Çerşembe, 24/Апреля/2024, 07:05
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2014 » Yanvar » 9 » Peyğəmbərin ən çox sevdiyi şəxs kimdir?
10:19
Peyğəmbərin ən çox sevdiyi şəxs kimdir?


1.Cəmi bin Ümeyr deyir: "Bibim ilə birlikdə Aişənin yanına gəldik. Ondan soruşdum: "Peyğəmbər (s) camaat arasında kimi daha çox sevir? "Fatiməni (s.ə)” deyə cavab verdi. Kişilərdən kimi daha çox sevdiyini soruşduğumda isə belə cavab verdi: "Onun yoldaşı Əlini (ə). Bildiyim qədəri ilə səhərləri oruc tutur, gecələri də Allahına ibadətlə məşuldur.”                                                                                                                                      

(Əl-Cami, Tirmizi, c.2, s.227, Hindistan çapı, Əl-Müstədrək, Hakim, c.3, s.157.)

2.Aişə belə dedi: "And olsun Allaha! Peyğəmbərin (s) yanında Əli (ə) və Fatimə (s.ə) qədər sevimli olan (istər qadın olsun istərsə də kişi) bir kəsi görmədim.” 

(Əl-Müstədrək, Hakim, c.3, s.154, Hədisin səhih olduğunu demişdir. Əl-Əqdul Fərid, c.2, s.275, Xəsasi, Nəsai, s.29. Ər-Riyazun-Nəzirə, c.2, s.227.)

3.Hakimin doğruluğunu təsdiqlədiyi, Təbəraninin Ümmü Sələmədən nəql etdiyi hədisdə belə deyilir: " Peyğəmbər (s) qəzəbli olan zaman Əlidən başqa heç kim onunla söhbət etməyə cürət etmirdi.” 

(Əl-Müstədrək, Hakim, c.3, s.130, Əs-Səvaiq, s. 73, Tarixi-Xüləfa, Suyuti, s.116.)

4.Peyğəmbər (s) Əliyə (ə) xitab edərək "Ətin ətimdəndir, qanın da qanımdan. Haqq həmişə səninlədir” dedi.

(Əl-Məhasin vəl məsavi, c.1, s.31,  Kifayətut-Talib, s.135,  Əl-Mənaqib, Xarəzmi, s.75, 83, 87,   Fəraidus-Səmteyn, ikinci fəsil, s.27.)

Belə olan halda Əlini(ə) söyməyi və ona lənət oxumağı İbadət sayan Bəni Üməyyə hökümətini xüsusilə də Müaviyyəni dasətəkləyənlər peyğəmbərin (s) ən çox sevdiyi şəxsə qarşı cinayət və düşmənçilik etməyi necə izah edəcəklər?

Belə ki, Həməvi Bağdadı deyir: " Bəni Üməyyənin dövründə sərqdən qərbə
qədər bütün islam məmləkətlərində minbərlərdə Hz. Əliyə (ə) lənət oxunardı. Təkcə bu bidətlə müxalifətçilik edən Sistan əhalisi oldu. Peyğənbərin (s) qardasına lənət oxumamaqdan imtina etmək onlar üçün böyük sərafət və fəzilətdir.
(Möcəmül Buldan,c.3, s.191.)

 

Bəhruz Əlizadə. islamaz.com

Категория: 14 Məsum | Просмотров: 1009 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 0
Имя *:
Email *:
Код *: