11:23 Imamlardan Hedisler | |
QƏZƏB VƏ BƏDRƏFTARLIQLARIN BƏLALARI
430–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Qəzəb imanı, sirkə balı xarab etdiyi tək zay edər. *** 431–İmam Sadiq əleyhissalam buyurur: Bütün pisliklərin açarı qəzəbdir. *** 432–İmam Riza əleyhissalam buyurur: Bir kişi Peyğəmbəri-əkrəmdən (s.ə.v.v.) behiştdən uzaq düşməməsi üçün ona bir şey öyrətməsini istədi. Həzrət buyurdu: 1. Qəzəblənmə; 2. Xalqdan istəmə (yə`ni hər bir şeyi Xaliqdən istə); 3. Özün üçün istədiyini xalq üçün də istə (yə`ni özünə rəva bilmədiyini xalqa rəva bilmə). *** 433–İmam Sadiq əleyhissalam buyurur: Hər kim qəzəbinin qarşısını alsa, Allah onun eybini örtər və gizlədər. *** 434–İmam Sadiq əleyhissalam buyurur: Qəzəb hikmət sahiblərinin qəlbinin hikmətini yox edər (elə buna görə də onda hikmət əvəzinə səfehlik müşahidə olunar) və buyurdu: Hər kim qəzəbinə sahib olmasa (qəzəbini cilovlaya bilməsə) ağlına da sahib ola bilməz. XOŞ XASİYYƏTLİK VƏ ONUN YAXŞI SƏMƏRƏLƏRİ 423–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Gerçəkdə mö`min bəndə gözəl xasiyyət vasitəsi ilə gündüzləri oruc tutub, gecələri namaz qılan adamın dərəcəsinə və məqamına çatar. *** 424–İmam Əmirəl-mö`minin Əli əleyhissalam oğlu İmam Həsən əleyhissalama buyurdu: Oğul, heç bir sərvət ağıldan böyük, heç bir yoxsulluq cahillik və savadsızlıq kimi deyil, heç bir qorxu özünü bəyənməkdən dəhşətli ola bilməz və heç bir yaşayış gözəl xasiyyətdən ləzzətli deyil. *** 425–İmam Həsən Müctəba əleyhissalam buyurur: Həqiqətən ən yaxşı şey gözəl xasiyyətdir. *** 426–Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Gözəl xasiyyət üç şeydədir: 1. Haramlardan qorunmaq; 2. Halallıq axtarmaq; 3. Ailə üçün rahatlıq hasil etmək (yaxşı dolandırmaq). *** 427–İmam Zeynəl-abidin əleyhissalam buyurur: Yaxşı danışıq sərvəti çoxaldar, ruzini artırar, ölümü gecikdirər, adamı ailə yanında istəkli edər və onu cənnətə daxil edər. 428–İmam Sadiq əleyhissalam buyurur: Üç şey vardır ki, hər kəs onlardan birinə malik olsa, Allah behişti ona vacib edər: 1. Yoxsul olduğu halda ehsan və yaxşılıq etmək (Allah yolunda)l 2. Hamı ilə gülərüz və xoşrəftar olmaql 3. İnsaflı olmaq (yə`ni zərərinə də olsa belə haqqı deyə). *** 429–Peyğəmbəri-əkrəm (s.ə.v.v.) buyurur: Ümmətimin behiştə getməsinə hər şeydən çox səbəb olan xislət təqva və gözəl xasiyyətdir. | |
|
Всего комментариев: 2 | |
|