10:46 Fatimənin (s.ə) dünyaya gəlməsi | |
Fatimənin (s.ə) dünyaya gəlməsi
Xədicəyi Kübra (ə) Fatiməni (s.ə) pak-pakizə dünyaya gətirdi. Bu vaxt ondan bir nur şölələnərək bütün Məkkə evlərini işıqlandırdı və bu nur şərq və qərbdə parıldadı. Xədicənin (ə) qarşısında əyləşən qadın Fatiməni (s.ə) Kövsər suyu ilə yudu. Süddən ağ, müşkdən daha ətirli bir parça götürərək onu bələdi, digər bir parçanı isə başına örtdü. Sonra ondan danışmağını istədi. Həzrət Fatimə danışmağa başladı: " Şəhadət verirəm ki, Allahdan başqa bir məbud yoxdur. Atam Allahın elçisidir və peyğəmbərlərin ağasıdır. Gələcək həyat yoldaşım isə canişinlərin, nəvələrimin ağasıdır”. Sonra onların hər birinə salam verdi və adları ilə çağırdı. Onlar onun üçün üzünə təbəssümlə nəzər etdilər.Hurul-eynlər və behişt sakinləri bir-birinə Həzrəti Fatimənin (s.ə) mövludu ilə əlaqədar mücdə verdilər. Səmada bir nur şölələnməyə başladı. Mələklər o günə kimi belə bir nur görməmişdirlər. Elə buna görə də Həzrətin adını "Zəhra” qoydular. Xədicənin(ə) qarşısında oturan qadın ona dedi: " Onu pak-pakizə, aram və bərəkətli halda götür ki, onun nəslində bərəkət qərar verilib”. Xədicə (ə) şadlıq və sevinclə Həzrət Zəhranı (s.ə) onun əlindən aldı. Doyunca ona süd verdi. Fatimə (s.ə) böyüməyə başladı. | |
|
Всего комментариев: 1 | |
|