
əl-Mübarək b. Muhəmməd b. Əsir əl-Cəziri, Cami əl-üsul əhədis ər-Rəsul, c.3, s.116, h.1402; Beyrut, 1389/1969
 


 
Fotoşəkil: əl-Mübarək b. Muhəmməd b. Əsir əl-Cəziri, Cami əl-üsul əhədis ər-Rəsul, c.3, s.116, h.1402; Beyrut, 1389/1969
 

Категория: Məqalələr | Просмотров: 3129 | Добавил: qedir-xum | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: