Cüme, 26/Апреля/2024, 11:07
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Noyabr » 13 » Ayişə Ömərin Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrinin yanında dəfn olunmasına icazə verir!
15:39
Ayişə Ömərin Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrinin yanında dəfn olunmasına icazə verir!

Ayişə Ömərin Peyğəmbər (səlləllahu əleyhi və alih)-in qəbrinin yanında dəfn olunmasına icazə verir!

Sual :
Cavab:

Sual: Ömərin Peyğəmbərin qəbrinin yanında dəfn olunması ilə əlaqədar Ayişədən icazə alması məsələsi nə idi və onun belə bir icazəni verməyə haqqı var idimi?

Cavab: Əmr ibn Meymundan nəql olunur ki, Ömər ibn Xəttab oğlu Abdullaha dedi:

– Ümmül-möminin Ayişənin yanına gedib de ki, Ömər sənə salam göndərir, amma "Əmirəl-möminin Ömər” demə. Çünki mən bu gün artıq möminlərin əmiri deyiləm. De ki, Ömər sizdən icazə istəyir ki, Peyğəmbərin və öz dostu Əbubəkrin yanında dəfn olunsun.

Abdullah Ayişənin yanına gəlib salam verib icazə aldı. Otağa daxil olanda Ayişənin oturub ağladığını gördü, dedi:

– Ömər salam çatdırır və sizdən icazə istəyir ki, onu Peyğəmbərin və Əbubəkrin yanında dəfn edəsiniz.

Ayişə dedi:

– Oranı öz dəfnim üçün nəzərdə tutmuşdum. Amma indi onu özümdən üstün hesab edirəm.

Abdullah qayıtdı. Camaat onu görəndə dedilər: "Abdullah gəlir!" Ömər dedi: "Məni qaldırın!” Bir nəfər onu qaldırıb söykədi. Ömər soruşdu:

– "Nə oldu?”

Abdullah dedi:

– "Möminlərin əmirinin istəyinə müsbət cavab verildi!”

 Ömər dedi:

الحمد لله ما کان شیء أهمّ إلیّ من ذلک المضجع ; فإذا أنا قضیت فاحملونی وإن ردّتنی فردّونی إلى مقابر المسلمین

– "Allaha həmd olsun! Mənim üçün heç nə bu yerdə dəfn olunmaqdan mühüm deyildi. Mən dünyadan gedəndə cənazəmi ora aparın. Əgər Ayişə fikrindən dönsə, eybi yoxdur; məni müsəlmanların qəbiristanlığına aparıb orada dəfn edin!” (1)


1-"Səhihi Buxari”, 2-ci cild, səh. 263; və 5-cİ cild, səh. 226 (1-ci cild, səh. 469), hədis: 1328; və 3-cü cild, səh. 1355, hədis: 3497

Категория: 14 Məsum | Просмотров: 1043 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: