10:37 İmam Həsən Əsgəridən (ə) hədislər | |
![]() Həyatdan yaxşı o şeydir ki, əlindən gedən zaman həyata nifrət edirsən. Ölümdən pis o şeydir ki, başına gələn zaman ölümü arzulayırsan. 2. Oturmaqda təvazökarlıq Kim məclisin aşağısında oturmağa görə sevinsə, Allah və mələkləri o məclisdən qalxana qədər ona rəhmət göndərərlər. 3. Bağışlanmayan günah Bağışlanmayan günahlardan biri budur ki, (bir insan) deyə: -"Kaş mənə bu günahdan başqa bir günaha görə əzab verməsinlər”. Sonra buyurdu: -Camaatın əməlləri içində şirk, qaranlıq içində qara parçanın üzərində olan qarışqadan daha gizlindir. 4. Yaxşılarla dostluq və pislərlə düşmənlik Yaxşılarla yaxşıların dostluğu, yaxşılar üçün savabdır. Pislərin yaxşılarla dostluğu, yaxşılar üçün fəzilətdir. Pislərin yaxşılarla düşmənliyi, yaxşılar üçün zinətdir.Yaxşıların pislərlə düşmənliyi, pislər üçün rüsvayçılıqdır. 5. Yersiz gülüş Yersiz gülüş nadanlıqdandır. 6. Pis qonşu Bel sındıran bəlalardan biri o qonşudur ki, əgər yaxşı rəftar görsə gizlədər, pis rəftar görsə aşkar edər. 7. Allahın işində düşünmək İbadət yalnız namaz və oruc deyil. Əksəni ibadət, Allahın işlərində düşünməkdir. 8. Qəzəbin çirkin əməl olması Qəzəb hər cür şər və pisliyin açarıdır. 9. Möminin vücudu Mömin mömin üçün bərəkət, kafir üçünsə höccəti tamamlayandır. 10. Axmaq və hikmətli insanı tanımaq Axmaq insanın qəlbi onun ağzında, lakin, həkim insanın ağzı qəlbində olar. 11. Nadan dost Nadan dost, çətinliyə səbəb olar. 12. Ən yaxşı xüsusiyyət İki xüsusiyyətdən daha yaxşısı və üstünü yoxdur: Allaha iman gətirmək və din qardaşlarına xeyir vermək. 13. Bağlılıq və xar olmaq Mömin üçün o şey pisdir ki, ona bağlılığı xar olmasına səbəb olur. 14. Bəla neməti Hər bir bəlada Allahın bir neməti var. 15. İfratsız hörmət etmək Heç kəsə elə hörmət etmə ki, onun üçün ağır olsun. 16. Nadana tərbiyə vermənin çətinliyi Nadana tərbiyə vermək və bir şeyə adət etmişi adətindən çəkindirmək, möcüzə kimidir. 17. Yersiz şadlıq Qəmli insanın yanında şadlanmaq, ədəbsizlikdəndir. 18. Günahların açarı Günahlar elə bir evdədir ki, o evin açarı yalan danışmaqdır. 19. Səhvə göz yumub yaxşını yada salmaq Sənin ən yaxşı qardaşların o kəslərdir ki, xətalarına göz yumub, yaxşılıqlarını yada salarlar. 20. Nalayiq insanı tərifləmək Nalayiq insanı tərifləyən insan, ittiham olunar. 21. Gecə namazı Allaha yetişmək elə bir səfərdir ki, gecə ibadət etməkdən başqa bir şeylə əldə olunmaz. 22. Bəyənilmiş ədəb Ədəbli olmaq üçün sənə bu qədər kifayətdir ki, başqaları üçün bəyənmədiyin şeylərdən özünü çəkindir. 23. Səxavət Səxavətin müəyyən bir həddi var, əgər onu keçsə israf olar. 24. İzzət Haqqı tərk edən izzətli şəxs zəlil, haqqa əməl edən zəlil isə izzətli olar. 25. Salam vermək təvazökarlıq əlamətidir Təvazökarlıq, yanından keçdiyin hər şəxsə salam vermək və məclisin aşağı hissəsində oturmaqdır. 26. Möminin əlaməti Möminin beş əlaməti var; 1. Əlli bir rükət namaz qılmaq (17 rükət vacib namaz, 11 rükət gecə namazı, 23 rükət nafilə namazları), 2. Sağ əlində üzüyün olması. 3. Səcdə əsərlərinin alnında olması. 4. Namazda "Bismillahı” ucadan demək. 5. "Ərbəin” ziyarətnaməsini oxumaq. 27. Dost tapmağın yolu Günahdan çəkinmək adəti, bağışlamaq təbiəti və səbr etmək xasiyyəti olan şəxsin dostları çoxalar. 28. Allahla həmsöhbət olmaq Allahla həmsöhbət olan camaatdan uzaq gəzər. 29. Həsəd aparılmayan nemət Təvazökarlıq elə bir nemətdir ki, ona həsəd aparmazlar. 30. Düşmənçilik edənin narahatlığı Camaatın ən narahat olanı düşmənçilik edən insandır. 31. Zəmanət olmuş ruzi Zəmanət olunmuş ruzi səni vacibləri yerinə yetirməkdən saxlamasın. 32. Allahın "ismi-əzəm”inə yaxın olan "Bismillahir-rəhmanir-rəhim”, "ismi-əzəm”ə gözün ağının qarasına olan yaxınlığından daha yaxındır. 33. İmamın nəsihəti Sizi İlahi təqvaya, dininizdə ehtiyatlı olmağa, Allah üçün çalışmağa, düz danışmağa, sizi əmanətdar bilən kəsin əmanətinə riayət etməyə (istər yaxşı, istər pis insan olsun), uzun səcdələr etməyə və qonşularınızla yaxşı davranmağa vəsiyyət edirəm. Məhəmməd (s) peyğəmbər elə bunun üçün göndərilib. Qonşularınızın arasında namaz qılın, cənazələrində hazır olun və xəstələrinin görüşünə gedin. Haqlarını əda edin, çünki əgər sizdən hər hansınızsa dinində ehtiyatlı, sözündə düz danışan, əmanətdar və insanlarla yaxşı əxlaqla davransanız, insanlar deyərlər: -"Bu bir şiədir!” Bizi sevindirənbelə işlərdir. İlahi təqvanız olsun. Zinət mənbəsi olun, pislik yox. Allah bizi pak edib, bizdən başqa heç kəs bunu iddia edə bilməz.Əgər desə yalan demiş olar. Allah hər zaman yadınızda olsun. Ölümü çox yada salın. Çoxlu Quran oxuyun və Peyğəmbərə (s) çoxlu salam və salavat göndərin. Çünki, Peyğəmbərə (s) salavat göndərmənin on savabı var. Sizə dediklərimi hifz edin. Sizi Allaha tapşırıram və salam olsun sizə. 34. Əməllərin məhsulu Sizin az ömrünüz və sayılmış günləriniz var. Ölüm təsadüfən gəlir. Kim xeyir toxumu əksə, sevinclə də biçər.Kim şərr toxumu əksə peşimanlıqla biçər. Kim nə əkərsə onu da biçər. Kimə bir xeyir çatsa Allahdandır və şərdən uzaqlaşarsa Allah onuuzaqlaşdırıb. 35. Daxili və xarici gözəllik Gözəl çöhrə xarici, gözəl ağıl isə daxili gözəllikdir. 36. Əhli-beyt ardıcılları Bizim ardıcıllarımız nicat tapmış və pak dəstədirlər. Onlar bizim (şəriətin) qoruyucuları, zalımlar qarşısında qiyam edən və köməkçilərimizdirlər. | |
|
Всего комментариев: 0 | |