Cüme axşami, 28/Марта/2024, 23:20
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 125
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2009 » Noyabr » 16 » 14 məsum haqqında hədislər
22:18
14 məsum haqqında hədislər
 
 

 
1- Həzrət Məhəmməd (s) buyurur: "Bütün yaxşılıqlardan üstün bir yaxşılıq vardır. Lakin insan Allah yolunda öldürüldükdə, daha bundan da üstün bir yaxşılıq yoxdur.”
2- Həzrət Məhəmməd (s) buyurur: "Heç bir damla Allah yolunda tökülən qan damlasından əziz deyil.”
3- Həzrət Məhəmməd (s) buyurur: "Əməllərinizi Allah üçün xalisliklə yerinə yetirin. Həqiqətən, Allah yalnız Onun üçün xalisliklə yerinə yetirilmiş əməlləri qəbul edir.”
4- Həzrət Məhəmməd (s) buyurur: "Öz ümmətim üçün hər şeydən çox danışıqda mahir olan münafiqlərdən qorxuram.”
5- Həzrət Məhəmməd (s) buyurur: "Allah-təala sevdiyi bəndəsini çətinliyə salar ki, onun ahuzarını eşitsin.”
6- Həzrət Məhəmməd (s) buyurur: "Bir şəxsi işlətmək üçün əcir tutduqda, haqqını ona əvvəlcədən elan edin.”
7- Həzrət Məhəmməd (s) buyurur: "Elm öyrənənin (din tələbəsinin) əcəli çatdıqda, şəhid kimi ölər.”
8- Həzrət Məhəmməd (s) buyurur: "Əgər öz yaxşı işindən sevinib, pis işindən narahat olursansa, deməli möminsən.”
9- Həzrət Məhəmməd (s) buyurur: "Qəzəbləndiyin zaman, sakit ol (dayan).”
10- Həzrət Məhəmməd (s) buyurur: "Tanışlarınızdan biri öldüyü zaman onu rahat buraxın və haqqında pis danışmayın.”
11- Həzrət Əli (ə) buyurur: "Sizin qiymətiniz yalnız behiştdir, özünüzü ondan ucuzuna satmayın.”
12- Həzrət Əli (ə) buyurur: "Kim özünü hesaba çəksə, səadətə yetişər.”
13- Həzrət Əli (ə) buyurur: "Qeybətə qulaq asan elə qeybət edən kimidir.”
14- Həzrət Əli (ə) buyurur: "Zarafatda həddi gözləməyən şəxs əbləhdir.”
15- Həzrət Əli (ə) buyurur: "Öz şəhvətini öldürən (cilovlayan) şəxs ağıllı insandır.”
16- Həzrət Əli (ə) buyurur: "Məsləhət edən şəxs xatadan amanda qalar.”
17- Həzrət Əli (ə) buyurur: "Allah yolunda döyüşənlər üçün göyün qapıları açılar.”
18- Həzrət Əli (ə) buyurur: "Tövbə etmək qəlbləri paklayır, günahları yuyur.”
19- Həzrət Əli (ə) buyurur: "Mömin onunla insafsız rəftar edənlə insafla davranar.”
20- Həzrət Əli (ə) buyurur: "Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”
21- Həzrət Zəhra buyurb: Hər kəi ixlasla yerinə yetirdiyi ibadətlərini Allaha tərəf göndərsə, Allah da, onun xeyrinə olan şeyləri ona tərəf göndərər.
22- Həzrət Zəhra buyurb: Biz Allahın Əhli-beyti insanlarla Allah arasında vasitəyik. Biz paklıq ünvanı və Allahın seçilmişləriyik. Biz Allahın aydın dəlilləri və səmavi peyğəmbərlərin irsiyik.
23- Həzrət Zəhra buyurb: Sizin ən yaxşınız, insanlarla çox mülayim, mehriban davranan, ən dəyərliniz isə xanımına qarşı mehriban və güzəştli olandır.
24- Həzrət Zəhra buyurb: Sizin dünyanızda üç şey mənim sevimlimdir: Quran oxumaq, Allah rəsulunun (s) üzünə baxmaq, Allah yolunda infaq etmək.
25- Həzrət Zəhra buyurb: Allah-taala biz əhli-beytdən itaət etməyi İslam ümmətində ictimai nəzmin bərpasının səbəbi, bizim imamətimizi isə vəhdət amili və təfriqələrdən amanda qalmağın vasitəsi qərar vermişdir.
26- Allahın rəsulu (s) səhabələrindən soruşdu: "Qadın nədir?” Dedilər, "Qadın namusdur”. Soruşdu, qadın nə vaxt Allaha daha çox yaxın olur? Səhabələr cavab verə bilmədilər. Bu sualı eşidən Fatimə buyurdu: "Qadının Allaha ən yaxın vaxtı evində olan vaxtıdır.” Bu cavabı eşidən Peyğəmbər (s) buyurdu, "Həqiqətən Fatimə bədənimin bir parçasıdır”.
27- Həzrət Zəhra buyurb: Mən gecə istirahət etməyə hazırlaşdığım vaxt Allahın rəsulu (s) yanıma gəlib buyurdu: "Ey Fatimə, dörd şeyi yerinə yetirməzdən qabaq yatma: "Quran xətm etmək, Peyğəmbərlərin şəfaətindən bəhrələnmək, möminləri özündən razı salmaq, həcc və ömrə yerinə yetirmək”. Bunları dedikdən sonra namaz qılmağa başladı. Namazını bitirdikdən sonra dedim: "Ey Allahın rəsulu (s), mənə qüdrətimdən xaric olan dörd şeyi tövsiyə etdin. O Həzrət (s) təbəssüm edərək buyurdu: Əgər İxlas sürəsini üç dəfə oxusan, quranı xətm etmiş olarsan, əgər mənə və qabaqkı peyğəmbərlərə salavat göndərsən, qiyamət günüdə sənin şəfaətçilərin olarıq, əgər möminlər üçün istiğfar etsən, onlar səndən razı olacaqlar və əgər "subhanəllahi vəl həmdulillahi vəla ilahə illəllah” desən, həcc və ömrə yetirmiş olarsan.
28- Həzrət Zəhra buyurb: Əgər oructutan şəxs dilini, gözünü, , qulağını və digər bədən üzvlərini haramdan qorumasa, oruc deyil.
29- Həzrət Zəhra buyurb: "Allahın peyğəmbəri buyurdu, hər kəs mənim övladlarımdan biri üçün bir iş görsə və o işin müqabilində müzd almasa, onun əvəzini mən verərəm.
30- Həzrət Zəhra buyurb: Hədid, Vaqiə, Ərəhman surələrini oxuyan şəxs həm göydə və həm də yerdə Cənnət əhli kimi tanınır.
31- İmam Həsən (ə) buyurur: "Günahın cəzasını verməkdə tələsmə, üzr üçün bir yol qoy.”
32- İmam Həsən Əskəri (ə) buyurur: "Mömini zillətə salan bir şeyə onun meyl göstərməsi necə də pisdir.”
33- İmam Həsən (ə) buyurur: "Siz qısa müddət ərzində və saylı günlərdə yaşayırsınız, ölüm isə qəfildən gəlir .”
34- İmam Həsən (ə) buyurur: "Düşüncə sahibi olub-olmamaq qəzəblənən vaxt bilinər.”
35- İmam Həsən (ə) buyurur: "Zarafat insanın zəhmini azaldar və az danışan şəxs öz zəhmini artırar.”
36- İmam Həsən (ə) buyurur: "Düşünün, çünki düşüncə bəsirətli qəlb üçün həyat səbəbidir.”
37- İmam Həsən (ə) buyurur: "Oğlum, bir şəxsi yaxşı tanımamış, onunla dostluq etmə.”
38- İmam Həsən (ə) buyurur: "Kərəm odur ki, sənə ağız açılmamış əta edəsən.”
39- İmam Həsən (ə) buyurur: "Gözlərin ən üstünü xeyir işlərdə çalışan gözlərdir.”
40- İmam Həsən (ə) buyurur: "Özündən razı olmaq sizin nəsihət qəbul etməyinizə mane olur.”
41- İmam Hüseyn (ə) buyurur: "Fisq-fücur əhli ilə (günahkarlarla) yoldaşlıq etmək insana qarşı sui-zənn yaradır.”
42- İmam Hüseyn (ə) buyurur: "Bə’zi insanlar dünyanın bəndəsidirlər və dindarlıqları yalnız dildədir. Maddi həyatlarına uyğun gələnədək dinlə yoldaşlıq edirlər. İmtahana çəkildikdə isə dindarlar az olur.”
43- İmam Hüseyn (ə) buyurur: "Mən ölümü eynilə xoşbəxtlik, zalımlarla yaşamağı isə ağrılı bir əzab sanıram.”
44- İmam Hüseyn (ə) buyurur: "Xalqın ən səxavətlisi o kəsdir ki, heç bir hədiyyə ummadığı şəxslərə (bir şey) əta etsinlər.”
45- İmam Hüseyn (ə) buyurur: "Üzr istəməli olacağın işdən uzaq ol. Çünki mömin nə pis iş görər, nə də üzr istəyər.”
46- İmam Hüseyn (ə) buyurur: "Başqalarının günahından qorxan, lakin öz günahının cəzasını yaddan çıxaranlardan olma.”
47- İmam Hüseyn (ə) buyurur: "Salam verməyin yetmiş savabı var. Onun altmış doqquzu salam verənin, biri isə salamı alanındır.”
48- İmam Hüseyn (ə) buyurur: "Möminin haqqını yerinə yetirmək, Allaha edilən ibadətlərin ən üstünüdür.”
49- İmam Hüseyn (ə) buyurur: Hər kəs Allaha layiqi olduğu kimi bədnəlik etsə, Allah-taala onun layiq olmadığı və arzuladıqlarından daha çox ona əta edər.
50- İmam Hüseyn (ə) buyurur: Allahın qorxusundan ağlamaq, Cəhənnəm əzabından qurtilmağa səbəb olur.
51- İmam Səccad (ə) buyurur: "Yaradılış məqsədiniz barədə düşünün və ona əməl edin. Çünki Allah sizi əbəs yerə yaratmamışdır.”
52- İmam Səccad (ə) buyurur: "Cəhənnəm odundan qorxan şəxs günahlarından tövbə edər.”
53- İmam Səccad (ə) buyurur: "Allahın ən xoşu gələn şey budur ki, insan Onu tanıdıqdan sonra qarnını və cinsiyyət üzvlərini haramlardan qorusun.”
54- İmam Səccad (ə) buyurur: "Əgər bir şəxs səni söydükdən sonra üzr istəyərsə, onu bağışla.”
55- İmam Səccad (ə) buyurur: "Pis işi tərk etməkdən çəkinmə; bu pis əmələ məşhur olsan da belə.”
56- İmam Səccad (ə) buyurur: "Ən qiymətli adam dünyanın kimin əlində olmasına etina etməyəndir.”
57- İmam Səccad (ə) buyurur: "İstər kiçik olsun, ya böyük, istərsə də ciddi olsun, ya zarafat üzü ilə − yalan danışmaqdan çəkin. Həqiqətən, kiçik yalan danışan kəs böyük yalana da cəsarətlənər.”
58- İmam Səccad (ə) buyurur: "Camaat elm oxumağın faydalarını bilsəydilər, qanları axıdılmaqla, dəryalara baş vurmaqla olsaydı da belə, yenə təhsil ardınca gedərdilər.”
59- İşin ən yaxşı başlanğıcı doğruluq və onu (uğrula) sona yetirən isə vəfadarlıqdır.
60- İnsanların ən yaxşısı, Allahın vacib buyurduqlarına əməl edən şəxsdir.
İmam Baqir (ə) buyurur: "Üç şey insanın belini qırır:
1. Öz əməlini böyük saymaq;
2. Öz günahını yaddan çıxarmaq;
3. Öz rəyindən xoşu gəlmək.”
61- İmam Baqir (ə) buyurur: "Allah-təala - pis danışan, lənət deyən və tənə vuranları sevmir.”
62- İmam Baqir (ə) buyurur: "Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”
63- İmam Baqir (ə) buyurur: "Sənə zülm etmişlərsə də, sən zülm etmə.”
64- İmam Baqir (ə) buyurur: "Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”
65- İmam Baqir (ə) buyurur: "Səni tərif etsələr, sevinmə.”
66- İmam Baqir (ə) buyurur: "Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”
67- İmam Baqir (ə) buyurur: "Əlinə fürsət düşəndə səhlənkarlıq etmə.”
68- İmam Baqir (ə) buyurur: "Başqalarının haqqında öz haqqınızda deyilməsini xoşladığınız sözləri danışın.”
69- İmam Baqir (ə) buyurur: "Allahın verdiyi ruziyə qənaət edən kəs ən ehtiyacsız adamdır.”
70- İmam Baqir (ə) buyurur: "Mömin möminin yetmiş böyük (kəbirə) günahını örtməyə borcludur.”
71- İmam Sadiq (ə) buyurur: "Hər kəs Allah yolunda öldürülsə, Allah-təala ona heç bir günahını göstərməz.” (Bütün günahları bağışlanar).
72- İmam Sadiq (ə) buyurur: "Ailə xərcinin qorxusundan evlənməyən kəs Allaha qarşı sui-zənn etmişdir.”
73- İmam Sadiq (ə) buyurur: "Hər kəs mömini yoxsulluğuna görə alçaq saysa, Allah-təala da qiyamət günü onu xalq qarşısında rüsvay edər.”
74- İmam Sadiq (ə) buyurur: "Bütün peyğəmbərlər bizim (Biz Əhli-beytin) üstünlüyümüzü və haqqımızı tanıyaraq məbus olmuşdur.”
75- İmam Sadiq (ə) buyurur: "Allah-təalaya hüsn-zənn budur ki, Ondan başqa heç kəsə ümidin olmasın və günahlarından başqa heç nədən qorxmayasan.”
76- İmam Sadiq (ə) buyurur: "Bizim vilayətimiz (hakimiyyətimiz) Allahın hakimiyyətidir. Heç bir peyğəmbər bu vilayətsiz məb’us edilməmişdir.”
77- İmam Sadiq (ə) buyurur: "Başqasının sirri üzərindən pərdəni götürənin öz evinin sirləri aşkar olar.”
78- İmam Sadiq (ə) buyurur: "Qardaşına quyu qazan özü düşər.”
79- İmam Sadiq (ə) buyurur: "Qadınlarınızın pak qalması üçün gözünüzü xalqın namusundan çəkin.”
80- İmam Sadiq (ə) buyurur: "Mömin başqaları ilə keçinir və əsla kimsə ilə didişmir.”
81- İmam Kazim (ə) buyurur: "Mömin tərəzinin iki gözü kimidir − imanı artdıqca, bəlası da artar.”
82- İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşını aldadan şəxs məlundur.”
83- İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşına nəsihət verməyən (onun yaxşılığını istəməyən) şəxs məlundur.”
84- İmam Kazim (ə) buyurur: "Öz (din) qardaşının qeybətini edən şəxs məlundur.”
85- İmam Kazim (ə) buyurur: "Allahdan qorx, haqqı söylə − sənin məhvin onda olsa da belə.”
86- İmam Kazim (ə) buyurur: "Allahın göndərdiyi bütün peyğəmbərlər səxavətli olmuşlar.”
87- İmam Kazim (ə) buyurur: "Uzun yaşayacağınızı özünüzə təlqin etməyin. Çünki bu adamı həris edər (tamahlandırar).”
88- İmam Kazim (ə) buyurur: "Nəfsinlə cihad et ki, onu faydasız həvəslərdən qoruyasan.”
89- İmam Kazim (ə) buyurur: "Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur.”
90- İmam Kazim (ə) buyurur: "Dünya malı dənizin (şor) suyu kimidir. Susuz adam bu sudan içdikcə daha da susayar, nəhayət, həlak olar.”
91- İmam Riza (ə) buyurur: "İbadət çoxlu oruc və namaz yox, yaradılış haqqında (Allahın yaratdıqlarında) düşünməkdir.”
92- İmam Riza (ə) buyurur: "Sükut hikmət qapılarından olan bir qapıdır.”
93- İmam Riza (ə) buyurur: "Qohumluq əlaqəsini bir içim su ilə də olsa, möhkəmləndir.
94- İmam Riza (ə) buyurur: "Bir-birinizin görüşünə gedin ki, dostluğunuz möhkəmlənsin.”
95- İmam Riza (ə) buyurur: "Peyğəmbər ailəsinə dostluq ümidi ilə saleh əməli və ibadətdə səy göstərmənizi tərk etməyin.”
96- İmam Riza (ə) buyurur: "Günahları və möminə əziyyət verməyi tərk etməkdən daha faydalı təqva yoxdur.”
97- İmam Riza (ə) buyurur: "Peyğəmbərlərin silahından yapışın. Soruşuldu ki, bu silah nədir? Buyurdu: Dua!”
98- İmam Riza (ə) buyurur: "Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir.”
99- İmam Riza (ə) buyurur: "Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad qoymaq, ədəb öyrətmək və Quran təlim etməkdir.”
100- İmam Riza (ə) buyurur: "Var-dövlət beş xasiyyətlə toplana bilər: qatı xəsislik, uzun-uzadı arzular, böyük hərislik, qohumluq əlaqəsini kəsmək və dünyanı axirətdən üstün tutmaq.”
101- İmam Məhəmməd Təqi (ə) buyurur: "Şükrü yerinə yetirilməyən bir nemət bağışlanmayan günah kimidir.”
102- İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahın təqib etdiyi bir kəs necə qaça bilər?!”
103- İmam Məhəmməd Təqi (ə) buyurur: "Bir çox insanların nifrətini qazanmadan Allah məhəbbətini ələ gətirmək qeyri-mümkündür.”
104- İmam Məhəmməd Təqi (ə) buyurur: "Allahdan qeyrisinə ümidvar olanı Allah elə onun ümidinə buraxar.”
105- İmam Təqi (ə) buyurur: "Möminin izzəti xalqa möhtac olmamasındadır.”
106- İmam Təqi (ə) buyurur: Hər kim üç şeyə diqqət etsə peşman olamz: tələskənlikdən uzaq olmaq, məsələhətləşmək, bir iş görmək istədikdə Allaha təvəkkül etmək.
107- İmam Təqi (ə) buyurur: Üç şey insanı Allahın razılığına çatdırar: Çox istiğfar etmək, mülayimlik, çox sədəqə vermək.
108- İmam Təqi (ə) buyurur: Qəıbləri Allaha yaxınlaşdırmaq əməllə bədən üzvlərini zəhmətə salmaqdan daha yaxşıdır.
109- İmam Təqi (ə) buyurur: Şərr insanla dot və yoldaşlıq etməkdən çəkin, çünki o şılpaq qılınc kimidir, zahiri gözəl, əsəri isə çox pisdir.
110- İmam Təqi (ə) buyurur: Allaha etimad etmək hər bahalı şeyin qiyməti və hər bir ucalığa çatmaq üçün bir nərdivandır.
111- İmam Əliyyən Nəqi (ə) buyurur: "Öz dəyərini anlamayan adamın şərindən qorun.”
112- İmam Əliyyən Nəqi (ə) buyurur: "Dünya bir bazardır. Bu bazarda kimi qazanır, kimi isə zərərə düşür.”
113- İmam Əliyyən Nəqi (ə) buyurur: "Bəla səbirli şəxs üçün bir, səbirsiz şəxs üçün isə ikidir.”
114- İmam Əliyyən Nəqi (ə) buyurur: "Allah-təala, Onu qəzəbləndirəni xalqın qəzəbinə düçar edər.”
115- İmam Əliyyən Nəqi (ə) buyurur: İnsanların dünyadakı dəyəri mal, axirətdə isə əməldir.
116- İmam Əliyyən Nəqi (ə) buyurur: Təvazökarlıq odur ki, xalqla elə davarnasan ki, onların da sənunlə elə davranmasını istəyirsən.
117- İmam Əliyyən Nəqi (ə) buyurur: Ata-ananın narazılığı gücsüzlük gətirər və insanı zillətə çəkər.
118- İmam Əliyyən Nəqi (ə) buyurur: Allah yolunda möhkəm olan şəxsə dünyanın müsibətləri asan gələr, hətta tikə-tikə doğransa belə.
119- İmam Əliyyən Nəqi (ə) buyurur: Əgər bütün insanlar bir yolu seçib getsələr belə, mən yalnız bir şəxsin yolunu seçərəm ki, səmimi qəlblə Allahı pərəstiş edir.
120- İmam Əliyyən Nəqi (ə) buyurur: Şübhəsiz, haram artmaz, əgər artsa, bərəkəti olmaz, onunla sədəqə verilsə, savabı olmaz, qaldığı halda cəhənnəm əzabınım oduna çevrilir.
121- İmam Həsən Əskəri (ə) buyurur: "Dostunu xəlvətdə nəsihət edən şəxs onu zinətləndirmişdir.”
122- İmam Həsən Əskəri (ə) buyurur: "Dostunu aşkar surətdə nəsihət edən kəs onu xəcil (xəcalətli) etmişdir.”
123- İmam Həsən Əskəri (ə) buyurur: "Dostlarının ən yaxşısı o kəsdir ki, sənin günahlarını unudub, yaxşılıqlarını yadda saxlasın.”
124- İmam Həsən Əskəri (ə) buyurur: "Şöhrət və rəyasət istəməkdən çəkin. Çünki bu ikisi insanı məhvə sürükləyir.”
125- İmam Həsən Əskəri (ə) buyurur: "Müsibət görmüş adamın yanında şadlanmaq ədəbdən deyildir.”
126- İmam Həsən Əskəri (ə) buyurur: "Ehtiyatın bir həddi vardır ki, onu aşdıqda qorxaqlığa çevrilər.”
127- İmam Həsən Əskəri (ə) buyurur: Hüzünlü şəxsin yanında sevinmək ədəbsizlikdir.
128- İmam Həsən Əskəri (ə) buyurur: Bütün pisliklər bir evdə toplanıb, evin açarı isə yalandır.
129- İmam Həsən Əskəri (ə) buyurur: Təvazökarlıq bir nemətdir ki, ona həsəd aparmırlar.
130- İmam Həsən Əskəri (ə) buyurur: Ədəbli olmaq üçün bu, kifayət edər: Başqasında bəyənmədiklərini özündən uzaqlaşdır.
131- İmama Zaman (e) buyurur:
"Haqq biz Ehli-beytlədir.Kiçik bir dəstənin bizdən ayrılması qorxumuza səbəb olmaz.Çünki, biz Alahın yetirmələri , digər məxluqlar isə bizim yetirmələrimizdir”
132- İmam Zaman buyurur: ” Həqiqətən mən yer sakinlərinin amanıyam. Necə ki, ulduzlar səma əhlinin amanıdır”.
133- İmam Zaman buyurur: ” Allahın canişinləri o şəxslərdir ki, Tanrı onların vasitəsi ilə dinini yaşadır, nurunu onlarda genişləndirir. Allah onlarla qohumları arasında fərq qoymuş və bu vasitə ilə hüccət qeyri- hüccətdən, imam məmumdan seçilir. Bu fərq onları günah, nöqsan, fəsad, xətaya yol vermekden uzaq və onlara elm xəzinəsi , gizli elmlərdən xəbərdar olma töhvəsi ata edir , onları dəlil və subutla təsdiq edir. Egər belə olmasaydı bütün insanlar bir-biriləri ilə bərabər olar və hər yerindən duran imamalıq iddiası edərdi. Belə ki, haqla batil ,alimlə cahil arasında fərq olmazdı”.
134- İmam Zaman (ə) buyurur: ” Biz Əhli-beytin elmi üç qismə bölünür; keçmişə, gələcəyə və hadisə olan elm. Keçmişin elmi təfsir, gələcəyin elmi moquf, hadis elmi isə qəlblərin sirrindən xəbərdar olmaq və qulaqlarda zümzümə etmekdir. Bu bizim ən mühüm elmimizdir. Peyğəmbərdən sonara (s) nəbi gəlməyəcəkdir”.
135- İmam Zaman (ə) buyurur: "Yer üzü heç vaxt höccətsiz qalmayacaq.İsəeə o hüccət gizli, istər aşkar olsun”.
136- İmam Zaman (ə) buyurur: "Qəlbimiz Allahın istəkləri üçün bir qabdır.Biz də Allahın iradə və istəyini iradə edir və istəyirik. Necəki, Allah buyurur:Sizin istəyiniz Allahın istəyidir”.
137- İmam Zaman(ə) buyurur: "Heç bir şey Namaz qədr şeytanın burnunu yere sürtmür. Belə isə Namaz qılın və şytanın burnunu yerə sürtün”.
138- İmam Zaman (ə) buyurur: "Sühb namazını göydə ulduzlar itənə qədədr təxirə salan şəx lənətlənmişdir”.
139- İmam Zaman buyurur: ” Şükr səcdəsi ən lazım , ən vacib İlahi müstəhəblərdəndir”.
140- İmam Zaman buyurdu: ” Allahın istəyini yerinə yetirən şəxsin hacətini də Allah yerinə yetirər”.
Категория: Hedisler | Просмотров: 3361 | Добавил: qedir-xum | Рейтинг: 0.0/0
Всего комментариев: 3
04/Февраля/2014
3. Ceyhun Efendiyev (WahHuseyn3974) [Material]
Halam )

25/Января/2014
2. hikmet [Material]
Allah razi olsun paylaşdim halal edin

12/Июня/2010
1. sabuhi [Material]
ALLAH KÖMƏYİNİZ OLSUN QARDAŞ smile

Имя *:
Email *:
Код *: