Şembe, 27/Апреля/2024, 07:49
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Sentyabr » 12 » Axirətimiz üçün çalışanın dünyada ruzisi bol olar
10:57
Axirətimiz üçün çalışanın dünyada ruzisi bol olar

Nəhcul-bəlağə”yə nəzər salanda görmək olur ki, nə zaman söhbət mükafatdan düşürsə, axirət mükafatı nəzərdə tutulur. Belə ki, Quran ayələri və Məsumlardan (ə) gələn hədislər bizim axirət üçün əməl etməyimizi tövsiyə edir."Axirət üçün elə əməl edin ki, sanki sabah öləcəksiniz”.

Əgər axirət məsələsi və axirət üçün çalışmaq gündəlik həyatımızın mühüm hissəsinə çevrilərsə, insan yavaş-yavaş dünya nemətindən bəhrələnər və İlahi stimul ilə əbədi səadətinə tərəf hərəkət edər. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, səhəri açar və gecəni edər, ən böyük himməti axirəti üçün olar - Allah qəlbini ehtiyacsız və zəngin qərar verər. İşləri dağınıq olmaqdan xilas olar, dünyadan ruzini kamil şəkildə almadan getməz”.

Bu hədisdən görmək olur ki, insan əgər axirəti üçün çalışarsa, səbəb olar ki, axirəti abad olsun. Əlbəttə, Allah bu dünyada da işlərimizi xeyirli edər. Ruzi və dünya işləri baxımından bizi ehtiyacsız edər.

Ancaq əgər əksinə olarsa, bütün səy və çalışmamız dünyamız üçün olarsa, axirətdən qafil olarıq. Əziz Peyğəmbərimiz (s) çalışması dünya üçün olan barədə buyurur: "Allah onun qarşısında yoxsulluğu qərar verər. İşləri dağınıq olar”. Beləliklə, hər nə qədər insan dünya işlərinin ardınca qaçarsa, dünya ondan uzaqlaşar. Onu az bəhrələndirər, bu cür insan dünyasını və axirətini uduzar.

Ancaq əgər qəlbimizdə imanımız olsa və bilsək ki, dünya işlərinin hamısı bizdən deyil, Xaliqdən asılıdır, Allah Təala Özü bəndələrinin ruzisini verəndir - onda yersiz yerə tamah və paxıllıq etmərik.

Ona görə də insanın bu dünyadakı əsl səy və çalışması axirəti üçün olmalıdır. Əlbəttə, bu yol heç də asan deyildir, çətin bir yoldur. Bu, həm də o mənada deyildir ki, insan əlini-əlinin üstünə qoysun və heç bir səy göstərməsin. Desin ki, mənim ruzimi Allah yetirəcəkdir. Belə də deyildir. Bəlkə insan ruzi qazanmaq üçün bütün səylərini etməlidir və eyni zamanda Allahdan qafil olmamalıdır. Ən çox səyi - axirəti üçün olmalıdır. Əgər qarşısına dünya və axirət məsələsi çıxarsa, axirət olanı seçsin və Allaha təvəkkül etsin.

Beləliklə deyə bilərik ki, İmam Əlinin (ə) oğluna verdiyi tövsiyə - axirət üçün olan mükafatdır. İnsan əgər axirəti üçün çalışarsa, Allah Təala ona həm bu dünyada və həm də axirətdə yar və yavər olar.
Категория: Qurani Kərim | Просмотров: 927 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: