Cüme axşami, 25/Апреля/2024, 10:32
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 125
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2012 » May » 27 » Yalan
09:07
Yalan
 
Yalan
Yalan böyük günah və olduqca mənfi xüsusiyyət olduğu üçün qətiyyətlə pislənmişdir .Yalan , danışanın etimad və etibarını itirməsi ilə yanaşı , cəmiyyətdə etimadsızlıq , şəkk və tərəddüd toxumunu səpir .
Peyğəmbər (s) buyurur :
"Çox yalan danışmaq imanı məhv edib aradan aparır . "
Yalan – həqiqətə uyğun olmayan şeylərə deyilir . Əhəmiyyət doğuran məsələlərdən biri budur ki, danışılan sözün yalan olması mümkün olduğu kimi , bəzi iş və əməllərin də yalan olması mümkündür . Quranda da yalan və onun müxtəlif yönləri haqda söhbət açılmış və insanın bu məxfi xüsusiyyəti tərk etməsinə təkid olunmuşdur . Biz onlardan bir neçəsini işarə edirik :
1.Həcc surəsinin 30 – cu ayəsində Allah – təala insanları bütlərə pərəstiş etməkdən çəkinmələrini əmr etməklə yanaşı , yalandan da çəkinmələrini əmr edir :
"... Bütlərdən qaçının , yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da ) çəkinin”.
2 . Nəhl surəsinin 105 – ci ayəsində yalan danışmağın imansızlıqla bərabər olduğu göstərilir :
" Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydurdular . Onlar əsil yalançıdırlar ! "
3 . Zumər surəsinin 3 – cü ayəsindən belə qənaətə gəlmək olur ki , yalançılar Allahın hidayətindən mərhum və aqibətləri acınacaqlı olan şəxslərdir :
"... Allah yalançı , nankor olan kimsəni doğru yola müvəffəq etməz . "
Başqa bir ayədə buyurur :
"... Şübhəsiz ki , Allah ( Ona şərik qoşmaqla , böhtan atmaqla ) həddi aşanı və yalançını doğru yola müvəffəq etməz " .
4 . Allahın hidayətindən məhrum olan kəslər Onun qəzəb və lənətinə düçar olarlar . Ali – İmran surəsinin 61 – ci ayəsində Peyğəmbərlə (s) məsihilər arasında yaranmış qarşıdurma haqda söhbət açılarkən Nərcan keşişlərinə xitab edilərək buyrulur :
"... Sonra (Allaha ) yalvarıb yalançılara Allahın lənət etməsini diləyək ! "
Başqa bir ayədə deyilir :
"... Əgər yalan deyirsə , Allah ona lənət eləsin !...” ( Din təlimləri , səh, 346)
Ümumiyyətlə yalan haqda Allahın Rəsulu (s) və onun Əhli – Beytindən (ə) ibrətləndirici çoxlu hədislər vardır . O hədislərdən bir neçəsini sizin nəzərinizə çatdırmaq istərdim :
Əli (ə) buyurur :
" Yalandan uzaq olun . Çünki yalan insanı imandan uzaqlaşdırır . Daim həqiqəti söyləyən sadiq insanlar hidayət yoluna qədəm qoyarlar , yalançılar isə bədbəxtçilik və rüsvayçılıqla üzləşərlər " .
Nəql olunmuş bir çox hədislərdə deyilir ki , yalan , möminlərə xas olmayan bir xüsusiyyətdir . Onlar bu günaha çox nadir hallarda düçar olarlar . Yalançılar isə bunu özlərinə peşə edərlər . Həsən ibn Məhbubdan nəql olunan hədisdə deyilir :
İmam Sadiq (ə) soruşdum :
- Mömin paxıl ola bilərmi ?
Buyurdu : - Bəli .
Soruşdum , - bəs yalançı necə , - buyurdu : - Xeyr , mömin yalançı ola bilməz . Sonra sözlərinə davam edərək buyurdu : - Mömin hansı xasiyyətə malik olsa da , xain və yalançı ola bilməz.
Peyğəmbər (s) buyurur :
" Ən böyük cinayət yalan danışmaqdır " .
Başqa bir yerdə buyurur :
" Ən böyük xəyanət odur ki , mömin qardaşın sənin danışdığın sözləri təsdiq edə , sən isə ona yalan satmış olasan .
İmam Əli (ə) buyurur :
" İmanın nişanələrindən biri də budur ki , ziyanına olsa belə , düz sözü xeyrinə olan yalandan üstün tutasan ". ( Din təlimləri səh , 348)
Yalan ən böyük günahlardan biridir . Nə qədər ki biz yalan danışmağa davam edirik , əməlində saleh birisi ola bilmərik . Bu dəfəki axırıncı yalanımdı deməklə də , yalana son qoymursan . Çünki yalan sonsuzdur , nə qədər biz yalan danışırıqsa , bir o qədərdə ardı gələcək . Ona görə də iradəmizi toplayıb yalanlarımıza son verməliyik çünki , ən xırda yalan belə , yaxşı iş naminə olsada bizim imanımızı məhv edir .
Allahdan diləyim budur ki , heç bir bəndəsini elə vəziyyətə salmasın ki , son qurtuluş əlacı yalan olsun . Amin .
İmam Sadiq (ə) buyurur:
"AĞILLI İNSANLAR YALAN DANİŞMAZ, ƏGƏR ONLARIN XEYRİNƏ OLSA BELƏ "

Əziz istifadəçilər mətni oxuduqdan sonra rəy yazmağı unutmayın,çünki sizin fikirləriniz bizim üçün marağlıdır.

Категория: Məqalələr | Просмотров: 14276 | Добавил: ilkin | Рейтинг: 0.0/0
Всего комментариев: 1
01/Декабря/2009
1. Ruslan Seyidov (Muntezir) [Material]
cox gozel meqaledi ALLAH razi olsun.

Имя *:
Email *:
Код *: