Çerşembe, 24/Апреля/2024, 19:06
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2009 » May » 20 » Təvəssül duasının tərcüməsi
17:56
Təvəssül duasının tərcüməsi








Təvəssül duasının tərcüməsi

İlahi, mən Səndən istəyir, Sənin
dərgahına üz gətirir və
Həzrəti Peyğəmbər səllallahu ələyhi va
alihi vəsəlləmi
vasitəçi gətirirəm.Ey Əbəl Qasim. Ey
Rəsuləllah! Ey rəhmət İmamı! Ey
bizim ağamız və mövlamız, həqiqətən biz sənə üz gətirib
sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vasitəçi və şəfaətçi seçib
hacətlərimizi sənə təqdim edirik. Ey
Allah yanında uca məqamlı olan! Allah yanında
bizə şəfaətçi
ol! Ey Əbəl Həsən, ey Əmir
əlmö’minin! Ey Əliyyəbnə Əbi Talib! Ey
Allahın öz bəndələri üçün höccət və dəlili!
Ey bizim ağamız
və mövlamız, həqiqətən biz sənə üz gətirib
sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi seçib
hacətlərimizi sənə təqdim edirik. Ey
Allah dərgahında uca məqamlı və hörmət sahibi,
bizə şəfaətçi ol!Ey Fatimeyi
Zəhra! Ey Mühəmmədin qızı! Ey
Rəsuli Əkrəmin gözünün nuru! Ey bizim seyyidəmiz
və ixtiyar sahibimiz!
Həqiqətən, biz sənin vasitəçiliyin ilə Allah
dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi və şəfaətçi seçib
hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi,

bizə Allah yanında şəfaətçi ol! Ey Əba Muhəmməd,
ey Həsən ibni Əli, ey Müctəba! Ey
Rəsuləllahın oğlu! Ey Allahın öz bəndələri üçün
höccət və dəlili!
Ey bizim ağamız və mövlamız, həqiqətən biz
sənə üz gətirib sənin vasitəçiliyin ilə Allah
dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi seçib
hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi,
bizə şəfaətçi ol!Ey Əba Əbdillah! Ey
Hüseyn ibni Əli! Ey şəhid! Ey
Rəsulullahın oğlu! Ey Allahın öz bəndələri üçün höccət
və dəlili! Ey bizim ağamız və mövlamız, həqiqətən biz
sənə üz gətirir və sənin vasitəçiliyin ilə Allah
dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi seçib
hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə şəfaətçi
ol! Ey Əbəl Həsən! Ey Əliyy
ibnil-Hüseyn! Ey Zeynəlabidin! Ey
Rəsulullahın oğlu! Ey Allahın öz bəndələri üçün höccət
və dəlili! Ey bizim ağamız və mövlamız, həqiqətən biz
sənə üz gətirir və sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi seçib
hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə şəfaətçi
ol!Ey Əba Cəfər! Ey Muhəmməd
ibni Əli! Ey Baqir! Ey Rəsulul-
lahın oğlu! Ey Allahın Öz bəndələri üçün höccət
və dəlili! Ey
bizim ağamız və mövlamız, həqiqətən biz sənə üz gətirir
və sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi seçib hacətlərimizi
sənə təqdim edirik. Ey
Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə şəfaətçi
ol! Ey Əba Əbdillah! Ey Cəfər ibni
Muhəmməd! Ey Sadiq! Ey Rəsulul-
lahın oğlu! Ey Allahın öz bəndələri üçün höccət
və dəlili! Ey
bizim ağamız və mövlamız, həqiqətən biz
sənə üz gətirir
və sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi seçib hacətlərimizi
sənə təqdim edirik. Ey
Allah dərgahında uca məqamlı və hörmət sahibi,
bizə şəfaətçi
ol! Ey Əbəl Həsən! Ey Musabnə
Cə’fər! Ey Kazim! Ey Rəsulul-
lahın oğlu! Ey Allahın Öz bəndələri üçün
höccət və dəlili! Ey
bizim ağamız və mövlamız, həqiqətən biz sənə
üz gətirir və
sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir, səni Allah dərgahında vasitəçi seçib
hacətlərimizi sənə təqdim edirik. Ey
Allah dərgahında uca məqamlı və hörmət sahibi,
bizə şəfaətçi
ol! Ey Əbəl Həsən! Ey Əliyyəbnə
Musa-Riza! Ey Rəsulul-
lahın oğlu! Ey Allahın öz bəndələri üçün höccət
və dəlili! Ey
bizim ağamız və mövlamız, həqiqətən biz
sənə üz gətirir
və sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi seçib hacətlərimizi
sənə təqdim edirik. Ey
Allah dərgahında uca məqamlı və hörmət sahibi,
bizə şəfaətçi
ol! Ey Əba Cəfər! Ey Muhəmmədəbnə Əli!
Ey Təqi! Ey Cavad! Ey Rəsulul-
lahın oğlu! Ey Allahın Öz bəndələri üçün
höccət və dəlili! Ey
bizim ağamız və mövlamız, həqiqətən biz sənə üz gətirir
və sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi seçib hacətlərimizi
sənə təqdim edirik. Ey
Allah dərgahında uca məqamlı və hörmət sahibi,
bizə şəfaətçi
ol! Ey Əbəl Həsən! Ey Əliyyəbnə
Muhəmməd! Ey Hadi! Ey Nəqi! Ey
Rəsulullahın oğlu! Ey Allahın öz bəndələri
üçün höccət və
dəlili! Ey bizim ağamız və mövlamız, həqiqətən biz
sənə üz gətirir və sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi seçib
hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə şəfaətçi
ol! Ey Əba Muhəmməd, ey Həsən
ibni Əli, Ey Zəkiyy! Ey Əsgəri Ey
Rəsuləllahın oğlu! Ey Allahın öz bəndələri
üçün höccət və
dəlili! Ey bizim ağamız və mövlamız, həqiqətən biz
sənə üz gətirib sənin vasitəçiliyin ilə Allah
dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi seçib
hacətlərimizi sənə təqdim edirik. Ey Allah dərgahında uca məqamlı və hörmət sahibi, bizə şəfaətçi
ol! Ey Həsənin canişini!
Ey İlahi canişin olan hüccət! Ey Qaiməl
Muntəzərəl Məhdi! Ey Rəsuləl-
lahın oğlu! Ey Allahın öz bəndələri üçün
höccət və dəlili! Ey
bizim ağamız və mövlamız, həqiqətən biz sənə üz
gətirib sənin vasitəçiliyin ilə Allah dərgahına gəlir,
səni Allah dərgahında vasitəçi seçib hacətlərimizi sənə təqdim edirik. Ey
Allah dərgahında uca məqamlı və hörmət sahibi,
bizə şəfaətçi ol!
Ey mənim ağalarım və ixtiyar sahiblərim,
mən sizi Allah dərgahına yaxınlaşmaq üçün vasitəçi seçdim. Ey mənim İmamlarım,
ehtiyac və yoxsulluq günü üçün zəxirəm!
Sizin vasitənizlə Allaha təvəssül etdim,
bəs mənim üçün Allah yanında şəfaətçi olun, günahlarımdan
mənə nicat verin. Həqiqətən siz, mənim
Allah dərgahına getmək üçün şəfaətçilərimsiniz, yalnız sizə məhəbbət bəsləyib, təqərrüb (yaxınlaşmaq) etməklə
Allah yanında nicat tapmağa ümid bəsləyirəm.
Allah yanında mənim
ümidim olun, ey mənim ağalarım, ey Allah övliyaları!
Allahın salavatı həmişə onlara olsun!
Allah onlara zülm edən, Allah düşmənlərinin
hamısına əvvəldən
axıra kimi lə’nət etsin. Amin, ya Rəbbəl aləmin.

Категория: İstek Dualari | Просмотров: 1431 | Добавил: ilkin | Рейтинг: 5.0/2
Всего комментариев: 1
04/Мая/2011
1. suleyman [Material]
ilkin ALLAH SENNEN RAZI OLSUN !

Имя *:
Email *:
Код *: