
ŞİƏLİK HARADAN YARANMIŞDIR?
Qeyd olunan bu məktəbə ilk adı Peyğəmbəri-əkrəmin özü qoymuşdur. İslam
təfsirçiləri nəql etmişlər ki, «Bəyyinə»[2] surəsinin yeddinci ayəsi nazil olduqdan sonra Həzrət
Peyğəmbər (s) üzünü Əli (əlehissəlama) tutub buyurdu:
Ey Əli, ayədəki «iman gətirib saleh əməl edənlər»-dən məqsəd sən və sənin
şiələrindir ki, Qiyamət günündə Allah sizdən və siz də Allahdan razı olduğunuz
halda gələcəksiniz.
Bu hədis məzmun e`tibarilə eyni, ifadə baxımından müxtəlif ibarələrlə
«Kifayətut-taliq», «Məcməuz-zəvaid» və s.. kitablarda nəql olunmuşdur ki,
onların müəlliflərinin hamısı Peyğəmbəri-əkrəmin Əli (əleyhissalam)-la dost olub
onu sevənləri şiə adlandırmasını təsdiq etmişlər.
Belə olan halda demək olar ki, Peyğəmbəri-əkrəm (s) İslam dünyasında şiəliyin
əsasını qoyan, bu libası islamın boynuna biçən və gətirdiyi dini bu rəmzlə
tanıtdıran ilk şəxs olmuşdur.
Şiəlik tarixi bu mətnin əsas mövzusudur ki, onun əsli iyirminci əsrin dahi
mütəfəkkilərindən sayılan Seyyid Məhəmməd-baqir Sədrin vasitəsiylə ərəb dilində
yazılmışdır. Ümid edirik ki, bu islam xalqları arasında mövcud olan
anlaşılmazlıqları aradan qaldırmaqda, müsəlman tədqiatçıların, alim və
yazıçıların şiəlik tarixi ilə tanış olmasında faydalı olsun.
Allah-taladan islamın sədaqətli xidmətçilərindən olub fəlsəfə, iqtisadiyyat,
üsul, fiqh və s. sahələrdə müxtəlif dəyərli kitablar yazan müəllifə rəhmət
diləyirik.
1974 - Payız, Qum elmiyyə hövzəsi, Cə`fər Sübhani
|