Çerşembe axşami, 23/Апреля/2024, 21:20
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 64
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Sentyabr » 30 » İMAM MEHDİNİN (Ə) ADI QURANDA NİYƏ ZİKR OLUNMAYIB?
10:50
İMAM MEHDİNİN (Ə) ADI QURANDA NİYƏ ZİKR OLUNMAYIB?

  1. İSİMLƏ TANITMA:

 

Quranı Kərim Peyğəmbər əfəndimizi gələcək zamandakı insanlar üçün adı ilə tanıtmışdır, ki, belə buyurur; "Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə müjdə verən Allahın elçisiyəm!...”("Əs-Saff” surəsi, ayə 6). Allahu Təala Quranı Kərimin bəzi yerlərində də Peyğəmbərlərinin adını bir xüsus yazaraq zikr etmişdir. Məsələn belə buyurur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et, nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırar...” ("Sad” surəsi, ayə 26). "Məhəmməd ancaq bir Peyğəmbərdir. Ondan əvvəl də Peyğəmbərlər gəlib-getmişlər...”("Ali-İmran” surəsi, ayə 144)

 

  1. RƏQƏM İLƏ TANITMA:

 

Quranı Kərimin tanıtdırma üsullarından biridə rəqəm ilə tanıtmadır. Çünki Quranı Kərim Məni İsrail Nükebalarını (əminlərini) rəqəm ilə tanıtmışdır. "Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (vəkil) göndərmişdik” ("Əl-Maidə” surəsi, ayə 12).

 

Həzrəti Musa tərəfindən dağa getmək üçün seçilən qrup Quranı Kərimdə rəqəm ilə tanıdılmışdır: "Musa Bizim (Sina dağında) təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mötəbər) adam seçmişdi...” ("Əl-Əraf” surəsi, ayə 155).

 

  1. SİFƏT  İLƏ TANITMA:

 

Şəxslərin tanıdılmasının üsullarından biri də sifət ilə tanıdılmasıdır. Necə ki, Peyğəmbər (s.ə.s)ın İncil və Tövratda ad ilə tanıdılmasının yanında sifət ilə də tanıdılmışdır. Quranı Kərim bu mövzuya belə şahidlik etməkdədir: "O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula-ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar...” ("Əl-Əraf” surəsi, ayə 157).

 

Bu ayədə Həzrəti Məhəmməd (s.ə.s) on dənə sifət ilə tanıdılmışdır. Ayənin axışından aydın olduğuna görə Peyğəmbər əfəndimiz bu iki kitabda (İncil- Tövrat) bu sifətlər və ya ümumiyyətlə bunlarla tanıdılmışdır. Çünki ayə,  "Tövratda və İncildə yazılmış gördükləri" şəklində buyurur. Allahu Təala Quranı Kərimdə Müsəlmanlar tərəfindən itaət olunmaları lazım olan insanları ulul əmr (əmr sahibləri) sifəti ilə tanıtmışdır. Necə ki, buyurur: "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin” ("Ən-Nisa” surəsi, ayə 59).

 

 Həzrəti Musadan sonra İsrail oğullarından biri Peyğəmbərliyə seçilmişdi. İnsanlar ona: "Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (zülümkarlarla) vuruşaq!” -dedilər” ("Əl-Bəqərə” surəsi, ayə 246). Allahu Təala onların istəyinə müsbət cavab verərək bütün şübhə, tərəddüdlərin yox olması üçün bu əmri ad ilə tanıtdıqdan sonra sifət ilə də tanıtdı. Peyğəmbərinin vasitəsi ilə onlara: "Allah Talutu sizə padşah göndərdi” deyə xəbər verdi ("Əl-Bəqərə” surəsi, ayə 247) və belə buyurdu: "(İsrail övladının) peyğəmbəri onlara dedi: "(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq, həmçinin Musa və Harun nəslindən qalan şeylər vardır... Əgər siz möminsinizsə, onda sizin üçün qəti dəlil vardır” ("Əl-Bəqərə” surəsi, ayə 248).

 

Həzrəti Talut ilə əlaqədar ayədə də görüldüyü kimi sifət ilə tanıtma üslubunda bəzən adda zikr olunur, amma bəzən yalnız sifət ilə tanıdılır. Məsələn, Allah belə buyurur: "Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər...”("Əl-Maidə” surəsi, ayə 54).

 

Eyni üslublara rəvayətlərdə də rast gəlinir. Məsələn: Həzrəti. Peyğəmbər (s.ə.s), Xanım Fatimə (ə.s) haqqında, Səhihi Buxaridə nəql olunan bir rəvayətdə belə buyurmuşdur: "Fatimə mənim bədənimdən bir parçadır, kim Onu qəzəbləndirsə məni qəzəbləndirmiş olar”, "Fatimə mənim bir parçamdır, Onu üzən şey, məni üzər. Onu incidən şey, məni də incidər” (Sahih-i Buxari, c.5, s.26, Sahih-i Müslim, c.4, s.1902, Hədis:2449)

 

 

Digər bir tərəfdəndə, Allah, Qurani Kərimdə belə buyurur: "Allahı və Onun  Peyğəmbərini incidənlərə Allah dünyda və axirətdə lənət eləmiş və onlar üçün həqarətli bir əzab hazırlamışdır!” ("Əl-Əhzab” surəsi, ayə 57)

 

Diqqət yetiriləcək olsa, lənətə  layiq olan insanların bu lənətə layiq görülməsi ölçülərindən biri də Xanım Fatimə (ə.s)-dır. Artıq bu hədis və ayədən sonra, Xanım Fatimə (ə.s)-a əziyyət edən və Onu incidən biri Allah Rəsulunu incitmiş olar. Onu incidənə də Allah lənət edər. Və onun üçün həqarətli əzabını hazırlayar, bu şəxs kim olursa olsun. Diqqət olunsa, Peyğəmbərimiz (s.ə.s) yuxarıdakı hədisdə sifət üslubunu istifadə etmişdir.

Bu hədis və ayələri zikr etmədəki məqsəd sifət ilə tanıtma üslubunun doğru və səhih bir üslub olduğudur. İmam Mehdi (ə)-ın adı Quranda hər nə qədər çəkilməsə də, onun və hökumətinin sifətləri, xüsusiyyətləri Quranda zikr olunmuştur. Üsula görə Qurani Kərim şəxslərin təqdimatında ən yaxşı məsləhətləri göz qarşısında saxlamışdır. Bəzən məsləhət gərəyi şəxsin adı ilə tanıdılması lazım olur. Bəzəndə məsləhət gərəyi şəxsin sifət ilə tanıdılması lazımdır. Necə ki İmam Mehdi (ə) haqqında da məsələ sifət ilə tanıtmadan ibarətdir. Çünki:

 

1.Bele bir hökumətin qurulması Quranın bəzi yerlərində açıq və aydın bir şəkildə və bəzi yerlərində də işarə olunaraq zikr olunmuştur. Tövbə və Saf surəsində İslamın bütün dünyaya yayılacağının müjdəsini verən ayələr var ki, belə buyurulur: "Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə etmək üçün Öz Peyğəmbərini doğru yola və haqq dinlə göndərən Odur!” ("Ət-Tövbə” surəsi, ayə 33). Bu ayə o dünya hökumətinin qurulacağına işarə etməkdədir. Çünki təfsirçilərin şərhinə görə bu ayənin müjdə verdiyi həqiqət olan İslam dini hələ bütün dünyaya yayılmamış və hakim olmamışdır. Bunun yanında Allah Ənbiya surəsinin 105-ci ayəsində belə buyurur: "Biz kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan)  sonra Zəburda da (cənnət torpağına, yer üzünə və ya müqəddəs) torpağa yalnız Mənim saleh bəndələrimin daxil olacağını yazmışdıq”. Bu ayə salehlərin yer üzünün sahibi olub, hökuməti əllərinə alacağı xəbərini verməkdədir. Bu ilahi vədə hələ baş verməmişdir.

 

2.İslamın, Quran sahəsində dərk və fəzilət əhlinə görə, Allah İmam Əli (ə)-ın adını öz məsləhəti əsasında necə Quranda zikr etməmişsə, eyni məsləhət əsasında İmam Mehdi (ə)-ın adını da zikr etməmişdir. Əgər bu ilahi liderlərin adını zikr etsəydi, düşmənlərin köhnə və dərin kinləri yenidən canlanar və dolayısı ilə dəhşətli nəticələrə səbəb ola bilərdi. Bu səbəbdən ötəri, mövzunu ümumiyyətlə "Yer üzünün varisi Saleh bəndələrim olacaq" şəklində buyurmuşdur. Allahın, Həzrəti Loğman,Həzrəti Zülqərneyn kimi keçmiş insanların adını zikr etməsiylə gələcəkdəki insanların adlarının zikr olunması müqayisə edilə bilməz. Çünki keçmiş insanlar haqqında qısqanclıqlar, kinlər təhrik olmaz, alovlanmaz. Amma gələcəkdəki insanların adını zikr etməklə onlar  təhlükələrlə qarşı-qarşıya qala bilərlər. Hər şeyi bir kənara buraxsaq, görəsən yalnız adın zikr olunması bütün dərdlərə dərman və çarə olarmı? Görəsən zamanın imamının adı Quranda zik rolunsaydı, tarix boyunca cəlladların, zalımların, tağutların, şöhrət ovçularının ondan pis bir şəkildə faydalanmayacaqları və onu qəbul edəcəkləri mümkün idimi? Və ya bəziləri də şəxsi mənfəət, hədəf və ya şöhrətdən ötəri onu inkar etməyəcəklərdimi? Tarixi təcrübə buna şahid olmuşdur ki, əgər zamanın imamının adı Quranda zikr olunsaydı belə, yenə də Mehdilik inancının tərs, yalançı iddiaçıları, şöhrət ovçuları qalxıb bulanıq sudan balıq tutmaq istər kimi, özlərinin zamanın imamı olduğunu iddia edib və insanlığın intizarından pis bir şəkildə faydalanacaqdılar. Görəsən Allah, son peyğəmbərinin adını Quranda zikr buyurmadımı? Amma yenə də inadçı və kor insanlar, bundan faydalanmağa çalışdılar. Bu mövzuda Qurani Kərim belə buyurur: "Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: " Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Məhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: "Bu açıq-aydın sehrdir!”-dedilər” (Əs-Saff” surəsi, ayə 6).

 

Bu səbəbə görə Qurana bağlı və şüurlu insanlar tərəfindən əsl Mehdi (ə)-nin və sifətlərinin ayırd edilməsi üçün O Həzrətin sifət və xüsusiyyətlərinin bəyan olunması kifayətdir. Bu sifət və xüsusiyyətlərin də bir hissəsi Qurani Kərimdə və digər bir hissəsi də səhih hədislərdə göstərilmişdir. Bu sifət və xüsusiyyətlərlə, Quran və əhli-beytə bağlı mömin, şüurlu insanlar həm Mehdilik mövzusunu müdafiə edəcək və həm də yalançıların iddiası su üzünə çıxmış olacaq.

 

Imamhuseyn.com


Категория: 14 Məsum | Просмотров: 9240 | Добавил: qedir-xum | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: