Şembe, 20/Апреля/2024, 16:06
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 64
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Oktyabr » 7 » Uwaq haqqinda qisa melumatlar )))
12:32
Uwaq haqqinda qisa melumatlar )))

Sual: Körpənin ağlamaması üçün nə etmək olar?
Cavab: Ağlayan uşaq, adətən, qəmgindir. Siz onu sevindirməlisiniz. Narahatlığın səbəbini tapmağa çalışın. Körpəni haldan düşənədək ağlamağa qoymayın. İlk on ayda bu tövsiyəyə xüsusi diqqət yetirin. Çünki məhz bu dövrdə uşağın ətrafa inamı formalaşır. O, ağladığı vaxt qayğı görürsə, inanır ki, insanlar bir-birlərinin dərdinə şərikdir.

Sual: Ağlayan uşağı qucağa götürmək lazımdırmı?
Cavab: Əgər uşağı beşikdən götürdükdə sakitləşirsə, demək, o, qalxmağa ehtiyac duyur. Onu yerindən qaldırdığınız zaman ətrafdakı mənzərələr görmə hissini, onunla bədən təması toxunma hissini oyadır. Hisslər hərəkətə gəldikcə körpə xoşhal olur. Demək, körpə ağlamaqda davam edirsə, onu qaldırmaq lazımdır.
Müşahidələr göstərir ki, arabir yerindən qaldırılan körpə az ağlayır. Mən körpənin ən çox səs-küy saldığı vaxtı tə`yin etmək üçün aparılan müşahidələrdə iştirak etdim. Bu vaxt tə`yin edildi. Hər dəfə "ağlamaq vaxtı” çatar-çatmaz körpə yerindən qaldırıldı. Nəticədə uşaq əvvəlki qədər ağlayıb "nəslik” göstərmədi. Bu sınaq bir neçə körpə üzərində aparıldı və mə`lum oldu ki, yerindən qaldırılan körpənin hissləri oyandığı üçün o daha az ağlayır.

Sual: Körpənin daimi şadlığı üçün göstərilən sə`ylər onu ərköyün etməzmi?
Cavab: Əvvəla, hələ ki, "ərköyünlük”o qədər də aydın məfhum deyil. Ümumi fikir belədir ki, ərköyün uşaq daim nə isə istəyir və onu razı salmaq mümkünsüzdür. Xalqın nəzərində belə körpə istəyi yerinə yetirilmədikdə əxlaqsızlıq edir, narazı qalır.
Mənim fikrimcə, on aydan az yaşda olan körpəni ərköyünləşdirmək qeyri-mümkündür. Çünki belə körpə tam asılıdır və öz ehtiyaclarını əldə etməkdə acizdir. Körpə öz ehtiyaclarının ödənməsində böyüklərə möhtacdır. Ona kömək etmək onu ərköyünləşdirmək deyil. Körpəyə yardımı kəsməklə onu narahatlığa salmaq körpəlik dövrünü uzadır. Körpənin narahatlığına son qoyub, onun istəklərinə cavab verməklə siz bu dövrü qısalda bilərsiniz. İnanın ki, körpəlik dövründə ehtiyacları lazımınca ödənən körpə müstəqillik üçün daha böyük tutuma malik olur.
Категория: Kitablar | Просмотров: 2853 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: