Bir kafir Həzrəti-Əlinin yanına gəlir və ona deyir: - Ya Əmir-əlmöminin! Sən hər gün günəş doğmadan yerindən qalxırsan, dəstəmaz alırsan, gecənin bir vaxtı da qalxıb ibadət edirsən, bəzən o şəkildə oturub qalmaqdan ayaqların şişir. Əgər axirət dediyin o dünya yoxsa, nə olacaq? Həzrəti-Əli cavab verir: - Əvvəla, bu ibadətim və İslami həyat mənə könül xoşluğu, sağlamlıq və mənəvi rahatlıq verir. O dünya olmasa belə, mənim itirəcəyim bir şey yoxdur. Yaxşı, bəs o dünya varsa, sənin günün necə olacaq?
Səkkiz halda dəstəmaz batil olur: Sidik xaric olduqda, nəcis xaric olduqda, bağırsaqdan yel xaric olduqda, yatdıqda (elə bir yuxu ki, düşüncəni saxlayır, göz yumulur, qulaq eşitmir; amma göz görməsə qulaq eşitsə dəstəmaz batil olmaz), vacib ehtiyata əsasən, düşüncəni işdən salan bütün işlər, (məstlik, huşsuzluq, divanəlik), qadınlarda istihazə, qüslü vacib edən işlər, insanın meyyitinə toxunmaq.