Cüme axşami, 25/Апреля/2024, 01:04
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 125
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Yanvar » 28 » İmam Cəfər Sadiq (ə) - mübarək əxlaq nümunəsidir
23:14
İmam Cəfər Sadiq (ə) - mübarək əxlaq nümunəsidir

Bu gün bəşər əxlaqa əvvəlki dövrlərdən daha çox ehtiyac duyur. Bəşərin bu böyük ehtiyacını aradan qaldırmaq üçün əxlaq müəllimlərinə müraciət etməliyik. Tarixdə gördüymüz ən üstün əxlaq müəllimlərindən biri də İmam Cəfər Sadiq (ə) idi. O Həzrətin (ə) rəftar və əxlaqından nümunə götürərək, həyatda çox sayda müvəffəqiyyətlər əldə edə bilərik.

Heç bir zaman kimisə danlamaq üçün söz deməzdi, heç kimə mübarək səsini qaldırmazdı. Söz gəzdirməzdi, çoxlu yemək yeməzdi. Təcili etməməli olduğu işlərdə tələsməz, heç kimə tənə vurmaz və lənət etməzdi. Mal-dövlət toplamazdı.
Malik ibni Əns İmam Sadiq (ə) haqqında deyir: "Bir müddət idi ki, İmam Sadiqin (ə) xidmətində idim. Həzrət çox zarafatcıl idi və həmişə dodaqlarında özünəməxsus təbəssüm olardı. Onun yanında Peyğəmbərin (s) adını çəkən zaman rəngi yaşıla və sonra da sarıya çalardı. Neçə vaxt idi ki, mən Həzrətin evinə gedib-gəlirdim. Onu üç haldan başqa halda görməzdim: ya namaz qılardı, ya oruc idi, ya da qiraətlə məşğul olardı. Heç bir zaman dəstəmazsız Peyğəmbərdən (s) hədis nəql etməzdi. Yersiz söz danışmazdı”.
Bir gün qohumlarından birinə başsağlığı vermək üçün evdən bayıra çıxır. Bir neçə səhabəsi də onunla bir yerdə idi. Yolun ortasında İmamın (ə) ayaqqabısı parçalandı, Həzrət (ə) ayaqqabısını əlinə alıb, qalan yolu yalın ayaqla getməyə başladı. Səhabələrindən biri olan İbni Yəfur Həzrəti (ə) bu halda görən zaman ayağındakı ayaqqabını çıxardıb, İmama (ə) təqdim etdi. Həzrət (ə) nəinki ondan ayaqqabısını almadı, bəlkə narahat halda ondan üz çevirdi. Buyurdu: "Ən layiqli insan müsibətə dözəndir”. İmam (ə) elə bu halda yolu getdi və nəhayət həmin evə çatıb başsağlığı verdi.
O zaman ki, İmamın (ə) evində qonağı olardı, yemək süfrəsi açardı, qonaqları yemək yeməyə dəvət edərdi. Qonaqlar tox olandan sonra yenə də yemək gətizdirərdi. Qonaqlar deyəndə ki, biz artıq doymuşuq, belə buyurardı: "Axı, hələ bir şey yeməmisiniz. Bilin ki, sizlərdən bizə qarşı ən mehriban olanı o kəsdir ki, bizim süfrəmizdə yaxşı yemək yeyər. Beş dirhəmi götürüb bazara getməyim və onunla ərzaq alıb bir neçə müsəlmanı yemək süfrəsinə dəvət etməyim - mənim üçün qul azad etməkdən daha sevimlidir”.
O zaman ki, meyvə fəsli olardı, xurmalar yetişərdi, əmr verərdi ki, bağın bir divarını söksünlər. Bu cür insanlar rahat bağa daxil olub, xurma yeyə bilərdilər. Həmçinin əmr edərdi ki, bağın ətrafında yaşayan qocalara, uşaqlara və bu bağa gələ bilməyən hər kəsə xurma paylasınlar. 
Həşam ibni Salim nəql edir: "O zaman ki, gecənin qaranlığı hər yeri bürüyərdi, kisəsinə çörək, ət, pul qoyar və çiyninə alardı. Sonra da Mədinə yoxsullarının evini gəzərdi. Kisədə olanları paylayardı. Həzrəti (ə)tanımırdılar, İmam (ə) şəhid olandan sonra başa düşdülər ki, bu İmam Sadiq (ə) imiş”.
İbni Sənan nəql edir ki, İmam (ə) buyurub: "Zarafat etmə ki, nuraniyyət aradan gedər, yalan demə ki, dəyərini əldən verərsən. İki sifətdən uzaq olar: darıxmaq və tənbəllik. Əgər darıxsan, Haqqa səbir edə bilməyəcəksən. Əgər tənbəllik etsən, kimsənin haqqını əda edə bilməzsən. İsa (ə) deyirdi: "Hər kimin giriftarlığı çox olar, xəstələnər. Hər kim pis əxlaqlı olar, özünə əzab verər. Hər kim çox danışar, səhvi çox olar. Hər kim çoxlu yalan deyərsə, dəyərini əldən verər. Hər kim insanları təhqir edərsə, səxavətini əldən verər”.
Həzrət (ə) başqa yerdə buyurur: "Üç şey vardır ki, Allah onun vasitəsilə davamalı olaraq müsəlmanın izzət və şərəfini artırar: sənə əziyyət verənə göz yummaq, səni məhrum edəni bağışlamaq, səninlə qohumluq əlaqəsini kəsənlə qohumluq etmək”.
İmam Sadiq (ə) elm dənizi idi və özündən sonra İslam dininin xəzinəsini miras qoyub getdi. O, nəinki dövrünün, bizim də misli görünməyən müəllimimizdir. Ondan öyrənəcəklərimizin həddi-hüdudu yoxdur. Allah bizləri dinin haqqını verənlərdən qərar versin!

Категория: 14 Məsum | Просмотров: 639 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: