17:10 Qurani Kerim. | |
İxlas (Tohvid)
Bu surə Məkkədə nazil olub, 4 ayədir. Səbəbi: İmam Sadiq (ə) nəql edir ki, bir dəstə yəhudi Peyğəmbərdən (s) xahiş etdilər ki, Allahı onlar üçün vəsf etsin. Peyğəmbər (s) 3 gün sükut etdi və cavab vermədi. Allah bu surəni nazil edib, onların cavabını verdi. Fəziləti: Hz. Peyğəmbərdən (s) gələn hədis də oxuyuruq ki, buyurur: "sizlərdən hansı biriniz bir gecədə bir quranı oxumağa tənbəllik edir?” Bir nəfər oruşdu: Ey Allahın Rəsulu bunu kim edə bilər? Peyğəmbər (s) buyurdu: Kim 3 dəfə ixlas surəsini oxusa elə bil quranı oxumuş olur. İmam Sadiq (ə) buyurur: Hər kim bir gecə- gündüz namazında bir dəfə də ixlası oxumasa, ona nida olunar: Ey Allahın bəndəsi, sən namaz qılanlardan sayılmadın. Muselmaniq.biz
| |
|
Всего комментариев: 2 | ||
|