17:43 REBBİM... | |
RƏBBIM bir insan qoy qəlbimə Amma o insan Sənin də sevdiyin olsun Və mənə elə bir insan sevdir ki, O insanın ürəyi Səni sevən bir məbəd olsun. Məni elə bir insanla görüşdür ki, Məndən əvvəl onunla görüşmüş olan Sən olasan Onunla əl-ələ tutduğumuzda İkimizin üzərində Sənin əlin olsun Mənə elə gözlər göstər ki, Mən o gözlərdən Sənə baxım Mənə elə bir sevgili ver ki, O gözlər Cənnətə açılan iki pəncərə olsun Onunla elə bir yolda gedək ki, Bələdçimiz Sən olasan ey RƏBBIM Elə bir sevgili ver ki mənə, Ona sarıldığımda kainat bizə baxsın Bir-birinə sarılsın Sevgimiz qurdla quzuları barışdırsın Bizə baxıb şeytan Adəmə səcdə etsin Günah savab uğrunda özünü fəda etsin. Bizə elə bir sevgili ver ki, Sevgimizdə Məhəmməd (s.a.s) sevilsin Elə sevək ki bir-birimizi Hz. Xədicə göylərdən bizə səslənsin Və desin ki, Ya Məhəmməd bax bu sevgililərə. Onlar bizdə... bizdə onlardayıq. Bax Eşqimiz bir daha yaşanır yer üzündə.. ALLAH Eşqimizi elə çox sevir ki minlərlə insana yaşadır.. ALLAHIM sevgini, Səni sevənin sevgisini və Səni sevməyə məni yaxınlaşdıranın sevgisini mənə nəsib et. ALLAHIM elə bir sevgi ver ki ürəyimə səhərə qədər namaz qılım yorulmayım. ALLAHIM elə bir sevgi ver ki, ürəyimə ən uzun günlərdə oruc tutum bezməyim. ALLAHIM elə bir sevgi ver ki, gəzdiyim gördüyüm hər yerdə sənin adını zikr edim.. ALLAHIM əgər mən sənin cənnətini qazanmaq üçün ibadət etsəm qoyma məni cənnətinə. Əgər cəhənnəmində yanmamaq üçün ibadət edirəmsə at məni atəşə. Mən, Sənə olan eşqimdən ibadət edirəm . Sən istəsən Cənnətinə qoyarsan istəsən Cəhənnəminə. Muselman.ws
| |
|
Всего комментариев: 0 | |