Çerşembe axşami, 23/Апреля/2024, 11:15
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Noyabr » 13 » Tasua gununun emelleri
11:42
Tasua gununun emelleri

TASUA GÜNÜNÜN (Tasua gününün axşamı Aşura gecəsidir. Yəni Aşura gecəsinin) əməlləri.1. Namazlar* Bu gecə üçün rəvayətlərdə bir neçə namaz zikr olunmuşdur ki, onlardan biri 2 dənə 2 rikətli namazdır. Namazın hər rikətində "Fatihə" surəsindən sonra 50 dəfə "İxlas" surəsi oxunur. Namazı bitirdikdən sonra isə 70 dəfə "Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər və la haulə və la
 quvvatə illa billahil aliyyul-azim" zikri deyilir.* Əmirəl mö’minin İmam Əlinin namazı, 4 rəkət (2 dəfə sübh namazı kimi) hər rəkətdə həmddən sonra ixlas surəsini oxu. Namazdan sonra Peyyğəmbərimizə və Əhli beytinə çoxlu salavat, onların düşmənlərinə isə lə’nət de .* Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq) Hədisdə deyilir: "Hər kim bu gecəni əhya saxlasa Allah Taala üçün bütün mələklərin ibadətini etmiş olar."* 100 rəkət namaz. (yə’ni: sübh namazı kimi 50 namaz) hər hərəkətdə həmddən sonra 3 ixlas surəsini (yə’ni: Qulhvəllah sursəini) oxu [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah]. 100 rəkəti qılıb qurtarandan sonra 70 dəfə de: Sübhanəllah vəlhəmdü illah vəla ilahə illəlahu vəllahu əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyil əzim.2. Hz.İmam Hüseynin(ə) qəbri kənarında əhya saxlamaq.3. Dua, ibadət və istiğfar etmək.Aşura gününün əməlləri:1. İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Hz.İmam Rza(ə) buyurur: "Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər".2. İmam Hüseyni(ə) ziyarət etmək.3. Bu gün oruc tutmaq məkruhdur. Amma Əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir.4. İmam Hüseyn(ə) zəvvarlarına su vermək.5. 1000 dəfə "İxlas" surəsini oxumaq.6. "Aşura" ziyarətini oxumaq.7. 1000 dəfə "Allahumməl`ən qətələtəl-Huseyn" zikrini demək.
Категория: Məqalələr | Просмотров: 1835 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: