|
...
Главная » 2009 » Noyabr » 12 » Dost
|
Dost
Allahın Peyğəmbəri (s): «İnsan öz dostunun dinindədir. Beləliklə, hər biriniz kiminlə dostluq etməyinizin fərqində olun.» . İmam Əli (ə): «Dost, yaxınların ən yaxınıdır.» İmam Əli (ə): «Dostu olmayan kəsin ehtiyat azuqəsi olmaz.» İmam Əli (ə): «Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar.»
Nəfslərin oxşarlığı İmam Əli(ə): «Nəfslər müxtəlifdir. Bir-birinə bənzəyənlər bir yerə yığılar və öz bənzərlərinə daha çox meyl edərlər.» İmam Əli (ə): «Hər insan öz oxşarına tərəf meyl edər.»
Dostluğa layiq olanlar Allahın Peyğəmbəri (s): «Ən xoşbəxt insan böyük insanlarla yoldaşlıq edəndir.» İmam Əli (ə): «Ən böyük düzgünlük və mənfəət ağıllı, iman və mənəviyyat sahibi olan insanlarla yoldaşlıq etməkdədir.» İmam Əli(ə): «Səni əbədiyyət sarayına çağıran və o saraya çatmaq üçün işləməkdə sənə kömək edən şəxs, həmin qayğıkeş dostundur.» İmam Sadiq(ə): «Heç kimsəni üç şeydə sınamamış, öz dostun bilmə; onu qəzəbləndir və bax gör bu qəzəb onu mə; onu qəzəbləndir və bax gör bu qəzəb onu haqqdan batilə çəkirmi, pul və qızılla, onunla səfərə çıxmaqla.» İmam Sadiq(ə): «O kəslə dostluq et ki, onunla zinət taparsan, səninlə zinətlənənlə dostluq etmə.» (İlk baxışda, hədisin məqsədi budur ki, elə bir şəxslə yoldaşlıq et ki, yoldaşlığınız hər ikinizin zinətlənmənizə səbəb olsun. Onu zinətləndirdiyin, ancaq sənin zinətlənməyinə səbəb olmayan şəxslə yoldaşlıq etmə).
|
Категория: Hedisler |
Просмотров: 1496 |
Добавил: Muntezir
| Рейтинг: 3.0/1 |
|