Cüme, 19/Апреля/2024, 00:57
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Sentyabr » 30 » GƏLİN, PEYĞƏMBƏR (S) KİMİ ƏLİAÇIQ NAMAZ QILAQ
07:40
GƏLİN, PEYĞƏMBƏR (S) KİMİ ƏLİAÇIQ NAMAZ QILAQ


GƏLİN, PEYĞƏMBƏR (S) KİMİ ƏLİAÇIQ NAMAZ QILAQ

Əhli-sünnənin "Sihah Sittə"sinin Nəsainin Sünən kitabı istisna qalan bütün kitablarında nəql olunur ki, Peyğəmbər (s) namaz əsnasında əllərini əllərinin üstünə qoymayıb:

روى محمد بن عمر وابن عطاء قال : سمعت أبا حميد الساعدي في عشرة من أصحاب رسول الله صلى الله عليه وسلم منهم أبو قتادة فقال أبو حميد : أنا أعلمكم بصلاة رسول الله صلى الله عليه وسلم قالوا : فأعرض قال : كان رسول الله صلى الله عليه وسلم إذا قام إلى الصلاة يرفع يديه حتى يحاذي بهما منكبيه ثم يكبر حتى يقر كل عظم في موضعه معتدلا ثم يقرأ ثم يكبر فيرفع يديه حتى يحاذي بهما منكبيه ثم يركع ويضع راحتيه على ركبتيه ثم يعتدل فلا يصوب رأسه ولا يقنعه ثم يرفع رأسه ويقول سمع الله لمن حمده ثم يرفع يديه حتى يحاذي منكبيه معتدلا ثم يقول : الله أكبر ثم يهوي إلى الأرض فيجافي يديه عن جنبيه ثم يرفع رأسه ويثني رجله اليسرى فيقعد عليها ويفتح أصابع رجليه إذا سجد ويسجد ثم يقول الله أكبر ويرفع ويثني رجله اليسرى فيقعد عليها حتى يرجع كل عظم إلى موضعه ثم يصنع في الأخرى مثل ذلك ....قالوا : صدقت هكذا كان يصلي صلى الله عليه وسلم.

"Məhəmməd ibn Ömər və İbn Əta rəvayət ediblər, Əbu Həmid Saidi həzrət Peyğəmbər səllallahu əleyhi və alihin on nəfər səhabəsindən eşitdi ki, o on nəfərin biri Əbu Qutadə idi. Əbu Həmid orada dedi: "Peyğəmbərin (s) necə namaz qıldığını mən sizin hamınızdan yaxşı bilirəm. Ona dedilər: Elə isə namazı qılaraq göstər. O dedi: Allahın Rəsulu (s) namaza durduqda əllərini qulaqlarının yaxınlığına qədər qaldırardı və sonra təkbir deyərdi. Ta ki, bədəninin hər üzvü öz yerində qərar tutardı (adi dayanma ilə durardı), sonra Fatihə surəsini və bir başqa surə oxuyardı, sonra təkbir deyərdi, sonra iki əlini qulaqlarının yaxınlığına qədər qaldırardı, sonra rükuya gedərdi və iki əlinin ovucunu dizlərinə qoyardı, sonra aram olardı, başını nə yuxarı qaldırmazdı və nə də çox aşaqğı sallamazdı, səmiəllahu limən həmidəh (Allah onu həmd edəni eşidir) zikrini deyərək əllərini qulaqlarının yaxınlığına qədər qaldırardı, sonra Allahu əkbər deyərək özünü yerə atardı, əlinin iki ovucunu yanına qoyardı, sonra başını yuxarı qaldırar və sol ayağı üstə oturardı, səcdə etdikdə hər iki ayağının barmaqlarını açar və səcdə edərdi, sonra Allahu əkbər deyərək durar və sol ayağı üstə oturardı, bütün vücudu aram olduqdan sonra yenidən səcdəyə gedərdi həmin işi yenidən səcdədə təkrar edərdi...
Onların hamısı dedilər: Düz dedin, Peyğəmbər (s) namazı belə qılardı.”

Tirmizi bu hədis barədə deyib: "Bu hədis gözəl səhih hədisdir".

Qaynaq:
1) İsmail Buxari, "Səhihi Buxari”, cild: 1, kitab: "Səlat", bab: "Sünnətul cülus fit-təşəhhud”, səh: 201, ixtisarla; 
2) İbni Əbu Davud, "Sünən”, cild: 1, kitab: "Səlat”, bab: "İftitahus səlat”, səh: 170;
3) Tirmizi, "Sünən”, cild: 1, bab: "Ma caə fi vəsfissəlat”, səh: 188;
4) İbni Macə, "Sünən”, cild: 1, səh: 280; 
5) Əhməd ibn Hənbəl, "Müsnəd”, cild: 5, səh: 424; 
6) Darəmi, "Sünən”, cild: 1, kitab: "Səlat”, bab: "Sifət səlati Rəsulallah”, səh: 314; 
7) Beyhəqi, "Sünən”, cild: 2, səh: 72; 
Qari, "Umdətul Qari”, cild: 6, səh: 104; 
9) İbni Hibban, "Səhih”, cild: 5, səh: 196, və s.
Категория: 14 Məsum | Просмотров: 1004 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: