Cüme axşami, 25/Апреля/2024, 07:38
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » İyul » 6 » HANI ZƏHRA, HANI MÖVLA?! (Şeir)
08:27
HANI ZƏHRA, HANI MÖVLA?! (Şeir)






Ey dil, demə bunca, hanı Mövla, hanı Mövla?!

Gerçəkdə bilirsən axı əla, hanı Mövla?!

 

Başdan-başa dustaqxana – məhbəsdi bu dünya,

Zəncirləri nəfsin dili, ovsunları xülya,

Çox işləri çıxmaz üzə - gizlin və müəmma,

Gizlinləri saymaqla qutarmaz sayan, əsla...

Ta başla qabaqdan – hanı Zəhra, hanı Mövla?!

 

Etdikləri olmaz vəli aşiqliyə şayan,

Dildə neçə min yol eləyən canını qurban,

Qurban dediyi kəlməni dərk etməyən insan,

Hardan biləcək ki, nədir o eşq ilə Canan...

Boş-boş danışıb başlama bica, hanı Mövla?!

 

Vəsfində gülün şura gəlib bülbülü-şeyda,

Pərvanəsə, yanmaqla verib eşqinə məna,

Amma, "sevənin” qopmadı bir dırnağı hətta,

Əslində, həqiqətdə haramdır ona sevda...

Sus, bir də gətirmə dilə aya, hanı Mövla?!

 

Hər gözləməyi sanma hünər, ya ki, şücaət,

Hər həsrəti zənn eyləmə öz  ömrünə zinət,

Mütləq yetirər məqsədə gerçək, əsil həsrət,

Dünyanı dolan qəlbdə həsrətlə  məhəbbət,

Axtar o qədər ki, biləsən ta, hanı  Mövla!

 

Aç gözlərini, olma özündən belə qafil,

Qoyma eləyə əhli-ədu həqqini zail,

Bir gör, necə meydan sulayır zülm ilə batil,

Çox sevdiyin ol dəhr səbəbdir buna, ey dil,

Tut, silkələ dünyanı ki, dünya, hanı Mövla?!

 

Şahin Qurbanov

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu

Deyerler.org


Категория: 14 Məsum | Просмотров: 680 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: