Cüme, 19/Апреля/2024, 11:59
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 125
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » İyul » 13 » Analıq böyük şərəfdir
14:36
Analıq böyük şərəfdir

Analıq böyük şərəfdir

 Qadının ən ülvi məqamı ana olmaq şərəfidir. Analıq könül və həyat nəğməsidir. Cəmiyyətin inkişafında və formalaşmasında və ya əksinə dağılmasında əsas rolu oynayan yenə də anadır. Buna görə də cəmiyyətin xilası ana adını daşıya biləcək şəxslərin yetişdirilməsi ilə mümkündür.


İslam ana olmaq surəti ilə qadına ən yüksək dəyəri verib, onu çox şərəfli bir mövqeyə layiq görüb. Tarixin müxtəlif dövrlərində zillət içində olan və təhqirə məruz qalan qadın layiq olduğu ən yüksək mərtəbəyə İslam gəldikdən sonra ucalıb.

 Hər kəsə yaxşılıq etməyi, hər kəsin haqqını qorumağı əmr edən İslam dini insanın valideynlərinə, xüsusilə anasına münasibətdə ən yaxşı şəkildə davranmasını, onların haqlarına riayət edilməsini əmr edir. Uca Allah Qurani-Kərimin Loğman surəsində buyurur: "Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!”.

 Əsl ana bütün ömrünü övladına həsr edən kəsdir. O, övladını bir müddət bətnində, daha sonra qollarında və həyatının sonuna qədər qəlbində daşıyır.

Peyğəmbərin (s) səhabələrindən Abdullah ibn Məsuddən (r) rəvayət olunduğuna görə, bir gün o, Allahın rəsulundan (s) suruşur:

- Ey Allahın rəsulu! Allah nəzdində ən sevimli əməl hansıdır?”  Peyğəmbər (s):

- "Vaxtında qılınan namazdır” – deyə cavab verir.

- Bəs namazdan sonra hansı əməl daha sevimlidir?

- "Ana-atana yaxşılıq etməndir” – deyə cavab verir.

- Bəs sonra?

- "Allah yolunda cihaddır” buyurur.

Bir insanın müsəlman olmayan anası ilə belə gözəl davranmanın İslam nöqteyi-nəzərindən çox vacib olduğunu Hz. Əbu Bəkirin qızı Əsmanın (r) aşağıdakı rəvayətində vurğulanır:

"Allahın rəsulunun (s) zamanında müşrik olan (Allaha şərik qoşan) anam mənim yanıma gəlmişdi. Mən Peyğəmbərə (s) dedim: "Ey Allahın rəsulu, anam mənim yanıma gəlib yanımda qalır. Müşrik olduğu halda mən onun qayğısına qala bilərəmmi”?

Peyğəmbər (s): "Bəli ananın qeydinə qal”  - deyə buyurdu”.

Ana-ataya itaət Qurani-Kərimdə təkidlə tövsiyə edilir. Belə ki, Qurani-Kərimin İsra surəsində belə buyurulur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de”.

 Peyğəmbər (s) ana-ataya yaxşılıq barəsində belə buyurub: "Siz iffətli olun ki, xanımlarınız da iffətli olsun! Siz ana-atanızla yaxşı davranın ki, övladlarınız da sizlə yaxşı davransınlar!”

 Əbu Hüreyrə (r) belə nəql edir: "Bir gün Peyğəmbər (s) "Köpü alınsın, köpü alınsın!” dedi. Biz: "Kimin köpü alınsın, ey Allahın rəsulu?” – deyə soruşduqda Peyğəmbər (s) belə cavab verdi: "Ana-atasının və ya onlardan yalnız birinin yaşlaşdığını gördüyü halda cənnətə daxil ola bilməyənin”.

Ana və ataların itaət və qulluğa ehtiyacı olduğu zaman - qocalıq vaxtında onlara lazımi qayğı, hörmət və şəfqəti göstərməyib Uca Rəbbin razılığını və cənnəti qazana bilməyən uşaqların, əlbəttə ki, köpü alınar.

İslam dini ana-ataya itaətə son dərəcə əhəmiyyət vermiş, ana-ataya qarşı çıxmağı da böyük günah hesab etmişdir.

Allahın rəsulu (s) bu barədə belə deyib: "Böyük günahlara Allaha şərik qoşmaq, ana-ataya asi olmaq, haqsız yerə adam öldürmək və yalandan and içmək daxildir”.

Digər bir hədisdə isə deyilir: "Böyük günahlardan biri də bir insanın öz ana-atasına söyməsidir”.

Başqa bir hədisdə isə deyilir ki, bir dəfə Peyğəmbər (s) səhabələrinə dedi: "Sizə ən böyük günahlardan xəbər verimmi?” Səhabələr də: "Bəli, ey Allahın rəsulu” deyə cavab verdilər. Peyğəmbər də (s) cavabında buyurdu: "Allaha şərik qoşmaq, ana-ataya asi olmaq böyük günahlardandır”.

Ana və ataların əmr və istəkləri dinə uyğun olmadığı müddət ərzində yerinə yetirilə bilər. Ancaq onların dinə zidd olan əmrlərinə itaət etmək lazım deyildir. Bu barədə Qurani-Kərimin Loğman surəsində buyurulur: "Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!”.

 Bu ayənin nazil olma səbəbi səhabə Səd ibn əbu Vəqqasın müsəlman olması ilə bağlıdır. Belə ki, Səd Hz. Əbu Bəkirin vasitəsi ilə müsəlman olduqdan sonra onun anası qəzəbindən üç gün yemək yeməmiş, içməmiş və buna görə də taqətdən düşmüşdü. Səd isə anasına "Əziz anam! Mən Allahı və Onun rəsulunu səni sevdiyimdən daha çox sevirəm. Allaha and olsun ki, sənin min canın olsa və İslamı tərk etməyim müqabilində bunları bir-bir versən, yenə də dinimdən vaz keçmərəm! Artıq istəyisən ye, istəmirsən yemə” demişdi.

Bundan sonra anası oğlunun imandakı sabitqədəmliyini və qərarından dönməz olduğunu görüncə çarəsiz şəkildə yeməyə başlamışdır.

Bu məqamda bir şeyi qeyd etmək istəyirik ki, Allahın xoşuna gəlməyən əməllərin icrasını bizə tapşıran valideynlərə itaət etməmək onlara qarşı kobudluqla, söyüşlə, dava-dalaşla müşayiət olunmamalıdır. Bu zaman sakit səslə, mehribanlıqla valideynlərin dediklərini etməmək lazımdır.

Категория: Məqalələr | Просмотров: 963 | Добавил: qedir-xum | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: