17:36 İmam Mehdiyə (ə.f.) | |
Aləm duman oldu gəl, Göz yaşı qan oldu gəl, Həsrət qəddimi bükdü, Belim kaman oldu gəl. Əzizim Sahib Zaman, Dərddən qocaldı dövran, Sitəm ərşə dayandı, Tez gəl, adına qurban. Əzizim günəş doğar, Buluddan günəş doğar, Qəm çulğamış üzlərə, Bəs haçan Günəş doğar. Qara bulud çəkilmir, Gözdən ümid çəkilmir, Sona yetmir intizar, Zühür xəbərin gəlmir. Qar əridi sel oldu, Çöllər çiçək, gül oldu, Bəxtimizin gülşəni, Yanıb söndü, kül oldu. Gəl gözümün qarası, Səndə, dərdin çarası, Sənsizlik etdi giryan, Ağardı göz qarası. Salavat Mustafaya, Əliyyəl-Mürtəzaya, Salam olsun bişümar, Son əxtəri Zəhraya. Hacı Rizvan Borçalı Son Ümid Jurnalı | |
|
Всего комментариев: 1 | |
|