Cüme, 29/Марта/2024, 09:59
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 64
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2009 » May » 24 » 28 may - 3 cəmadiül-əvvəl Xanım Fatimənin (s.ə) şəhadət günüdür
11:39
28 may - 3 cəmadiül-əvvəl Xanım Fatimənin (s.ə) şəhadət günüdür
 
Həzrət Fatimə (s.ə) İslam peyğəmbərinin (s) dördüncü və ən kiçik qızı idi. Onu hemde Tahirə, Zəkiyyə, Raziyyə, Zəhra, Bətul çağırırdılar. Allah-taala onu və onun aşiqlərini cəhənnəm atəşindən qoruyacağına görə xanım "Fatimə” adlandırılıb.Erkən yaşlarından anasını itirən Həzrət Fatimə (s.ə) peyğəmbərlik vəzifəsini yerinə yetirən atasının mehriban çağırışlarına ətrafdakıların istehza ilə yanaşmasının şahidi olub.Atasına sədaqətli və əsl ana qayğısı göstərdiyinə görə "Ummu Əbiha”, yəni "atasının anası” adlandırılıb.Peyğəmbərin (s) öz kiçik qızı Fatiməyə (ə) olan məhəbbəti misilsiz olub.Qadına vəhşi münasibətin hakimolduğu bir dövrdə İslam Peyğəmbərinin (s) Fatiməyə olan sevgisi həm qadına verilən əhəmiyyətdən, həm də atanın övladına olan heyrətamiz məhəbbətindən danışır.Hətta Peyğəmbər (s) belə buyururdu; "Fatimə bədənimin bir parçasıdır. Ona əziyyət verən mənə əziyyət verir.”
Fatimə (ə) İslam peyğəmbərinin əmisi oğlu, həm də 1-ci imamımız Əmirəl-möminin Əli (ə) ilə bir yerdə, İslam Peyğəmbərinin (s) himayəsi altında ilahi tərbiyə alıblar. Onlar Allahın razılığı ilə bəşəriyyətə nümunə olacaq bir ailə qurublar.Kasıb həyat tərzinə baxmayaraq onlar bir-birinə qarşı səmimi və mehriban həyat yoldaşları idilər.
Ən çətin vəziyyətdə də Fatimə Əlidən (ə) nə isə tələb etmir, onu əziyyətə salmaq istəmirdi.Fatimə (ə) o qədər gözəl həyat yoldaşı olub ki, Həzrət Əli (ə) onun barəsində belə söyləyib: "Fatimə Allaha itaətdə ən yaxşı köməkçidir.”
Həzrət Fatimə (ə) çox qısa bir ömür sürüb. O, atasının vəfatından sonra həyasız münafiqlərin zülmlərinə sadəcə 75 gün davam gətirə bildi. Həmin vaxtlar Əli (ə) həyatının ən ağır günlərini yaşadı. Əli (ə) ona tapşırılan əmanəti özü torpağa tapşırdı və heç kimə onu harada dəfn etdiyini söyləmədi.Onun harada dəfn olunduğunu təkcə Əli (ə) və övladları bildilər.
28 may - 3 cəmadiül-əvvəl Xanım Fatimənin (s.ə) şəhadət günüdür. Bu üzücü şəhadət münasibətilə Həzrət Mehdi (ə), Əziz rəhbər Ayətullah Xamenei və bütün Fatimə aşiqlərinə başsağlığı veririk!
Haqq Yolu elmi-mədəni müəssisəsi
Категория: 14 Məsum | Просмотров: 1083 | Добавил: ilkin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: