Əziz oxucular! Bildiyiniz kimi "Səhih əl-Buxari” kitabı əhli sünnənin bəzən Sihahi-Sittə (6 Səhih), bəzən də Kutubi-Sittə (6 kitab) adlandırdığı altı əsas kitabından biridir. Xüsusi ilə "Səhih əl-Buxari” həmin kitabların içində Qurandan sonra ən mötəbər qəbul etdikləri kitabdır. Kitabın adının "əs-Səhih” olması da bu üzdən təsadüfi deyil.
Lakin, bu kitab da əhli-sünnənin bəzi mahir təhrifçi alimlərinin gözündən qaçmamış və xəyanət əli ilə müxtəlif mövzularda təhriflərə məruz qalmışdır. Bu məqaləmizdə sizə təhrif olunmuş mövzulardan sadəcə birini təqdim edirik.
Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, s.1107, h.4518; Dar İbn Kəsir, Dəməşq/Beyrut, 1423/2002
Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, s.615, h.4518; Dar ər-Ruşd, ər-Riyad, Səudiyyə Ərəbistanı, 1427/2006; təhqiq: Əbdüs-Salam b. Muhəmməd Ömər Alluş
Fotoşəkil: Muhəmməd b. İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Quranın təfsiri kitabı, əl-Bəqərə surəsinin təfsiri babı, c.3, s.200, h.4518; Məktəbə əs-Sələfiyyə, Qahirə, Misir, 1400/1980; təhqiq: Muhibuddin əl-Xətib və Muhəmməd Fuad Əbdül-Baqi
Müşahidə etdiyiniz kimi, Səudiyyə Ərəbistanında "Beyt əl-Əfkar” nəşriyyatında çap olunmuş nüsxədə (قَالَ مُحَمَّدٌ يُقَالُ إنَّهُ عُمًر) – yəni, Muhəmməd (əl-Buxari) dedi: Bu şəxs Ömər idi yazılmışdır. Lakin, digər çaplarda biz bunu görmürük. Dar Təvq ən-Nacə (Beyrut), Dar ər-Rüşd (ər-Riyad), Dar İbn Kəsir (Beyrut), Məktəbə əs-Sələfiyyə (Qahirə) və sair digər nəşriyyatlarda çapdan çıxmış nüsxələrdə əl-Buxarinin sözləri məlum səbəblərdən ixtisara düşüb. Bu məsələnin də nəşriyyatla heç bir əlaqəsi yoxdur, birbaşa kitabı təhqiq edənlərdən asılıdır.
Əhli-sünnənin bir çox alimləri bu hədisi öz kitablarında məhz əl-Buxariyə istinad edərək yazıblar.
1. əl-Humeydi (ö.488 h.)
الثاني : عن أبي رجاء العطاردي عن عمران بن حصين قال : أنزلت آية المتعة في كتاب الله ، ففعلناها مع رسول الله صلى الله عليه وسلم ، ولم ينزل قرآنٌ يحرمه ، ولم ينه عنها حتى مات . قال رجلٌ برأيه ما شاء . قال البخاري : يقال : إنه عمر
İkinci: Əbi Raci əl-Atardi, İmran b. Husayndən onun belə dediyini rəvayət etdi: Mut`ə ayəsi Allahın kitabında nazil olmuşdur. Biz Allah Rəsulunun (s.ə.s) dövründə ona əməl edirdik. Onu haram edəcək ikinci bir ayə nazil olmadı. Allah Rəsulu (s) da dünyadan köçdüyü günə qədər bizə bu əməli (mutəni) qadağan etmədi. Bir kişi öz rəyi və meyli əsasında bu barədə ürəyi istədiyini dedi. əl-Buxari dedi: Bu şəxsin Ömər olduğu deyilib.
Muhəmməd əl-Humeydi, əl-Cami beynə əs-səhiheyn, c.1, s.349, h.548; Dar İbn Həzm, Beyrut, 1423/2002; təhqiq: Əli Hüseyn əl-Bəvab
Fotoşəkil: Muhəmməd b. Futuh əl-Humeydi, əl-Cami beynə əs-səhiheyn, c.1, s.349, h.548; Dar İbn Həzm, Beyrut, 1423/2002; təhqiq: Əli Hüseyn əl-Bəvab
2. əl-Kirmani (ö.796 h.)
Şəmsuddin əl-Kirmani "Səhih əl-Buxari” kitabının məşhur şərhçilərindən biridir.
O da bu mətləbi şərh edərkən əl-Buxarinin sözlərini nəql etmişdir. Çox maraqlıdır ki, "Səhih əl-Buxari”-də (قال محمد: يقال إنه عمر) ”Muhəmməd (əl-Buxari) dedi: Bu şəxsin Ömər olduğu deyilib” sözləri olmadığı halda, eyni vaxtda çap edilmiş "Şərh əl-Kirmani əla Səhih əl-Buxari” kitabında həmin ibarə olduğu kimi nəql edilib. Doğrusunu Allah bilir!