12:18 Həzrəti Zəhranın (ə)elminin üstünlüyü | |
Həzrəti Zəhranın (ə)elminin
üstünlüyü və elmin dəyəri Biri mömin ,digəri isə islam düşmənlərindən olan iki qadınla bir dini məsələ haqqında mübahisə etdilər. Ixtilafı həll etmək üçün Həzrəti Fatimənin (ə) hüzuruna gəldilər. Haqq , mömin qadınla olduğundan ,həzrəti Fatimə(ə) öz sözünü dəlil və məntiqlə bəyan etdi. Beləliklə mömin qadın düşmən qadına qələbə çaldı və bu qələbədən çox şad oldu. Həzrəti Fatimə (ə) mömin qadına buyurdu: Allahın mələkləri daha çox şaddılar. Eləcə də şeytan və ona tabe olanların qəm – qüssəsi o düşmən qadının qəm-qüssəsindən daha çoxdur. Imam Həsən Əskəri (ə) buyurub: " Buna görə də Allah təala mələklərə buyurdu: O mömin qadına tediyi xidmətə görə həzrəti Fatiməyə (ə) behişt nemətləri əvvəlcədən müəyyən olunduğundan min-min bərabər çoxaldın. Və bu işi öz elmi ilə bir möminə kömək edərək onun düşməninə qələbə çalmağa səbəb olan və başqa alimlər haqqında da riayət edin və onun savabını min-min bərabər artırın(biharul ənvarin hekayələri. Səh:45). Muselmaniq.biz
| |
|
Всего комментариев: 0 | |