Çerşembe axşami, 23/Апреля/2024, 09:05
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 64
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Sentyabr » 16 » İblisin dikbaşlığı
14:51
İblisin dikbaşlığı

XÜTBƏLƏR BÖLÜMÜ
BİRİNCİ HEKAYƏT
iblisin dikbaşlığı
İblis (Şeytanların atası) əvvəllərdə) səma əhli ilə bir olub göy onların cərgəsində idi. O, altı min il Allaha ibadət etmişdi. Böyük Allah Həzrət Adəm (insanların atası) yaratdıqdan sonra insan xilqətinin əzəmətini qorumaq üçün bütün mələklərə və İblisə Adəmin qarşısında səcdə etmələrini(1-192-ci xütbələr) əmr buyurdu. İblisdən başqa bütün göy əhli ona səcdə etdilər, lakin İblisi qürur tutdu. Şeytan öz əsl xilqətini xatırlamaqla özünü daha böyük bilib Adəmə dedi:
"Mən oddan yaranmışam, sən isə palçıq və gildən.” Məhz elə bu təkəbbürlüyü Şeytanı Allah buyruğunu yerinə yetirməkdən saxladı, nəticədə bütün əməlləri puç və bəhrəsiz oldu. Həmçinin, Allah dərgahından qovularaq ordan uzaqladırıldı.
Möminlər ağası Həzrət Əli (əleyhissalam) bu barədə buyurur: İblisin dastanından nəsihət və ibrət alın. Belə ki, onun sonsuz ibadət və səyi (təkəbbürün nəticəsində) aradan getdi. O, altı min il Allaha ibadət etmişdi. Hələ də o illərin dünya ya axirət illərindən olması məlum deyil lakin bir saatlıq təkəbbür və qüruru onun bu illərdə etdiyi bütün ibadət və səylərini məhv edib boşa çıxartdı.
Baxmayaraq ki, Şeytan da göy və ərş əhli idi, lakin Allah fərmanı yer və göy arasında eynidir. Bütün bəndələr Allah qarşısında bərabərdirlər Ey Allahın bəndələri, bu Allah düşmənindən (yəni Şeytandan) özünüzü qoruyun.
Категория: Nəhcül bəlağa hekayətləri | Просмотров: 1178 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: