Çerşembe axşami, 23/Апреля/2024, 15:34
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 64
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2012 » Avqust » 24 » İki padşah
21:53
İki padşah

Həzrəti Məhəmməd (s.ə.s) buyurdu: Keçmiş zamanlarda 2 padşah vardı.Onlardan biri Allaha iman gətirmişdi,digəri isə kafir idi.Kafir padşah xəstələndi və balıq ovunun mövsümü olmayan bir vaxtda ürəyi balıq istədi.Onun istədiyi balıq həmin dövrdə dəryanın sahilində deyildi.Həkimlər onun sağ qalacağından məyus olub dedilər:Öz yerinə canişin təyin et, çünki sənin şəfan həmin balıqdadır və hal-hazırda onu tapmaq mümkün deyildir.Bu zaman Allah bir mələyi təyin etdi. Balıqları ovlanması asan olan yerlərə apardı. Padşahın adamlarıda balıqları ovlayıb, ona yedirtdilər. Oda sağaldı. Bir müddət sonra mömün padşah xəstələndi.Onun da xəstəliyi elə vaxta təsadüf edirdi ki,balıqlar lap sahildə idilər və dəryanın içinə getmirdilər.Həkimlər dedilər: Sənin xəstəliyinin şəfası filan balıqdadır.Xətircəm ol! İndi həmin balığın ovlanması mövsümüdür.Allah bir mələyə əmr etdi. Həmin balıqları dəryanın dərinliklərinə tərəf apardı ki, onun ovlanması mümkün olmasın.Allahın bu əmrində mələklər və yer əhli heyrətdə donub qaldılar.Az qalırdı ki,fitnə-fəsad yaransın.Ona görə Allah göyün mələklərinə və dövrün peyğəmbərinə vəhy edib buyurdu:”Mən kərim,mərhəmət sahibi və qüdrətli Allaham. Əta etdiyim şeylər mənə zərər çatdıra bilməz.Camaatı məhrum etdiyim şeylər isə mənə fayda verməz.Mən heç bir kəsə zərrə qədər zülm etmərəm.Kafir padşah üçün ov mövsümü olmasına baxmayaraq,balıq ovunu ona görə asan etdim ki,onun gördüyü bir yaxşı əməlin əvəzi olsun.Mənə vacibdir ki,heç bir kəsin yaxşı əməlin zay etmiyəm.Mən bu işi gördüm ki,nameyi əməlində bir dənədə olsun yaxşı savab əməl qalmasın və qiyamətdə küfrün vasitəsilə bir başa cəhənnəmə daxil olsun.Amma abid və mömün padşaha balıq çatmasının qarşını ona görə aldım ki,o bir günah işə mürtəkib olmuşdu.Bu əməli ilə Mən o günahın əsir əlamətlərini onun əməl dəftərindən məhv etmək istədim ki, Qiyamət günündə heç bir günahı qalmasın və behiştə daxil olsun.”
Категория: Ədabiyyat | Просмотров: 1027 | Добавил: qedir-xum | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: