Cüme axşami, 28/Марта/2024, 22:21
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Sayta munasibetiniz
Cemi cavab: 64
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2012 » İyul » 23 » Peyğəmbərin Hz. Əli haqda dedikləri
21:53
Peyğəmbərin Hz. Əli haqda dedikləri



İMAM ƏLİ (Ə)–IN FƏZİLƏTLƏRİ.

1-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Allah-taala buyurur: "Əlinin vilayəti Mənim möhkəm (və alınmaz) qalamdır; hər kəs Mənim qalama daxil olsa, cəhənnəm odundan amanda qalar.”

2-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əlinin vilayəti Allahın vilayətidir; ona məhəbbət bəsləmək Allaha ibadət etmək və ona tabe olmaq isə vacib əməlləri yerinə yetirməkdir.”

3-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Hər kəsdə Əlinin vilayətinin bəratı olmasa, Siratdan keçə bilməz.”

4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əlinin vilayəti mənim vilayətim, mənim vilayətim isə Rəbbimin vilayətidir.”

5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əlinin vilayəti Allahın vilayətidir, onu sevmək ibadətdir.”

6-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir.”

7-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Övladlarınıza Əli ibni Əbi Talib (ə)-a məhəbbət bəsləməyi əmr edin.”

8-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Səni (Əlini) sevən şəxs mömin, səninlə düşmən olan şəxs isə münafiqdir.”

9-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əli mənim kimidir; hər kəs ona tabe olsa, mənə tabe olmuşdur və hər kəs ondan üz çevirsə, məndən üz çevirmişdir. Mən və Əli Allahın bəndələrinə olan höccətiyik.”

10-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir; bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər gəlməyəcəkdir.”

11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əli (ə) behiştə gedən ilk şəxsdir.”

12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əgər bütün insanlar Əli (ə)-a məhəbbət bəsləsəydilər, Allah-taala cəhənnəm odunu yaratmazdı.”

13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Öz məclislərinizi Əlini yad etməklə zinətləndirin; çünki onda peyğəmbərlərin yetmiş xisləti vardır.”

14-İmam Sadiq (ə) buyurmuşdur: "Peyğəmbər (s)-in Əli (ə)-ı vilayət məqamına seçdiyi gün müsəlmanların (Qədir) bayramıdır.”

15-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mənim ümmətimin ən üstün bayramı Qədir bayramıdır. Həmin gündə Allah-taala mənə əmr etdi ki, qardaşım Əlini ümmətimin bayraqdarı (rəhbəri) seçim.”

16-İmam Kazim (ə) buyurmuşdur: "Əli (ə)-ın vilayəti bütün peyğəmbərlərin kitablarında qeyd olunmuşdur. Hər bir peyğəmbər yalnız Mühəmməd (s)-in nübüvvətinə və Əli (ə)-ın imamətinə dair əhd-peyman aldıqdan sonra peyğəmbərliyə seçilmişdir.”

17-İmam Baqir (ə) buyurmuşdur: "Şeytan dörd dəfə nalə etmişdir: 1-Allahın lənətinə səbəb olduğu gün. 2-Yer üzünə gəldiyi gün. 3-Peyğəmbəri-Əkrəm (s)-in peyğəmbərliyə seçildiyi gün. 4-Qədir bayramı günü.”

18-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Ya Əli! Sən mənim canişinim və ümmətimin rəhbərisən. Sənə tabe olan şəxs xoşbəxtdir.”

19-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Əli Allahın kitabının təfsirçisi və (insanları) Allaha doğru dəvət edəndir.”

20-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: "Mən və Əli bu ümmətin atasıyıq. Bizim bu ümmət üzərində olan haqqımız onların həqiqi atalarına qarşı olan hüquqlarından artıqdır. Çünki onlar bizə itaət etsələr, biz onları cəhənnəm odundan (xilas edib) behiştə və səadətə do
ğru hidayət edərik.

Категория: 14 Məsum | Просмотров: 935 | Добавил: qedir-xum | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: