Cüme, 19/Апреля/2024, 15:59
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 64
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Yanvar » 30 » Gecə namazının fəziləti
21:21
Gecə namazının fəziləti


Quran:

«Və gecənin bir hissəsini oyaq qal ki, bu (gecə namazı) sənin üçün nafilə ibadətidir. Ümid var ki, Rəbbin səni bəyənilmiş bir məqama çatdırsın.»[1]

«Şübhəsiz ki, gecə yuxudan qalxmağın əziyyəti daha çoxdur və sözləri (o zaman) daha doğrudur.»[2]

Hədis:

* Allahın Peyğəmbəri (s): «Cəbrayıl ibadət üçün gecə oyaq qalmağı mənə o qədər tövsiyə etdi ki, ümmətimin ən yaxşı şəxslərinin, heç vaxt gecələr yatmayacağını güman etdim.»[3]

* Allahın Peyğəmbəri (s): «Allahın rəhməti olsun, gecə yarısı yuxudan qalxan, namaz qılan, öz həyat yoldaşını namaz qılmaq üçün oyadan və əgər qalxmaq istəməsə onun üzünə su çiləyən kişiyə. Allahın rəhməti olsun, gecə yarısı yuxudan qalxan, namaz qılan, ərini namaz üçün oyadan və əgər imtina edərsə, onun üzünə su çiləyən qadına.»[4]

* Allahın Peyğəmbəri (s): «Bəndə qaranlıq gecənin yarısında öz Ağası ilə xəlvətə çəkilib onunla öz sirlərini və ehtiyaclarını bölüşdürərsə, Allah-taala onun qəlbində nuru sabit edər.. Sonra mələklərinə buyurar: Ey mənim mələklərim! Baxın mənim bəndəmə, qaranlıq gecənin yarısında batil əhli boş və hədər işlərlə məşğul olduğu və qafillər yatdığı zaman mənimlə xəlvətə çəkilmişdir. Şahid olun ki, Mən onu bağışladım.» [5]

* Allahın Peyğəmbəri(s):«İbadət üçün gecə oyaq qalmağı sizə tövsiyə edirəm ki, bu sizdən əvvəlki ləyaqət sahiblərinin həyat tərzidir.Gecə oyaq qalmaq Allaha yaxınlaşmaq və günahlardan çəkinməyin vasitəsidir.» [6]

* İmam Əli (ə): «İbadət üçün gecə oyaq qalmaq bədənin sağlamlığının, Allah-taalanın razılığının, Allahın rəhməti altında olmağın və peyğəmbərlərin əxlaqından yapışmağın mənşəyidir.» [7]

* İmam Əli (ə): «Peyğəmbərin (s) «Gecə namazı nurdur» sözünü eşitdiyim vaxtdan gecə namazını tərk etmədim.» İbn Həvva soruşdu: «Hətta hərir[8] gecəsi də?» Buyurdu: «Bəli, hətta hərir gecəsi də.» [9]

*? İmam Sadiq (ə): «Möminin şərəfi onun gecə namazı və izzəti isə xalqın abrını tökməkdən çəkinməyidir.» [10]

* İmam Sadiq (ə): «İbadət üçün gecə oyaq qalmağı tərk etmə. Çünki uduzan o olacaq ki, gecə oyaq qalmağı uduzsun.» [11]

* İmam Sadiq (ə): «Quranda gecə namazından başqa bəndənin gördüyü hər bir xeyir iş üçün savab vardır. Gecə namazı Allah-taalanın yanında o qədər əhəmiyyətlidir ki, O, onun savabını məlum etməmiş və buyurmuşdur: «Yanları yataqlardan ayrılar… Onlar üçün etdikləri əməllərə görə gözlərinin işığına səbəb olacaq nə mükafat hazırladığımı heç kəs bilməz.[12]» [13]

* İmam Sadiq (ə): «Gecə namazı üzü ağ və nurani edər. Gecə namazı insanı xoş ətirli edər, gecə namazı ruzi gətirər. [14]

[1] İsra, ayə 79

[2] Muzəmmil, ayə 6

[3] Əmali– Səduq, səh. 349, hədis1

[4] Sunəni İbni Əbu – Davud, hədis 1450

[5] Əmali – Səduq, hədis 230, hədis9

[6] Kənzul – Ummal, hədis 21428

[7] Bihədisarul – Ənvar, c.78, səh. 143, hədis17

[8] Hərir gecəsi – Siffeyn mühribəsində gecəni sübhədək davam edən şiddətli döyüş kimi tanınmışdır.

[9] Biharul – Ənvar, c.41, səh.17,hədis10

[10] əl – Kafi, c.3, səh. 488, hədis9

[11] Məani – Əxbar, səh. 342, hədis1

[12] Səcdə, ayə 16

[13] Biharul- Ənvar, c.8, səh. 126, hədis

[14] İləluş – Şəraye, səh. 363, hədis1
Категория: Məqalələr | Просмотров: 539 | Добавил: Muselmanka | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: