17:32 Əlvida (İmam Rzaya) | |
Tərk edib dostun diyarın söylürəm can əlvida, Əlvida, Samin-hücəc, Şahi-Xorasan, əlvida. Gər ki biz yalnız fəqirik, xalidir dərgahımız, Leyk, olmuş lütfünilə müşküllər asan, əlvida. Sən bizə eşqü-məhəbbət dərsini öyrətmisən, İndi yaralı qəlblərə qıl bir də ehsan, əlvida. Səcdə etmiş Xaliqə hər kim görüb kəramətin, Zamini-ahu olan, dərdlərə dərman, əlvida. Mən uzaq eldən gələn bir aşiqü-zəvvar idim, Qüssənlə tərk etdim səni, ürək nigaran, əlvida. Vüsal Hüseynzadə
Media-Islam.com | |
|
Всего комментариев: 0 | |