Cüme, 19/Апреля/2024, 18:04
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 64
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2015 » Aprel » 15 » Nurlu kəlamlar
09:08
Nurlu kəlamlar
Bəndə “Bismillahir-Rəhmanir-Rəhim” deyəndə, Allah-təala buyurar: “Bəndəm öz işini mənim adımla başladı. Demək mən də onun işini bərəkətlə başa çatdırmalı və mübarək etməliyəm.” Hz. Muhəmməd Peyğəmər (s)
***
Əgər istəsəm, “Bismillah”ın əvvəlindəki B hərfinin mənalarını 70 dəvə yükü qədər incələyərəm. Hz. Əli (ə)
***
Öz günahını etiraf edən günahkar, öz əməli ilə öyünən itaətkardan daha yaxşıdır. Hz. Əli (ə)
***
Aşkarda insanlardan həya etdiyiniz kimi, gizlində də Allahdan həya edin. İmam Kazım (ə)
Nurlu kəlamlar
Etdiyi günahdan tövbə edən şəxs günahı olmayan şəxs kimidir. İmam Baqir (ə)
***
Tərslik müharibələr törədər və qəlbləri kinli edər. Hz. Əli (ə)
***
Ləzzətlərin gedəcəyi və günahların qalacağı yadınızda olsun. Hz. Əli (ə)
***
Qadın ərinin haqqını ödəməyincə, Allahın haqqını ödəyə bilməz. Hz. Muhəmməd Peyğəmər (s)
***
Vacib namazlara əhəmiyyət verən və onu vaxtında qılan hər bir mömin qafillərdən deyil. İmam Baqir (ə)
***
Ey camaat! Allahdan qorxun. Çünki heç kəs əbəs yerə yaradılmayıb ki, əylləncə və qəflətdə gününü keçirsin. Özbaşına buraxılmayıb ki, pis işlər görsün. Hz. Əli (ə)
***
Məzəmmət və gileylənmək qəlbdə kin saxlamaqdan daha yaxşıdır. İmam Hadi (ə)
***
Günün saaatı necə də sürətlə keçir;
Ayın günləri necə də tez arxada qalır;
İlin ayları necə də sürətlidir;
Ömrün illəri necə də tez keçir. Hz. Əli (ə)
***
Yaxşı danışmaq sərvəti çoxaldar, ruzini artırar, ölümü gecikdirər, ailə yanında istəkli edər və onu cənnətə daxil edər. İmam Zeynal Abdin (ə)
***
Dostun xətasına dözməyən kəs tək ölər. Hz. Əli (ə)
***
Hər gün özünü hesaba çəkməyən bizdən deyildir. İmam Rza (ə)
***
Dözümlülük qəzəbi boğmaq və nəfsi saxlamaqdır. İmam Həsən (ə)
***
Kim günahlarının silinməsi üçün bir iş görə bilmirsə, Muhəmməd və onun pak ailəsinə çoxlu salavat göndərsin. Çünki bu əməl günahların kökünü kəsər. İmam Rza (ə)
Категория: Hedisler | Просмотров: 1504 | Добавил: Nura | Рейтинг: 3.5/2
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: