Cüme, 19/Апреля/2024, 01:29
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 64
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2008 » Dekabr » 18 » B.Pünhanın həyatının xronologiyasi
23:44
B.Pünhanın həyatının xronologiyasi
B.Pünhanın həyatının xronologiyasi
 
 
   Zəmanimizin satirik şairi Atababa Seyidəli oğlu Mədətzadə 1948-ci il noyabr ayının 5-də Bakı şəhərində dünyaya göz açıb.1955-ci ildə Məhəmməd Əmin Rəsulzadə qəsəbəsindəki 99 saylı məktəbin birinci sinfinə gedib. 1963-cu il 8-ci sinifi bitirib. Həmin il Bakı Rabitə texnukumuna daxil olub. 1967-ci il iyun ayında texnikumu bitirib, avqust ayında Bakı Metropolitenində mexanik vəzifəsində işləməyə başlayıb. 1968-ci il hərbi xidmətə çağırılıb. Ukraynanın Kiyev şəhərində hərbi xidmətini başa vurub, vətənə qayıdan kimi metroda işini davam etdirib.Metroda işlədiyi ilk vaxtlarda "Metro” qəzetində kiçik həcimli şerləri və qəzəlləri çap olunub. 25-il müddətində həmin yerdə işləyib.

1972-ci ildə evləntb. Bir oğlan, bir qız övladı var. Hamı onu Baba çağırsa da dünyaya gələn iki nəvəsi üçün həqiqi mənada baba olub.

Baba Pünhan ilk qəzəlini 13-14 yaşında ikən yazıb. Yaradıcılığa lirik qəzəllərlə başlamış, nəzm formasında bir neçə poema, sərbəst şer məhəbbəti ruhlu qəzəllər yazıb yaratmışdır.

1990-cı illərdə lirikaya satirik ruh gətirməklə bu gün satirik şair adını almaq əzmini qazanıb. Dövründə baş vermiş haqsızlıqlara qarşı öz mübarizəkar qəzəlləriylə üsyan edir. 2 il müddətində "Zarafat” qəzetində çalışıb. Sonralar "Tək səbr”, "525”, "İmpuls”, "Oxu məni”, "Yeddi gün”, "Azadlıq”, "Şəhriyar”, "Bakı Xəbər”, "Etimad”, "Qətiyyət”, "Politika”, "Olaylar”, "Bakının səsi”, "Dünya”, "Müsavat”, "Qoroskop”, "Dəryaz”, "Arı”, "Ekspress”, "Vəhdət”, "Nəbz” və "Ədalət” qəzetində "Danabaş kəndinin Bakı filialı” rublikası başlığı altında çap olunub.

1998-ci il "21-ci gənclik dərgisi”, 1999-cu il "Azərbaycan jurnalı”, 2004-cü il aprel ayında Moskvada bir neçə qəzəli rus dilində tərcümə olunub və "İRS-наследие” Beynəlxalq Azərğaycan jurnalının 2004-ci il İranda çap olunan kitabda onun qəzəlləri də özünə məxsus yer tutaraq çap olunub.

1995-ci ildə Hacı Mailin rəhbərliyi ilə təşkil olunmuş "Füzuli məclisi”nə dəvət olunub.

1996-cı il "Təzəpir” məscidində təşkil olunmuş yığıncaqda mükafatlar təltif olunarkən, Füzuli məclisinin fəal iştirakçısı kimi "Paklıq” mükafatına layiq görülüb. 1997-ci il fevral ayında "Məşhəd” ziyarətinə gedib.

1998-ci il noyabr ayının 5-də "Vahid evi”ndə onun "50” illik yubileyi keçirilib. Həmin il Azərbaycan televiziya "ANS” kanalının "Qulp” verlişinə dəvət alıb. Bu verilişdə "Lirika” rublikasında satirik qəzəllərini oxumaqla xalqla yaxın bir ünsiyyət yaradıb.

3 noyabr 2000-ci ildə B.Pünhanın "Acı həqiqət” kitabı ilk dəfə işıq üzü görüb.

2000-ci ildə "Az. Jurnalı ” tərəfindən "Hikmət Ziya” adına mükafat alıb. 2000-ci il sentyabr ayında "Yalan çeynəyə- çeynəyə” adlı kitabı çap olunub. Həmin ildə AYİ tərəfindən satirik yazılar üzrə ilin qalibi elan olunub. Və 2000-ci il Həcc ziyarətinə gedib. Gələndən sonra "Mərkəzi Kliniki xəstəxana”sında ürəyi üzərində cərahiyyə əməliyyatı aparılıb. (1991-ci ildə ürəyində geniş əhatəli infarkt olub.)

2002-ci ilin avqust ayında şairin "Mən nə dedim ki...” kitabı oxuculara təqdim olunub. 2004-cü il "Kim nə götürdü” adlı kitabını nəşrə çapa verib, kitabın çapına nəzarət edərək demək olar ki, çapdan çıxacaq bütün formasını, yəni tam şəklini görüb.

2004 aprel ayının 5-də  "Mərkəzi Kliniki xəstəxana”sında ürəyində yenidən "kiçik əməliyyat” aparılıb. 7 apreldə evə gəlib. 8 Aprel səhər tezdən halı pisləşib "koma” vəziyyətinə düşüb. 9-gün komada süni nəfəsvermə ilə saxlanılıb. Aprel ayının 17-si Baba Pünhanın ürəyi süni nəfəsdən imtina edib.

Həmin gün ömrü tamamlanıb.

Komada ikən sonuncu kitabı çapdan çıxıb. Öz səsi və nəfəsiylə dediyi 17 qəzəl və bir sərbəst şerin yazıldığı disk ölümündən sonra hazır olub.

Onun kitablarında çap olunan qəzəllər 278, müxtəlif şerlər 7, felyutonlardan 10-u, 7 bəhri-təvimindən 3-ü və kiçik lətifələri oxucuların nəzərinə çatdırılıb.

Məzarı "Kürdəxanı” kəndində, məhəbbəti onu sevənlərin qəlbindədir. Xalq ona "Azərbaycanın haqq şairi” adını verib.

Bu adı Baba Pünhan bütün vücudunun vəqhi, ruhunun həqiqətilə yazıb yaratdığı qəzəlləri və sağlamlığını itirmək bahasına qazanıb.

Ölməz, həmişəyaşar şairimiz haqqında sizi məlumatlandırmağı özümüzə borc bilirik.
Категория: Ədabiyyat | Просмотров: 1181 | Добавил: qedir-xum | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: