Cüme, 29/Марта/2024, 10:41
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 64
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2009 » May » 25 » 8-ci İmam
18:57
8-ci İmam
 
 
ONUNCU MƏSUM
İMAM RZA (ə)

İMAMIN ŞƏXSİYYƏTİ
Adı: Əli
Ləqəbi: Rza
Kunyəsi: Əbül-həsən
Atası: Həzrət imam Musa Kazim (ə)
İmamlıq müddəti: 21 il
Ömrü: 55 il
Vəfatı: 203-cü Hicri-qəməri ilində Abbasai xəlifəsi Məmun tərəfindən zəhərlənmişdir.
Məzarı: İran, Məşhəd şəhəri.

TƏVƏLLÜDÜ
148-ci Hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində Musa ibn Cəfərin (ə) evində bir uşaq dünyaya gəldi ki, atasından sonra müsəlmanların imamlığını öz öhdəsinə aldı.
Bu körpənin adını Əli, ləqəbini isə Rza qoydular. İmamın əziz anası Nəcmiyyə iman və üstün ağıl baxımından zəmanəsinin ən görkəmli qadınlarından biri sayılırdı.
Uşaqlıq çağından etibarən atası imam Kazim (ə) ilə birlikdə idi. İmam Musa Kazim (ə) həmişə öz əshabına belə buyurardı: «Məndən sonrakı imam, budur».
Bu barədə Məxzumi belə demişdir: «Günlərin bir günündə Musa ibn Cəfər (ə) bizi çağırıb «sizi dəvət etdim ki, bu oğlanın məndən sonra mənim varisim və canişinim olacağına şahid durasınız» - deyə buyurdu».
İmamın zamanında boğucu şərait və şiddətli təzyiq həmin mühitə hakim olduğuna görə sözlərinin axırına belə əlavə etdi: «Sizə dediyim yanınızda qalsın və kimsəyə söyləməyin, bizim dostumuz və əshabımız olanlardan başqa».
İMAMIN ƏXLAQİ XÜSUSİYYƏTLƏRİ
Məsum imamlar Allahın seçmiş olduğu, hamıdan üstün şəxsiyyətlər idilər. Onlar həyatda başqalarına örnək olub xalqa həyat dərsi verirdilər. Onlar özlərini camaatdan ayırmaz, zülmkarların metodu ilə yaşamaz, eləcə də heç kimə etinasızlıq göstərməzdilər. Bu barədə mərhum şeyx Səduq, İbrahim ibn Abbasdan nəql edərək belə yazmışdır: «İmam Rzanın (ə) sözlə bir kimsəyə zülm etməsini, yaxud kimsənin sözünü yarıda kəsməsini heç vaxt görmədim. Həzrət (ə) başqalarının yanında ayaqlarını uzatmaz, süfrə salınanda xidmətçiləri süfrəyə dəvət edərək onlarla birgə xörək yeyər, gecələr istirahət etdikdən sonra isə qalxıb ibadətlə məşğul olar, ata-babaları kimi o da gecəyarısı ərzağı çiyninə alıb yoxsul evlərə aparardı».
Muhəmməd ibn Əbi İbad, imam (ə) haqqında belə deyir: «Həzrət (ə) yayda həsirdən, qışda isə yun xalılardan istifadə edərdi. Sadə bir evdə yaşayardı, lakin bayıra çıxanda təmiz və təzə paltar geyərdi. Qonağa hörmət edərdi.
Bir gecə evdə yanan çıraq xarab olur, qonaq qalxıb çırağı düzəltmək istədikdə, imam (ə) onu bu işdən çəkindirir və özü çırağı düzəldib buyurur: "Biz qonaqlarımızı işlətmərik».
İmamın xidmətçisi Yasir deyir: «İmam (ə) bizə belə buyurardı: «Yemək yediyiniz vaxt əgər sizi çağırsam, xörəyinizi yeyib qurtarmayınca qalxmayın». İmamın əshabından olan başqa bir nəfər isə o Həzrətin əxlaqı barəsində belə deyibdir: «Bir gün yad bir adam imamın evinə gəlib: «Mən sizin dostlarınızdanam, yoxsul da deyiləm, lakin pulum qurtarıb və qayıtmaq üçün xərcim yoxdur, əgər bir az siz mənə pul versəniz, öz şəhərimə çatandan sonra sizin tərəfinizdən sədəqə verərəm» - dedi. İmam (ə) qalxıb o biri otaqa keçərək oradan 200 dirhəm gətirib qapının üstündən ona verdi və buyurdu: "Al bunu, mənim tərəfimdən sədəqə verməyin də lazım deyildir».
İmamdan «belə etdin ki, səni görməsin?» - deyə soruşdular. İmam (ə) onların cavabında belə buyurdu: «Belə etdim ki, gözü mənə sataşıb utanmasın».
İmamın əshabından olan Süleyman deyir: «Bir gün Həzrətlə evə getdik. Fəhlələr işləyirdilər. Orada imamın tanımadığı özgə bir kişi də var idi. İmam (ə) buyurdu: - Bu kişi kimdir?
Dedilər: - Onu bizə kömək etmək üçün gətirmişik.
- Onunla müqavilə bağlayıb muzdunu təyin etmisinizmi?
- Xeyr, ancaq yaxşı kişidir və nə qədər versək, qəbul edib etiraz etməz.
İmam (ə) bu sözdən çox narahat olub buyurdu: «Həmişə sizə demişəm ki, birini işlətməyə gətirəndə əvvəldən muzdun təyin edin. Çünki muzdu təyin olub muzdundan çox ona pul versəniz, sevinər. Amma əgər muzdu təyin etməsəniz, onda muzdunun üç qatını da versəniz, elə güman edər ki, muzdunu verməmisiniz».
QÜRURLANMA
Əhməd Bəzənti öz zəmanəsinin tanınmış alimlərindən idi. O, Həzrət Rzaya (ə) məktublar göndərib, o Həzrətdən cavablarını aldıqdan sonra Həzrətin imamlığına etiqad bəsləmişdi. Bir gün Bəzənti imama (ə) belə dedi: «Xəlvət bir saatda hüzurunuza gəlib sizinlə danışmaq istəyirəm».
Həzrət (ə) da onun istəyini qəbul edib, hətta öz miniyini də Bəzənti üçün göndərdi. O gün gecəyarısına qədər bir-birləri ilə elmi mübahisə apardılar və Bəzənti öz müşkül məsələlərini imamın məclisində həll etdi.
Yatmaq vaxtı çatanda imam (ə) xidmətçisini çağırıb buyurdu: «Mənim şəxsi yatağımı gətirib mənim yanımda böyük məqama malik olan qonaq üçün sər ki, istirahət etsin!».
İmamın sözləri Bəzəntini şişirtdi, ürək quşu havalandı və öz-özünə belə dedi: «İmamdan sonra dünyada mən hamıdan yaxşıyam. Bu mənəm ki, imam öz miniyini mənim üçün göndərdi, öz yatağını mənə verir və saatlarla mənimlə oturub söhbət edir».
Bəzənti öz xəyalları ilə məşğul idi ki, birdən imam (ə) otağa qayıdıb ona buyurdu: «Ey Bəzənti! Heç vaxt bunlarla başqalarının yanında qürurlanma. Çünki Həzrət Əlinin (ə) dəyərli əshabından olan Səsəə xəstələndikdə onu görmək üçün yanına gedib saatlarla ona nəvaziş göstərdikdən sonra məğrur olmaması üçün buyurdu:
«Əziz dost, bu gördüklərini əsla özünə qurur vəsiləsi edərək «mən beləyəm, mən eləyəm, imam mənə məhəbbət göstərdi» - deyə məğrurlanma. Mən bu işi dini və insanlıq borcumu yerinə yetirmək üçün edirəm».
Bəzənti belə deyir: «Həzrət bu əhvalatı danışaraq, mənə yanıldığımı başa saldı. Ondan sonra belə qərara gəldim ki, heç vaxt batili fikr etməyim, öz niyyət və əməllərimə diqqət yetirim».
Bəlx əhalisindən olan bir kişi deyir: «Həzrət Rza (ə) ilə Xorasan səfərində idik. Süfrə salındıqda o Həzrət əmr etdi ki, hamı gəlib süfrə başında otursun. Dedim: «Qurbanın olum, icazə ver qulların süfrəsini ayırım». Həzrət (ə) belə buyurdu: «Sus. Bunu bil ki, heç birimiz başqasından üstün deyilik. Bizim Allahımız birdir, ata-anamız birdir. Biz yalnız təqvamıza görə bir-birimizdən fərqlənə bilərik».
Cabir Zəhhak belə deyir: «Məmunun əmri ilə Həzrəti Mədinədən Mərvə gətirirdim. Allaha and olsun ki, imamın xidmətində olduğum bu müddət ərzində o dərəcədə təqvalı və pak bir kişi görməmişdim».
İMAM RZA (ə) VƏ QARDAŞ NƏSİHƏTİ
Həzrət Rza (ə) Xorasana dəvət olunub bir sıra şərtlərlə Məmunun vəliəhdi olmağı qəbul etmək məcburiyyətində qaldığı zaman Mədinədə qiyam edən qardaşı Zeyd də Məmunun əmri ilə Xorasana gətirildi. Məmun imamın hörmətinə onu azad buraxıb cəzalandırmadı.
Bir gün izdihamlı bir məclisdə imam (ə) xalqa söhbət edərkən eşitdi ki, Zeyd məclisin bir bucağında oturub özünü tərifləyir və «mən eləyəm» - deyir. İmam (ə) dedi: «Ey Zeyd! Kufənin baqqallarından eşidib inandığın sözləri camaata satırsan?! Bu sözlər nədir ki, deyirsən? Əli ilə Zəhranın övladları ancaq Allahın əmrinə təslim olduqları və özlərini günahdan uzaq saxladıqları zaman dəyərli və üstün sayılarlar. Olmaya belə güman edirsən ki, Musa ibn Cəfər, Həzrət Səccad və başqa imamlar kimisən?! Halbuki onlar Allah yolunda əzab-əziyyətlər çəkərək gecə-gündüz Allaha ibadət və sitayiş edirdilər. Sən əsla zəhmət çəkmədən nailiyyət əldə edəcəyini güman edirsənmi?! Bunu bil ki, əgər bizim hli-beytimizdən olan bir şəxs yaxşı iş görərsə, iki qat savab aparar. Çünki həm başqaları kimi yaxşı iş görüb, həm də Peyğəmbərin (s) hörmətini saxlayıbdır. Lakin əgər pis iş görsə və bir günah etsə, iki günah qazanıbdır: biri budur ki, başqaları kimi pis iş görüb, o birisi də budur ki, Peyğəmbərin (s) abrını aparıbdır.
Ey qardaş! Hər kim Allaha itaət etsə, biz Əhli-beytdəndir, lakin günahkar olsa, bizdən deyildir. Necə ki, Allah-Taala, öz mənəvi əlaqəsini atası ilə qıran Nuhun oğlu barədə buuyrub: «O, sənin nəslindən deyildir. Əgər sənin nəslindən olsaydı, ona nicat verərdik».
Şeyx Səduq, Həsən Növfəlidən belə nəql edibdir: «Məmun dünyanın müxtəlif din alimlərini yığaraq bir məclis qurmağı, imam Rzanı (ə) da bu yığıncağa dəvət etməyi və onu elmi baxımdan etibarsız edərək nüfuzunu aradan aparmağı planlaşdırmışdı. Məmun həmin yığıncağı təşkil etmək əmrini vəziri Fəzl ibn Səhlə verdi. Məmun adam göndərib imam Rzanı (ə) da həmin məclisə dəvət etdi. İmam (ə) yığıncaqda iştirak etməkdən əvvəl evindən çıxanda Həsən Nöfvəliyə belə buyurdu:
«Bilirəm ki, Məmunun bu yığıncağı qurmaqda məqsədi nədir. Amma bunu da bil ki, xristianlarla öz kitablarından, yəhudilərlə Tövartdan, məcusilərlə də farsca danışdığım zaman Məmun bu işdən peşman olacaq».
İmamın dediyi kimi də oldu. İmam məclisə girəndə hamı onun ehtiramına ayağa qalxdı. Həzrət (ə) Məmunun yanında əyləşdi. Məmun xristianların böyük ruhanisi Casəliqə «istədiyin sualı ver» - dedi. Casəliq belə dedi: - İsa haqqında nə bilirsən?
İmam (ə) buyurdu: - Bizim etiqadımıza görə İsa (ə) Allahın peyğəmbəri olub.
Casəliq dedi: - Öz peyğəmbərinizin nübüvvətinə dair dəliliniz nədir?
İmam (ə) buyurdu: «Məgər İncildə oxumamısan ki, Yuhənna İsanın belə buyurduğunu nəql edir: «Məndən sonra keçmiş peyğəmbərlərin dinini kamilləşdirəcək bir peyğəmbər gələcəkdir».
- Oxumuşam. Amma onun kim olduğunu və harada olacağını deməyibdir.
Həzrət (ə) buyurdu: - Sənə İncil kitabından oxumağımı istəyirsənmi?
- Oxu.
Həzrət (ə) üçüncü bölməni oxuyub İsanın belə buyurduğu yerə çatdı. «Mən sizin Pərvərdigarınıza doğru gedəcəyəm və Barqilita, (yəni Muhəmməd) sizə doğru gələcək və küfrü məğlub edəcəkdir».
Casəliq susub heç bir söz demədi. Sonra Həzrət (ə) yəhudilərin başçısı Rəsül-caluta tərəf dönüb belə buyurdu: - Musanın peyğəmbər olduğuna dair hansı dəliliniz vardır?
Dedi: - Musanın əsanı ilana çevirmək, Nil çayını yarmaq və ondan keçmək və əlindən saçılan işıq kimi möcüzələri vardır.
Həzrət (ə) buyurdu: - Nəyə görə İsanın peyğəmbərliyinə inanmadınız?
Dedi: - Deyilənlərə görə İsa ölünü dirildib, dəri xəstəliklərini sağaldırmış. Amma biz bunu görmədik ki, ona iman gətirək.
Həzrət (ə) buyurdu: - Onda nəyə görə Musadan qabaq olan peyğəmbərlərə, habelə Musanın özünə inanırsınız, məgər onların möcüzələrini görmüsünzmü?
Dedi: - Bizə nəql olunduğuna görə o, kimsənin söyləmədiyi sözləri söyləyib və qabaqcadan kimsənin görə bilmədiyi işləri görübdür.
İmam (ə) buyurdu: - Bu sözləri onun demiş olduğunu haradan bilirsiniz?
Hürmüzan dedi: - Tarixdən və bu sözləri eşidənlər vasitəsilə eşitmişik.
İmam (ə) buyurdu: - Başqa dinlər və tarixə istinad edirlər. Onda siz onları necə öz dininizə dəvət edəcəksiniz?
Hürmüzan susub bir söz demədi. İmam (ə) sonra məcusların başçısına belə buyurdu: «Sən də istədiyini soruş». Ömran, Allah və yaradılışın fəlsəfəsi haqqında bir neçə sual verib cavabını aldı və Həzrətin vasitəsilə müsəlmanlığı qəbul etdi. Məclis imamın qələbə və müvəffəqiyyəti ilə sona çatdı. Belə bir şeyi gözləməyən Məmun ilan sancmış adam kimi qıvrılırdı və məclisi qurduğu üçün özünü danlayırdı.
İMAMIN QUM ŞƏHƏRİNƏ ĞƏLMƏSİ
Məmun imamı Xorasana dəvət etdiyi zaman Həzrət (ə) Mədinədən Bəsrəyə, oradan da Quma gəldi. Qum əhalisi imamı qarşılamağa çıxmışdılar. Hamı da istəyirdi ki, imamı öz evinə qonaq aparsın. Həzrət (ə) belə buyurdu: «Qırağa çəkilin. Mənim dəvəm bu işin məmurudur. Hər kimin qapısında dayanıb otursa, ora mənim qalacağım yer olacaq». Dəvə Qumun əyri-üyri küçələrindən keçib bir evin qapısına çatanda yerə oturdu. İmam (ə) isə (bu gün Qum şəhərinin elmi mədrəsələrindan biri Rəzəviyyə mədrəsəsi olan) evə qonaq oldu.
İmam (ə) Xorasan yolunda hara çatırdısa, camaat sevincək Həzrətin ətrafına yığışıb ən dərin məhəbbətlərini biruzə verib göstərirdilər.
İMAMIN NİŞAPUR ŞƏHƏRİNƏ GƏLMƏSİ
O dövrdə Nişapur şəhəri İranın iri, cəmiyyətli və abad şəhərlərindən biri sayılırdı. Şəhər əhalisinin imam Rzaya (ə) təşkil etdikləri qarşılama mərasimi tarixdə misilsiz idi. Sonralar bu şəhər monqollar tərəfindən işğal olundu. İmam gələndə isə Nişapurun alimləri, əllərində kağız-qələm, şəhərin darvazasında yığışmışdılar ki, imamın sözlərini yazsınlar. O zamanlar
Nişapurda yüzlərlə alim, hədisçi və fəqih yaşayırdı. Böyük rəvayətçi və hədisçilərdən sayılan Muhəmməd ibn Əsləm Tusi qabağa gəlib imamdan camaat üçün bir hədis söyləməsini xahiş etdi. İmam (ə) kəcavənin pərdəsini qaldırıb başını kəcavədən çıxartdı. Xalqın gözü imama sataşan kimi salavat və təkbir səsləri göyə ucaldı. İmam (ə) sakit olmalarını işarə etdikdə hamı susdu. Sonra bir hədis oxudu:
Allah-Taala buyurmuşdur: «La ilahə illəllah” mənim qala və hasarımdır. Hər kəs bu kəlməni dilə gətirsə, mənim qalama daxil olub əzabımdan qurtulacaqdır».
Bu hədisin ardıcıl sənədi Peyğəmbər, Cəbrail və Allaha yetişdiyinə görə «Silsilətüz-zəhəb» adlandırılmışdır.

Категория: 14 Məsum | Просмотров: 1471 | Добавил: ilkin | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: