10:04 Deccal kimdir? | |
Rəvayətlərdə «dəccal» şər və fitnə törədən adam kimi göstərilmişdir. Hər halda, həzrət Peyğəmbərin (s) bu sözü işlətməkdə məqsədi, aşağıdakı iki mənadan biri olmalıdır: 1. Axirəz-zəmanda zühur edib, fitnələr törədəcək bir şəxs olan Dəccal; 2. Məqsəd konkret şəxs olmayıb, hər cür hoqqa və hiyləgərlik simvoludur. Zahirini zinətləndirib, gözəl qiyafəyə bürünərək başqalarını bu yolla özünə cəzb edib, onları aldadan hər kəsə dəccal demək olar. Həmçinin, batilə haqq don geyindirməklə xalqı yoldan çıxaran adamlar da dəccal adlandırılır. Dəccal haqq və batili bir-birinə elə qarışdırar ki, onları seçib ayırmaq çox çətin olar. Ona görə də Həzrət (s) təkid edir ki, nə qədər ki, haqq və batil bir-birinə qarışmayıb və haqq sənin üçün aydındır, fürsəti qənimət bil və haqqa əməl et. Bu yoldakı vəzifələrini yerinə yetir. Məbada yolundan azasan və hidayət yolları üzünə bağlansın. Çünki bu insanın düşə biləcəyi ən pis vəziyyətdir. Bu vəziyyətə düşən insan üçün bundan da çətin və acı olanı isə, qiyamətin gəlib çatmasıdır. haqqyolu.com, islamaz.com | |
|
Всего комментариев: 0 | |