Cüme, 26/Апреля/2024, 10:43
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Sentyabr » 27 » İslamda Mütə nikahı
10:40
İslamda Mütə nikahı
 
 
 
Qurani-kərim hikmət sahibi Allah tərəfindən onun pak və müqəddəs bəndəsinə, Məhəmmədə (səlləllahu əleyhi və alihi və səlləm) nazil olmuş bir kitabdır. Aydındır ki, Qurani-kərim və həzrət peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) etdiyi hər hökmün icra olunmasının vacibliyi inkar olunmazdır. Belə ki, Qurani-kərim buyurur:
Ona iman gətirənlər, onu ucaldıb himayə edənlər, ona yardım edənlər və onunla nazil olan nura tabe olanlar, onlardın nicat tapanlar. "Əraf”, ayə 157.
Peyğəmbər sizə hər nə gətirsə, onu alın və hər nəyi yasaq (mən) etsə, ondan imtina edin! Allahdan qorxun. Çünki Allahın əzabı çox şiddətlidir. "Nəşr”, 7.
Yuxarıda ki, ayələr bu həqiqəti nümayiş etdirməkdədir. Bəllidir ki, bu qanunlar icra olunmazsa Allah-taalanın hökmlərini rədd etmiş oluruq. Onların yerinə isə ayrı hökmlərə əməl etsək dinə bidət (dəyişiklik) gətirmişik.
Bidət də yalnız bu deyil ki, bir müsəlman və ya mömin insan müqəddəs islam dinindən onda olmayan və sonradan daxil olan hökümlər, rəsmlər və qayda-qanunları pozmasın. Belə ki, bidət sözünün mənası bundan da ümumidir. Bunu belə izah etmək olar ki, əgər hansısa hökmü müqəddəs İslam dininə daxil etmək bizim üçün ürək yandırandırsa, və bu işin əleyhinə çıxırıqsa həmin miqdarda da İslamdakı hökümlərin silinməsinə qarşı həssas olmalıyıq. Belə olmayan təqdirdə imanımızın zəif olduğunu bilməliyik.
Qurani-kərim Allah-taalanı zahirdə qəbul edən, lakin müqəddəs kitab və peyğəmbərləri təsdiq etməyən və ya bu kitab və peyğəmbərlərin bəzilərini qəbul edən və digərlərini rədd edən şəxsləri kafir adlandırır:
"Allaha və onun peyğəmbərlərinə kafir olanlar, Allahı peyğəmbərlərindən ayırmaq məqsədilə: "Biz bəzisinə inanırıq və bəzisini inkar edirik”, - deyirlər və bunun (küfrlə imanın) arasında özləri üçün bir yol tapmaq istəyirlər. Onlar, həqiqətən, kafirdirlər. Biz isə kafirlər üçün rüsvay edən əzab hazırlamışıq. Allaha və peyğəmbərlərinə iman gətirənlərin və onların heç birini o birisindən ayırmayanların əcrlərini Allah tezliklə verəcəkdir. Allah bağışlayan və mehribandır.” "Nisa”, ayələr, 150, 151, 152.
Müsəlmanların üləmalarının hamılıqla dediklərinə asasən mütə nikahı İslam dininin ilk çağlarında Qurani-kərim və Məhəmməd peyğəmbərin mötəbər sünnəsi tərəfindən isbat olunmuşdur. Buna görə də mütə nikahını hansısa bir qrup insanın rədd etdiyinə və ya kimlərinsə təriqət təlimləri ilə üst-üstə düşmədiyinə görə kənara qoymaq doğru deyildir. Çünki bu halda biz də Müqəddəs İslam dininə bidət gətirmiş və Allah-taalanın hökmünü təhrif etmiş oluruq.

Buna xatir müvəqqəti nikaha aid araşdırmalar, bu nikah növünün İslam dininin ayrılmaz hissəsi olduğunu və ona daha artıq diqqət yetirmək lazım olduğunu olduqca zəruridir. Habelə öz məzhəb görüşlərinin təsiri altında haqq və həqiqəti tapa bilməyənlər üçün bu mətləbin aydınlaşdırılması böyük əhəmiyyətə malikdir.
Bu məqaləmizdə Mütə nikahını Qurani-kərim baxımdan araşdırıb, təhlil etməyə çalışacağıq.

Mütə nikahı Quranda

"Nisa” surəsinin 24-cü ayəsi və onun mənası:
"Müharibə əsiri kimi malik olduğunuz arvadlardan suvay, ərli arvadlar da sizə (haram edilib). (Bu) ilahi fərizədir (ki, Allah sizin üçün yazmışdır). Bunlardan (bu deyilmiş qadınlardan) ayrılarını, iffətli şəkildə və zinakarlığa yol vermədən, mallarınızla onlarla evlənmək istəməyiniz halal edilmişdir. Mütə etdiyiniz arvadların kəbinlərini bir fərizə olaraq onlara verin! Məhriyyə müəyyən ediləndən sonra, bir-birinizin (məhriyyənin və ya müddətinin azaldılması və ya çoxaldılması barədə ) razılaşmağınızın günahı yoxdur. Həqiqətən, Allah elm və hikmət sahibidir.”

Ayənin qısa şərhi

Həmin surənin 23-cü ayəsində Allah-taala ana, bacı, qız övlad və başqa bir qrup insanla evlənməyi haram etmişdir. Surənin 24-cü ayəsinin davamında növbəti bir tərəflə evlənmək haram sayılmışdır. Hazırda ayənin təfsirindən xülasə şəklində söz açmaq istəyirik. "Muhsinatu minən-nisa” - dedikdə əri olan qadınlar nəzərdə tutulur. Bu cümlə sözü gedən surənin 23-cü ayəsindəki "Ummuhatikum” ("Ətyəbul-bəyan”, c. 4, səh. 49) sözünə bağlıdır. ("Təfsirul-mizan”, c. 4, səh. 267; "Təfsirul-kaşif”, c. 2, səh. 293; "Məfatihul-ğeyb”, c. 10, səh. 34.)
Sonra hikmət sahibi olan Allah bir halı istisna edir. Bunlar müsəlmanlarla müharibə zamanı onların əlinə keçən ərli qadınlardır. Ayənin hökmünə əsasən istibradan (paklanandan) sonra onlarla evlənmək caizdir.
(الا ما ملكت ايمانكم)
"Kitabullah ələykum” o deməkdir ki, Allah-taala bu hökmləri sizə vacib etmişdir. "Kitabullah” feli verilməyən məfuli-mütləqdir (xüsusi növ tamamlıqdır). Bu cümlə əslində belədir:
كتب الله ذلك كتابا عليكم
"Kətəbəllahu zalikə kitabən ələykum.” "Əhəllə ləkum ma vəraə zalikum” cümləsində "ma” hissəsinin işlənməsi və kişi cinsində olan əvəzlikdən istifadə olunması göstərir ki, "uhillə” sözü qadınların halal olması mənasında deyil. Çünki "ma” hissəsi insan üçün işlədilmir. Və "zalikə”sözü də kişi cinsi üçündür. Bütün bunlardan məlum olur ki, həmin on altı şeydən başqa halal olan əməl şəhvətə aid olan, cinsi əlaqə və ya bu kimi işlərdir.
Bu həmin
حرمت علیمک امهاتکم - ayəsində nəzərdə tutulan əməldir.
"İn təbtəğu biəmvalikum muhsininə ğəyrə musafihin” cümləsi "Uhillə ləkum ma vəraə zalikum” cümləsinin ətf bəyanı (izahı) və ya onun bədəlidir (əvəzidir). "Muhsinin” sözündə burada "iffətli qadınlar” nəzərdə tutulmuşdur. "Səfəh” isə "zina” mənasındadır. "Ğəyrə musafihin”, yəni iffətli və pak qadınlar.
Ayənin mənası budur ki, öz mal-dövlətinizdən istifadə edin və iffətli qadınlarla evlənin. Mal-dövlət ona görə vurğulanır ki, hər iki evlənmə növündə mehriyəni ödəmək üçün maddi imkan lazımdır.
فما استمتعتم به منهن فاتوهن اجورهن فریضه
Əllamə Təbatəbai bu ayənin təfsirində yazır:
"Bih” sözündə zəmir "Uhillə ləkum ma vəraə zalikum” cümləsində nəzərdə tutulan əmələ qayıdır. Bu da "şəhvani kam alma” və yaxud bu mənanı çatdıran hər hansı sözdən ibarətdir. Nəticədə "ma” sözü saxlamaq üçün işlənərək "hər zaman” mənasında olacaqdır. Car və məcrur olan "minhunnə” də "istəmtətum” cümləsinə aiddir. Beləcə ayənin mənası budur ki, hər zaman qadınlardan kam alsanız onların haqlarını özlərinə ödəməyiniz vacibdir.

Habelə "Ma” sözünü mosul kimi və "İstəmtətum” cümləsini onun siləsi kimi də nəzərdə tutmaq olar. Bu halda "bih”-in zəmirini mosula aid etmək də mümkündür. "Minhunnə”-nin car və məcrurunu isə mosulu izah edən söz saysaq, ayənin mənası belə olacaqdır:
"Qadınların hər birindən cinsi əlaqə ilə kam alsanız haqlarını verməlisiniz”. Bu cümlənin başında "fa” şəkilçisi olduğu üçün keçən söhbətin təfrii(şaxələrə ayrılması) və nəticəsi sayılır.
Bəzilərinin külliyyata və ya deyə bilərsiniz cüziyyatın külli mətləbə təfrii və tətbiqi. Bu mənaya heç bir şübhə yoxdur. Çünki öncəki mətləb bu idi ki, öz sərvətinizdən istifadə edərək iffətə riayət etmək şərtilə zövcə axtarın, sifah və ya zinadan kənar olun. Yuxarıda dediyimiz kimi bu söz kənizdən hər iki növ kam almağı, yəni daimi və müvəqqəti nikahı özündə cəmləşdirir. Belə isə "fəməstəmtətum bihi minhunnə fəətihunnə ucurəhunnə” cümləsinin bu cümləyə tətbiqi, şübhəsiz, cüzinin külliyə tətbiqi babından və yaxud cüzi qisimlərin bəzilərinin külli məqsəminə (bölünəninə) tətbiqi kimi olacaqdır.
Bu cür tətbiq Allah kəlamında çox istifadə olunmuşdur. Məsələn:
ایاماَ معدودات فمن کان منکم مریصاَ او علی سفر - ayəsində qeyri-adi halda (xəstə və ya səfərdə) olan bəzi müsəlmanlar, külli (bütün) müsəlmanlara tətbiq olunmuşdur.
فاذا امنتم فمن تمتع بالعمره الی الحج - şərif ayəsi həccin üç qismindən birini məqsəmin (həccin) əslinə tətbiq etmişdir. Bu kimi digər ayələr də mövcuddur.

ولا جناح عليكم فيما تراضيتم به من بعد الفريضة ان الله كان عليها حكيما
Ayənin sonuncu hissəsində buyurulur: "Əgər əqd tərəfləri (kişi və qadın) öz razılıqları ilə mehriyənin miqdarını sonradan azaldıb çoxaltsalar, eybi yoxdur.” Yuxarıdaki ayənin təfsirində digər bir ehtimal da vardır: "Müvəqqəti evlənmədən sonra iki tərəfin evlilik müddəti və ya mehriyə məbləğini artırmaq barəsində sövdələşmələrinin eybi yoxdur.”
Ayənin sonunda buyurulur: "Allah bəndələrin məsləhətindən agah və öz qanunvericiliyində həkimdir.”
Yuxarıda dediklərimiz ayənin qısa təfsiri izahı idi. Lakin bu ayənin geniş və ətraflı təfsiri üçün əshab, tabein və təfsirçilərdən bəzilərinin fikirlərini açıqlayacağıq.
Şərif ayə əshab, tabein və təfsirçilərin dilində
Şiə və əhli-sünnənin mötəbər kitablarında İbn Abbas kimi böyük səhabə, Mücahid, Suddi və başqa tabeinin sözü gedən ayəni müvəqqəti evlənmə kimi təfsir etmişlər. Onlar təkid etmişlər ki, bu ayə müvəqqəti nikah barəsində nazil olmuşdur. Hətta bu kitablarda İbn Abbas və digərlərinin ayədə nəzərdə tutulanları izah etmək üçün bir kömək kimi
الی اجل مسمی - cümləsini özlərinə məxsus qiraətlərinə artırmaları da qeyd olunmuşdur. Hakim "Müstədrək”də Əbu Sələmədən belə nəql edir:
«ابوسلمه قال: سمعت ابا نضرة يقول قرأت علي ابن عباس رضي الله عنهما «فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة» قال ابن عباس «فما استمتعتم به منهن الي اجل مسمي» قال ابونضرة فقلت ما نقرأها كذلك فقال ابن عباس والله لا نزل الله كذلك»
Əbu Nəzrə dedi:

İbn Abbas üçün فما استمتعتم به منهن فاتوهن اجورهن فریضه ayəsini qiraət etdim. İbn Abbas dedi:
- Ayəni belə oxu:
فما استمتعتم به منهن فاتوهن اجورهن فریضه الی اجل مسمی
İbn Abbasa dedim:
- Biz bu ayəni belə oxumuruq.
O, dedi:
- Allaha and olsun, Allah-taala ayəni belə nazil etmişdir.
Əhli sünnə alimlərindən Beyhəqi öz "Sünən” kitabında Məhəmməd ibn Kəbdən belə nəql edir:
«عن محمدبن كعب ان ابن عباس قال: كانت المتعة في اول الاسلام و كانو يقرؤون هذه الآية (فما استمتعتم به منهن الي اجل مسمي»
Məhəmməd ibn Kəb nəql edir: İbn Abbas deyərdi ki, müvəqqəti nikah İslamın əvvəllərində vardı. "Fəməstəmtətum” ayəsini hamı "ila əcəlin musəmma” ilə qiraət edərdi.
İbn Kəsir öz təfsir kitabında yazır:
« و كان ابن عباس و ابي ابن كعب و سعيد بن جبير و السدي يقرؤون «فما استمتعتم به منهن الي اجل مسمي فاتوهن اجورهن فريضة» و قال مجاهد نزلت في نكاح المتعة»
İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr və Suddi mütə ayəsini "ila əcəlin musəmma” ilə qiraət edirdilər. Mücahid demişdir: "Bu ayə mütə barəsində nazil olmuşdur.”
Qurtubi öz təfsirində yazır:
«قال الجمهور انّ المراد نكاح المتعة الذي كان في صدرالاسلام و قرأ ابن عباس و ابي ابن كعب و سعيد ابن جبير فما استمتعتم به منهنّ الي اجل مسمي فآتوهن اجورهن فريضة»

"Cumhur (alimlər) demişlər ki, bu ayədə müvəqqəti nikah nəzərdə tutulmuşdur. Bu nikah İslamın ilk çağlarında vardı və İbn Abbas, Ubey ibn Kəb, Səid ibn Cubeyr bu ayəni "ila əcəlin musəmma” cümləsi ilə qiraət edərdilər.”
Yuxarıda deyilənlər mütə nikahına aid ayənin nazil olması haqqında idi. İnşaallah, bu ayə barədə "Müvəqqəti nikah sünnədə” başlığı altında daha geniş danışacağıq.

Müvəqqəti nikah sünnədə

Keçən söhbətlərimizdə mütə nikahı və onun təfsiri haqqında danışdıq. İndi isə mütəni peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və məsum imamların (əleyhimus-səlam) sünnəsində araşdırmağı lazım bilirik.
Hər iki məzhəbin kitablarındakı hədislərə əsasən, müvəqqəti nikah haqqında olan hədisləri bir neçə hissəyə bölmək olar:
1- Mütə nikahının İslamın ilk çağlarında şəriət tərəfindən bəyan olunduğunu göstərən hədislər.
2- Mütə nikahının Peyğəmbərin vəfatından sonra, Əbubəkrin xilafəti zamanı və Ömərin xilafətinin bir hissəsində nəsx olunmadığını (silinmədiyini) və caizliyini təsdiqləyən hədislər.
3- Mütənin Ömər tərəfindən qadağan (haram) olunduğunu açıq-aydın göstərən hədislər.
1. Mütə nikahının İslamın ilk çağlarında şəriət tərəfindən bəyan olunduğunu göstərən hədislər.
Bu hissədə mütə nikahının İslam dininin ilk illərində şəriət tərəfindən təsdiqləndiyini, peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) əshabının və müsəlmanların ona əməl etdiklərini göstərən hədislərdən danışacağıq.
ليس لنا نساء، فقلناعن عبدالله بن مسعود قال: كنا نغزوا مع رسول الله الا نستخصي؟ فنهانا عن ذلك ثم رخص لنا ان ننكح المراة بالثوب الي اجل ، ثم قرأ عبدالله:«يا ايها الذين آمنوا لا تحرموا طيبات ما احل الله لكم
Abdullah ibn Məsud dedi:

"Biz Allahın rəsulu ilə birlikdə cihadda idik. Yanımızda qadın yox idi. Biz:
-Ey Allahın rəsulu, biz özümüzü xacə (axta) etməyək? – dedikdə o, bizi bu işdən çəkindirdi və bizə qadınlarla bir libas müqabilində müəyyən müddətə qədər evlənməyə icazə verdi. Sonra buyurdu:
لاتحرموا طیبات ما احل الله لکم – "Allahın sizə halal etdiklərini özünüzə haram etməyin.”
«عن مسلم القرشي: قال دخلنا علي اسماء بنت ابي بكر فسألناها عن متعة »النساء فقالت : فعلناها علي عهد النبي
Müslim Əl-Qürəşi deyir:
Biz Əbubəkrin qızı Əsmanın evinə getdik və ondan qadın mütəsi haqqında soruşduq. O,:
- Bu işi biz Allahın rəsulunun zamanında gördük- deyə cavab verdi.
عن ابي سعيد الخدري قال: «كنا نتمتع علي عهد رسول الله بالثوب
Əbu səid Xudri dedi: "Biz Allahın rəsulunun zamanında bir libas müqabilində mütə nikahı edirdik.
: نزلت في القرآن عن المتعة فقال«عن ابي بصير قال: سألت ابا جعفر «فما استمتعتم به منهن …»
Əbu Bəsir deyir: İmam Sadiqdən mürtə haqqında soruşdum. İmam:
- "Fəməstəmtətum” ayəsi mütə barəsində nazil olmuşdur – dedi.
قال: المتعة نزل بها القرآن و جرت بها«عن ابي مريم عن ابي عبدالله »السنه من رسول الله

Əbi Məryəm imam Sadiqdən nəql edir ki, o həzrət buyurdu: "Mütə haqqında Quran ayəsi nazil oldu və bu Allah rəsulunun da sünnəsində icra olunmuşdur.”
Bu hədislər mütə nikahınin İslamın ilk çağlarında şəriət tərəfindən qəbul olunduğunu aydın nümayiş etdirir və onlardan məlum olur ki, bu nikah İslam dininin ilk illərində səhabələr və müsəlmanlar arasında digər dini hökmlər kimi qəbul və icra olunmuşdur. Bu hissə təxminən bütün müsəlmanlar arasında hamılıqla məqbul hesab olunmuş və ixtilaflı məsələ mütənin nəsx olunub-olunmamasındadır. Biz hazırda bu miqdarla kifayətlənərək sonrakı hissədə araşdırmalarımıza davam etdirəcəyik.
2. Mütə nikahının Peyğəmbərin vəfatından sonra, Əbubəkrin xilafəti zamanı və Ömərin xilafətinin bir hissəsində nəsx olunmadığını (silinmədiyini) və caizliyini təsdiqləyən hədislər
Bu hissədə İslam peyğəmbəri tərəfindən mütənin nəsx edilmədiyini (silinmədiyini və yaxud yasaq olunmadığını) və bu nikahın halallığının o həzrətin vəfatından sonra davam etdiyini göstərən hədislərdən danışmaq istəyirik. Bu hədislərdə mütənin hətta Əbubəkrin xilafəti dövründə və Ömərin xilafətinin bir hissəsində şəriətə uyğun sayıldığı qeyd olunmuşdur.
«عن جابربن عبدالله قال : كنا نستمتع بالقبضة من التمر و الدقيق الايام و ابي بكر حتي نهي عنه عمر في شأن عمرو بن حريث»علي عهد رسول الله
Cabir ibn Abdullah dedi: "Biz bir ovuc xurma və ya un müqabilində Allahın rəsulu və Əbubəkrin zamanında mütə edirdik. Belə ki, Ömər sonradan onu Əmr ibn Hüreysin işinə görə qadağan etdi.”

«قال عطاء: قدم جابر بن عبدالله معتمراً فجئناه في منزله فسأله القوم ابي بكر وعن اشياء ثم ذكروا المتعة فقال: استمتعنا علي عهد رسول الله عمر»
Əta nəql edir ki, bir gün Cabir ibn Abdullah ümrədən qayıtmışdı. Biz mənzilinə onu görməyə getdik. Camaat istədiyi sualı verirdi. Sonra mütə barədə soruşdular. O, dedi: "Biz peyğəmbərin, Əbubəkrin və Ömərin dövründə mütə edirdik.
«عن عمران بن حصين قال: نزلت آية المتعة في كتاب الله تعالي لم تنزل و مات و لم ينهنا و تمتعنا مع رسول اللهآية بعدها تنسخها فامرنا بها رسول الله عنها قال رجل بعد رأيه ماشآء»
İmran ibn Həsin dedi: "Allah kitabında mütə (siğə) ayəsi nazil oldu. Sonradan onu nəsx edən bir ayə nazil olmadı. Belə ki, Allahın peyğəmbəri bizə mütə etmək fərmanı verdi. Biz peyğəmbərlə idik və siğə edirdik. Sonra dünyadan getdi. Və bizi bu işdən çəkindirmədi. Ondan sonra bir kişi öz başına istədiyini etdi.”
قال: قلت أنّ الزبير ينهي عن المتعة و ابن عباس«عن ابي نضرة عن جابر و مع ابي بكر…»يأمر بها قال: علي يدي جري الحديث، تمتعنا مع رسول الله
Əbi Nəzrə Cabirdən(rəziəllah ənhu) belə nəql edir: Cabirə dedim:
- İbn Zubeyr mütəni qadağan edir, amma İbn Abbas müvəqqəti evlənməyə çağırır.
Dedi:
- Hadisənin necə baş verdiyinə şahidəm. Biz Allahın peyğəmbəri(səlləllahu əleyhi və alihi və səlləm) ilə mütəməttiy olub, (mütə həccini yerinə yetirərək) mütə edirdik. Habelə Əbubəkrlə…
عن زرارة قال: جاء عبدالله بن عمير الليثي الي ابي جعفر فقال: ما تقول فهي حلال الي يوم القيامهفي متعه النساء؟ قال احلها في كتابه و علي لسان نبيه مثلك يقول هذا و قد حرمها عمر و نهي عنا؟ قفال عليه السلام و انفقال يا ابا جعفر كان فعل؟

Zurarə nəql edir ki, Abdullah ibn Umeyr imam Sadiqin(əleyhis-salam) yanına gəlib dedi:
- Mütə haqqında fikriniz nədir?
- Allah-taala kitabı və rəsulu vasitəsi ilə mütəni halal etmişdir. Mütə nikahı qiyamətə qədər halaldır - deyə imam cavab verdi.
- Ey Əba Cəfər, Ömər bu işi haram etdiyi təqdirdə sizin kimi bir şəxsiyyət belə bir söz danışırsınız?
- Haram etmişdirsə də! - dedi imam
المتعة و لم يحرمها«عن الامام الرضا عليه السلام : احل رسول الله حتي قبض».
İmam Rza(əleyhis-salam) belə buyurdu: "Allahın rəsulu mütəni halal etmiş və ölüm çağınadək onu haram buyurmamışdır.”
3.Mütənin Ömər tərəfindən haram (təhrim) edildiyini göstərən hədislər
Bəziləri mütənin haram buyrulduğunu peyğəmbərin adına yazmaq istəsələr də hər iki məzhəbin hədis kitablarında mövcud olan hədislər bu gerçəklikləri gizlətməyə və ikinci xəlifə Ömər tərəfindən olan təhrimi (qadağanı) peyğəmbərlə əlaqələndirməyə imkan vermir.
Dini mənbələrdə nəql olunan hədislər açıq-aydın mütə nikahını Ömərin haram etdiyini göstərir. Lakin bəzi insanlar bu qadağanı peyqəmbərlə bağlamaq istəmişlər.
Biz bu mövzunu daha ətraflı izah etmək üçün mütənin Ömər tətəfindən qadağan olunduğunu, hətta mütə edənlərə cəza təyin edildiyini göstərən hədisləri qeyd edəcəyik.
Əhli sünnənin adlı-sanlı alimlərindən olan Siyuti və Qirmani "Tarixi xuləfa” və "Əxbarud-duvəl” kitablarında Ömərin "əvvəliyyatı” (kəşf etdiyi ilk işlər) haqqında yazmışlar:
«هو اول من سمّي اميرالمومنين و اول من كتب التاريخ من الهجرة …. اول من سَنَّ قيام شهر رمضان … و اول من حرم المتعة…»
"O, ilk dəfə "Əmirül-möminin ləqəbi verilən və hicri tarixini qələmə alan şəxsdir. Təravih namazını ramazan ayında birinci dəfə sünnə (bidət) edən də odur. O, ilk adamdır ki, mütəni haram etdi.”
:« لو لا ان عمر نهي عن المتعة ما زني الاو عن الحكم قال: قال علي شقىّ»
Həkəm nəql edir ki, Əli (əleyhis-səlam) dedi: "Ömər mütəni qadağan etməsəydi bədbəxtlərdən başqa bir kəs zina etməzdi.”
و انا محرمهنّ و معاقب« عن عمر انّه قال:«ثلاث كن علي عهد رسول الله عليهنّ: متعة الحج و متعة النسآء …»
Nəql olunur ki, Ömər demişdir: "Allahın rəsulunun zamanında üç şey vardi ki, mən onları haram etdim və onlara əməl edənləri cəzalandırdım. O üç şey: Həcc mütəsi, nisa (qadın) mütəsi və azanda "həyyə əla xəyril əməl”cümləsidir.”

و انا انهي عنها وعن عمر انّه قال: «متعتان كانتا علي عهد رسول الله اعاقب عليهما متعة الحج و متعة النسآء»
Ömərdən nəql olunur ki, dedi: "Allah rəsulunun vaxtında iki mütə vardı. Mən onları qadağan edirəm və onlara əməl edənlərin cəzası var. O iki mütənin biri həcc mütəsi, digəri qadın mütəsidir.”
عن ابي نضرة قال كنت عند جابر بن عبدالله فاتاه آت فقال ابن عباس و ابن ثم نهانا عنها عمرالزبير اختلفا في المتعتين فقال جابر فعلنا هما مع رسول الله فلم نعدلها»
Əbu Nəzrə nəql edir:
Mən Cabir ibn Abdullahın yanında idim. Bir şəxs dedi:
- İbn Abbas və İbn Zübeyrin iki mütə məsələsində ixtilafları var.
- Biz Allahın rəsulunun vaxtında hər ikisini görərdik. Sonradan Ömər bu iki işi bizə qadağan etdi və biz bunları bir daha təkrarlamadıq- deyə Cabir cavab verdi. Başqa bir hədisdə nəql olunur:
عن ابي نضرة قال كان ابن عباس يأمر بالمتعة و كان ابن الزبير ينهي عنها فلما كانفذكرت ذلك لجابر بن عبدالله فقال: لدي دار الحديث تمتعنا مع رسول الله ما شاء بما شاء و ان القرآن قد نزل منزله: فاتموا الحجعمر قال ان الله يحل لنبيه العمرة كما امركم الله اتموا نكاح هذه النساء فلا اوتي يرجل تزوج امرأة الا رجمته بالحجارة

Əbu Nəzrə deyir ki, İbn Abbas mütə etmək göstərişi verirdi. İbn Zubeyr isə bu işdən çəkindirirdi. Mən bu işi Cabir ibn Ənsariyə xatırlatdım. O, dedi: Hadisədən xəbərdaram (İşin necə baş verdiyini bilirəm). Biz Allahın rəsulunun dövründə mütə edirdik. Ömər gələndə isə belə dedi: "Şübhəsiz, Allah öz peyğəmbərinə istədiyini (istədiyi üçün) halal etdi. Həcc və ümrəni Allah əmr etdiyi kimi tamamlayın və qurtarın. Qadınları siğə etməkdənsə çəkinin. Əgər bir qadın mənim onu (müəyyən müddətə) siğə etmiş kişini yanıma gətirsə həmin şəxsi daşqalaq edəcəyəm.
الحج و النساء«عن جابر بن عبد الله قال: تمتعنا متعتين علي عهد النبي فنهانا عمر عنهما فانتهينا»
Nəql olunur ki, Cabir ibn Abdullah dedi: "Peyğəmbər sağ olanda biz iki mütəyə əməl edirdik. Onlardan biri həcc mütəsi, o biri qadın mütəsi idi. Belə ki, Ömər bizi bu işdən çəkindirdi və biz bu işi bir daha davam etdirmədik.”
«عن ابي سعيد الخدري و جابر بن عبدالله قالا: تمتعنا الي نصف من خلافة عمر… حتي نهي عمر الناس عنها في شأن عمرو بن حريث»
Nəql olunur ki, Əbi Səid Xudri və Cabir ibn Ənsari demişlər:
"Biz Ömərin xilafətinin yarısına qədər mütə edirdik. Belə ki, Ömər Əmr ibn Hüreysin işinə görə bu işi bizə qadağan etdi.”
«عن جابر قال: كانوا يتمتعون من النساء حتي نهاهم عمر بن الخطاب»
Cabir ibn Abdullah dedi: "Camaat qadın mütəsindən bəhrələnirdilər və Ömər onu yasaq etdi.”
عن ابن جريح عن عطاء قال: سمعت ابن عباس يقول: رحم الله عمر ما كانت ولو لا نهيه لما احناج اليالمتعة إلاّ رحمة من الله تعالي رحم بها امّت محمد الزنا إلاّ شفيّ

İbn Cureyc Ətadan nəql edir ki, o dedi: "İbn Abbasdan belə dediyini eşitdim:
- Allah Ömərə rəhm etsin. Mütə Allahın Məhəmməd ümmətinə bəxş etdiyi rəhmətdən başqa bir şey deyildi. Əgər Ömər onu qadağan etməsəydi, kiçik bir dəstədən savayı heç kəsin zinaya ehtiyacı olmazdı.”
«عن سعيد بن مسيب قال : نهي عمر عن متعتين : متعة النساء و متعة الحج»
Səid ibn Müsəyyib deyir:
- Ömər iki mütəni yasaq etdi. Biri qadın mütəsi, digəri həcc mütəsi.
«عن عمران بن سواد قال صليت الصبح مع عمرفقرا سبحان و سوره معها ثم انصرف و قمت معه فقال احاجة؟ قلته حاجة قال فلحق قال فلحقت فلما دخل اذن لي فاذا هو علي سرير ليس فوقه شي فقلت نصيحة فقال مرحبا بالناصح عدوّا و عشيّا قلت عابت امتك اربعاً قال فوضع راس درته في ذقنه و وضع اسفلها علي فخذه ثم قال : هات قلت : ذكروا و لا ابوبكر و هي حلال قالانك حرمت العمرة في اشهر الحج و لم يفعل ذلك رسول الله هي حلال لو انهم اعتمروا في الشهر الحج رأو ها مجزية من حجهم فكانت قائبة قوب عامها فقرع حجهم و هو بهاء من بهاء الله و قد اصبت. قلت : و ذكروا انك حرمت متعة النساء و احلها فيقد كانت رخصة من الله نستمتع بقبضه و نفارق عن ثلاث. قال ان رسول الله زمان ضرورة ثم رجع الناس الي السعة ثم لم اعلم احداً من المسلمين عمل بها و لا عاد اليها فالان من شاء نكح بقبضة و فارق عن ثلاث طالق و قد اصبت قال قلت و اعتقت الامة ان وضعت ذابطنها بغير عتاقه سيدها قال: الحقت حرمة بحرمة و ما اردت الا الخير و استغفر الله قلت و تشكو منك نهر الرعيه و عنف السياق قال: فشرع الدرّة ثم مسحها حتي - و كان زامله في غزوة قرقرة الكدر- فواللهاتي علي آخرها ثم قال: انا رميل محمد اني لارتع فاشبع و اسقي فأروي و انهز اللفوت و ازجر العروض و اذب قدري و اسوق خطوي و اضم العنود و الحق القطوف و اكثر الزجر و اقل الضرب و اشهر العصا و ادفع باليد لولا ذلك لاعذرت قال: بلغ ذلك معاوية فقال: كان و الله عالما برعيتهم…»

İmran ibn Səvad nəql edir:
- Sübh namazında Ömərə iqtida etdik. Sonra o, "Subhanə” və digər bir surəni qiraət edib namazı bitirdi. Birlikdə ayağa qalxdıq. O:
- Bir şey istəyirsən?- deyə soruşdu.
- Bəli,- deyə cavab verdim.
O:
- Bizimlə gəlsin,- dedi və mən onlara qatıldım. Mənzilə daxil olanda mənə içəri girməyə icazə verdi. Üstündə heç nə olmayan bir taxt üzərində əyləşmişdi. Mən:
- Nəsihətim var,-dedim.
- Sübh və şam nəsihət edənlərə mərhəba,- dedi.
- Ümmət sizdə dörd eyb tutmuşdur,- dedim. (Deyir: Şallağının bir ucunu çənəsinin altına, o biri ucunu budunun üzərinə qoyub ona dirsəkləndi) dedi:
- Davam et.
- Dedilər ki, sən həcc aylarında ümrəni haram etmisən. Lakin peyğəmbər və Əbubəkr bu işi görməmişdilər və bu iş halal idi,-dedim.
- Bu iş halaldır. Onlar ümrəni həcc aylarında yerinə yetirsələr bunu həccin yerinə biləcək və Məkkə il ərzində boş qalacaq (digər günlərdə heç kəs ümrə ziyarəti üçün gəlməyəcək) və cücəsiz qalan yumurtaya bənzəyəcəkdir. Həcc Allahın bəxş etdiyi bəha və nurdur (gözəllikdir). Mən yanılmamışam,- deyə Ömər cavab verdi. Mən:
- Sənin qadın mütəsini haram etdiyini də söyləyirlər. Bu Allahın bir rüxsəti (icazəsi) idi ki, biz bir ovuc buğda ya xurma müqabilində ondan bəhrələnirdik və üç gündən (və ya üç yaxınlıqdan) sonra ayrılırdıq,- deyə davam etdim.
Ömər:

- Allahın rəsulu onu zərurət və yoxsullulğun hökm sürdüyü bir zamanda halal etdi. İndi camaatın vəziyyəti yaxşılaşmış, rifaha və bolluğa üz tutmuşlar. Sonradan müsəlmanlardan kiminsə bu işi gördüyündən xəbərim yoxdur. Zəmanəmizdə kim istəsə bir ovuc buğda və ya xurma ilə evlənib, üç gündən sonra talaqla ayrıla bilər. Demək yanılmamışam,- dedi…
« عن عروة بن الزبير خولة بنت حكيم دخلت علي عمر بن الخطاب فقالت : ان الربيعة بن امية استمتع بامرة مولدة فحملت منه فخرج عمر… يجر ردائه فزعاً فقال هذه المتعة و لو كنت تقدمت فيه لرجمته»
Ürvə ibn Zübeyrdən belə nəql olunub ki, dedi: Həkimin qızı Xulə Ömər ibn Xəttabın hüzuruna gəlib:
- Rəbi ibn Üməyyə uşaq doğan bir qadından bəhrələndi və o qadın hamilə oldu,- dedi. Ömər bu sözü eşitcək əsəbi halda əbasını çəkə-çəkə evdən çıxdı və:
- Bu mütədir. Əgər bundan öncə bu barədə rəyimi desəydim mütləq onu daşqalaq edərdim,- dedi.
«عن ابن جريح قال: اخبرني ابو الزبير عن جابر قال: قدم عمرو بن حريث الكوفة فاستمتع بمولاة فأتي بها عمر و هي حبلي فسأله فاعترف قال فذلك حين نهي عنها عمر»
Nəql olunmuşdur ki, İbn Cüreyc dedi: Əbu Zübeyr Cabirin dilindən belə deyirdi:
- Ömər və İbn Hüreys Kufəyə daxil oldular. O, bir kənizi mütə edib. Ömərin yanına gətirdi. Kəniz hamilə idi. Ömər soruşdu və o da etiraf etdi. Bu hadisə Ömər ona qadağa qoyandan sonra baş verdi.

«عن سليمان بن يسار عن امّ عبدالله ابنة ابي خيثمه : ان رجلا قدم من الشام فنزل عليها فقال : ان العزبة قد اشتدت عليّ فابغيني امرأة اتمتع معها قالت : فدلته علي امراه فشارطها و اشهدوا علي ذلك عدولا فمكث معها ماشاءالله ان يمكث ثم انه خرج فاخبر عن ذلك عمر بن الخطاب فارسل الي فسألني احق ما حدثت؟ قلت : نعم قال فاذا قدم فاذنيني فلما قدم اخبرته فارسل اليه فقال: ما حملك علي الذي فعلته ؟ قال ثم لم ينهانا عنه حتي قبضه الله ثم مع ابي بكر فلم ينهنا عنهفعلته مع رسول الله حتي قبضه الله ثم معك فلم تحدث لنا فيه نهيا فقال عمر: اما و الذي نفسي بيده لو كنت تقدمت في نهي لرجتمك بينوا حتي يعرف النكاح من السفاح.»
Süleyman ibn Yəsardan (o da Umm Abdullah Əbi Xeysəmənin qızından) nəql olunmuşdur ki, Şamdan gələn bir kişi onun yanına gəldi və:
- Subaylıq mənə çox təsir edir. Bir qadın gətir, ondan (mütə etməklə) bəhrələnim, - deyə söylədi.
Mən ona bir qadın göstərdim. O, bir neçə adil şəxsi şahid tutaraq həmin qadınla evləndi. Allahın müqəddər etdiyi qədər orada qaldı. Sonra evdən çıxdı. Ömər ibn Xəttab bu işdən xəbər tutanda yanıma adam göndərib bu hadisənin nə qədər doğru olduğunu soruşdu. Mən, deyilənləri təsdiqlədim.
O, dedi:
- Hər zaman gəlsə, məni xəbərdar et.
Mən də həmin kişi yanıma gələndə Ömərə xəbər verdim. Ömər onu yanına çağırıb soruşdu:
- Bu işi görməyinə səbəb nədir?
- Mən Allahın rəsulunun zamanında bu işi gördüm və o həzrət dünyasını dəyişənədək məni bu işdən çəkindirmədi. Ondan sonra Əbubəkrlə idim. O da dünyadan gedənə qədər bu işə qadağa qoymadı. İndi səninləyik. Bizə bu haqda əmr və ya qadağa çatmamışdır.
Ömər dedi:
- Canım əlində olana and olsun əgər bundan öncə mənim qoyduğum qadağadan xəbər tutmuş olsaydın səni daşqalaq edərdim. Elan edin ki, mütə nikahı zina sayılsın.
«ان سلمة بن امية بن خلف الجحمي استمتع من سلمي مولاة حكيم بن امية بن الاوقص الأسلمي، فولدت له فجحد ولدها فبلغ لذلك عمر فنهي عن المتعة»
Sələmə ibn Uməyyə ibn Xələf Cuhəmi, Həkim ibn Uməyyə ibn Əvqəs Əsləminin kənizindən bəhrələndi (yəni onu mütə etdi) və kəniz ondan bir uşaq dünyaya gətirdi. Sələmə uşağı inkar etdi. Hadisə Ömərin qulağına çatanda mütəni qadağan etdi.
Bu hədislər mütənin peyğəmbərin vəfatından sonra, ikinci xəlifə Ömərin zamanında haram edilməsinə aydın bir sübutdur. Hədislərdə qeyd olunduğu kimi Əli(əleyhis-salam), Cabir ibn Abdullah Ənsari, Ömərin özü, İbn Abbas və başqa böyük səhabələr mütənin peyğəmbərin vəfatından sonra, ikinci xəlifə tərəfindən haram olunduğunu söyləmiş və məhz onun bu peyğəmbər sünnəsinin müqəddəs İslam dinindən silmək istədiyini bəyan etmişlər. O, hədəfinə çatmaq üçün ağır cazalar da təyin etmişdir. Hər bir oxucu bu hədisləri mütaliə etməklə eyni qənaətə gələ bilər.

Mütə nikahı Əhli-beyt görüşlərində

Əhli-beyt müqəddəs İslam dininin hamisi və İslam ümmətinin hidayətçisi olduquna görə İslam dinində bidət qoymaq istəyən hər kəslə mübarizə aparıb şəriət gəmisini bu fırtınalı fitnə və bidət dənizindən əmin-amanlıq sahilinə çatdırmağa çalışmışdır. Ona görə də onlar böyük problemlərlə üzləşmiş, sonda şəhadət şərbəti içərək yaradanın görüşünə tələsmişlər.
Əhli-beytin (əlehyimus-səlam) mütə haqqında baxışları olduqca şəffaf və aydındır. Peyğəmbərin vəfatından sonra onun həzrət Əlidən (əleyhis-səlam) tutmuş imam Həsən Əsgəriyə (əleyhis-səlam) kimi Əhli-beyti (əlehyimus-səlam) həmişə mütə nikahının halal olduğunu təkid etmiş və mütə nikahını peyğəmbərin həsənə sünnəsindən saymışlar. Bu indi də belədir və qiyamət gününədək də sünnə olaraq qalaçaqdır.
Bu haqda Əhli-beytdən (əlehyimus-səlam) bizə gəlib çatmış hədisləri üç hissəyə bölmək olar:
Birinci qrup hədislər: Mütə nikahının halallığından və bu hökmün nəsx (ləğv) olmadığınından söz açan hədislər.
İkinci qrup hədislər: Mütə nikahına əməl etməyin savablığını, onun ilahi rəhmətə və günahların bağışlanmasına səbəb olduğunu çatdıran hədislər.
Üçüncü dəstə hədislər: Mütə qadağasının ikinci xəlifə Ömər tərəfindən həyata keçdiyini açıqlayan hədislər.
Bu mövzuda daha ətraflı məlumat vermək üçün Əhli-beyt (əleyhis-səlam) hədislərinin nəqli və şərhinə başlayırıq.

1. Mütə nikahının halallığından və nəsx olmadığınından söz açan hədislər
عن المتعة فقال نزلت في القرآن: فما«عن ابي بصير قال سالت ابا جعفر استمتعتم به منهن فاتوهن اجورهن فريضة»
Əbu Bəsirdən nəql olunur ki, dedi: imam Baqirdən (əleyhis-səlam) mütə nikahı haqqında soruşdum. İmam (əleyhis-səlam) buyurdu: "Quranda "fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh” ayəsi mütə barəsində nazil olmuşdur.”
: قال كان يقرأ (فما استمتعتم به منهن الي«عن ابي بصير عن ابي جعفر اجل مسمي)»
Əbu Bəsir İmam Baqirdən (əleyhis-səlam) nəql edir ki, o həzrət həmişə "fəməstəmtətum” ayəsini "ila əcəlin musəmma” cümləsi ilə birlikdə oxuyardı.
عن المتعة فقال: فما استمتعتم«عن بكربن محمد قال: سالت ابا عبدالله به منهن فاتوهن اجورهن فريضة»
Nəql olunmuşdur ki, Bukeyr ibn Məhəmməd dedi: İmam Sadiqdən (əleyhis-səlam) mütə haqqında soruşdum. O,:
- "Fəməstəmtətum bihi minhunnə fəətuhunnə ucurəhunnə fərizəh” ayəsi mütə barəsində nazil olmuşdur,”- deyə cavab verdi.
: فما استمتعتم به منهن فاتوهن اجورهن فريضة فهذه الآية«قال الصادق دليل علي المتعة»
İmam Fəməstəmtətum bihi minhunnə fəətuhunnəSadiq(əleyhis-səlam) demişdir: " ayəsi mütə nikahına dəlil və şahiddir.”ucurəhunnə fərizəh.
فقال ما تقول«عن زرارة قال: جاء عبدالله بن عمير الليثي الي ابي جعفر فهي حلال الي يوم القيامةفي متعة النساء؟ قال احلها في كتابه و علي لسان نبيه و ان كان فعل ! مثلك يقول هذا و قد حرمها عمر و نهي عنها؟ فقال فقال يا ابا جعفر فقال اني اعيذك بالله من ذلك ان تحلّ شيئا حرمه عمر! فقال له انت علي قول صاحبك و »انا علي قول رسول الله

Zurarədən rəvayət olunur ki, dedi: Abdullah ibn Umeyr imam Baqirin(əleyhis-səlam) yanına gəlib:
- Mütə barəsində nəzəriniz nədir?- deyə soruşdu.
İmam(əleyhis-səlam):
- Allah-taala öz kitabında və rəsulunun vasitəsilə mütəni halal etmişdir. Mütə nikahı qiyamət gününədək halaldır, - deyə cavab verdi.
- Ey Əbu Cəfər, Ömər bu işi haram etdiyi təqdirdə sizin kimi bir şəxsiyyət belə bir söz danışırsınız?
- Hərçənd haram etmişsə də! - dedi imam.
Abdullah ibn Umeyr üzünü imama çevirib dedi:
- Mən sizdən Allaha pənah aparıram. Ömər bir şeyi haram edir və siz isə onu halal!
- Siz öz sahibinizin sözündə qalın, mən də Allahın rəsulunun sözündə,- deyə imam cavab verdi.
قال المتعة نزل بها القرآن و جرت بها«عن ابي مريم عن ابي عبدالله »السنة من رسول الله
Əbi Məryəmdən nəql olunan rəvayətə görə imam Sadiq (əleyhis-səlam) dedi: "Mütə nikahına dair Quranda ayə nazil olmuşdur və rəsulullahın (səlləllahu əleyhi və alihi və səlləm) sünnəsi ona müvafiqdir.”
المتعة ولم يحرمها حتي احل رسول الله«عن الامام الرضا قبض»
Nəql olunur ki, İmam Rza (əleyhis-səlam) buyurdu: "Allahın rəsulu mütə nikahını halal etmiş və öz vəfat gününə qədər ona qadağa qoymamışdır.”
Gördüyünüz kimi, məsum imamlardan bizə çatmış bu hədislər "Nisa” surəsinin 24-cü ayəsinin mütə nikahı barəsində nazil olduğunu göstərir. Bu ayənin Əhli-beyt (əleyhimus-səlam) tərəfindən "ila əcəlin musəmma”cümləsi ilə birgə qiraəti də bu həqiqəti dəstəkləyir.

Sözü gedən Əhli-beyt (əleyhis-səlam) hədislərində açıq-aydın bəyan olunmuşdur ki, mütə nikahı Allah-taalanın şəriət kimi qəbul etdiyi bir nikah olmuş və peyğəmbərin də sünnəsi o həzrətin vəfatınadək ona müvafiq olmuşdur. Mütə haqqında gəzən söz-söhbətlər peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra ortaya atılmışdır.
Yuxarıda deyilənlərə nəzər salsaq görərik ki, biz ilk növbədə Əhli-beytin (əlehyimus-səlam) mütə nikahının caiz olub, nəsx olmadığını təsdiqlədiyini açıqladıq. İnşaallah, mövzunun daha aydın olması üçün mütənin savaba malik olduğunu göstərən hədisləri nəzərinizə çatdıracağıq.
2. Müvəqqəti evlilik savabdır və ilahi rəhmətə səbəb olur
Bu növ hədislərdə mütə nikahının caizliyi (ona qadağa qoyulmaması) ilə yanaşı onun savab bir iş olduğu qeyd edilir. Bu rəvayətlərə əsasən, müvəqqəti evlənmə də daimi evlənmə kimi savabdır. Belə bir evlənmə növü insanın günahdan çəkinməsinə səbəb olduğu üçün mütədən bəhrələnən şəxs Allahın lütf və rəhmətinə nail olur. Bu haqda daha ətraflı danışmaq üçün Əhli-beyt (əleyhimus-səlam) dən bizə çatmış hədisləri araşdırmağa başlayırıq.
: قال قلت: للمتمتع ثواب؟ قال ان«عن صالح بن عقبة عن ابيه عن الباقر كان يريد بذلك عزوجل و خلافا لفلان لم يكلمها كلمة الا كتب الله له حسنة و اذا دنا منها غفر الله له بذلك ذنبا فاذا اغتسل غفر الله له بعدد ما مر الماء علي شعره قال قلت بعدد الشعر قال نعم بعدد الشعر»
Saleh ibn Əqəbə öz atasından və o da imam Baqirdən (əleyhis-səlam) nəql edərək deyir ki, İmam Baqirdən (əleyhis-səlam) soruşdum:
- Mütə etməyin savabı və ya əcri varmı?
- Əgər nikah Allaha xatir və rəsulullahın sünnəsini icra etmək naminə (filan adama etiraz əlaməti kimi) olarsa, onunla danışdığı hər söz müqabilində həsənə və savab əta olunar, evləndiyi üçün günahları bağışlanar. Qüsl edən zaman üzərinə su tökülən bədən tüklərinin sayı qədər günahları bağışlanar, - deyə imam cavab verdi.
- Tüklərinin sayı qədər?- mən soruşdum.
- Bəli, tüklərinin sayı qədər, - deyə imam təsdiq etdi.
قال: يستحب للرجل ان يتزوج المتعة«عن هشام بن سالم عن ابي عبدالله وما احب للرجل منكم ان يخرج من الدنيا حتي يتزوج المتعة ولومرة.»
Hişam ibn Salim İmam Sadiqdən (əleyhis-səlam) nəql edir ki, imam (əleyhis-səlam) dedi: "Mütə nikahı və müvəqqəti evlilik hər bir şəxs üçün müstəhəbdir. Xoşlamıram ki, sizlərdən biriniz ömründə heç olmasa bir dəfə müvəqqəti evlənməmiş bu dünyadan getsin.”
قال: ما من رجل تمتع ثم اغتسل الا خلف الله من كل«عن ابي عبدالله قطرة تقطر منه سبعين ملكا يستغفرون له الي يوم القيامة ويلعنون متجنبها الي ان تقوم الساعة»
Nəql edirlər ki, imam Sadiq (əleyhis-səlam) buyurdu: "Mütə edən kəsin qüsl edən vaxt bədənindən axan hər damla suya Allah-taala yetmiş mələk məmur edər ki, qiyamət gününə qədən onun üçün bağışlanma siləsinlər. Mütədən imtina edən və uzaq duran kəslərə isə qiyamət gününədək lənət göndərmək tapşırılar.”
Gördüyünüz kimi, bu növ hədislərdə mütə nikahının caiz olmasından əlavə onun savabı haqda danışılır.
Bu hədislərlə öncəki hədislər arasında nəzərəçarpacaq fərq budur ki, bundan öncəki hədislərdə mütənin halallığı və nəsx olunmaması haqqında danışılırdı.
Axırda sadalanmış hədislərdə isə hikmət sahibi Allah tərəfindən mütə edən şəxsə əta olunan rəhmət və savabdan söz açılır. Belə hədislər ilk öncə müvəqqəti nikahın da daimi nikah kimi ilahi razılıq və əfvə səbəb olduğunu nümayiş etdirir. İkinci mətləb budur ki, Əhli-beytin (əleyhimus-salam) mütə barəsində fikirləri mütənin halallığı mövzusu ilə xülasə olunmur. Belə ki, Əhli-beyt (əleyhimus-salam) bu nikah növünün ilahi rəhmət və bərəkət nazil edən müstəhəb bir iş olduğuna etiqad bəsləmişlər. Aydındır ki, kişi və qadını zina, livat və digər böyük günahlara batmağa qoymayan onlara Allah yolunda sabit qədəm olmaqda kömək edən bu nikah Allahın razı olduğu, onun rəhmət və lütfünə səbəb olan bir nikahdır.
Buraya qədər deyilənlərlə kifayətlənirik. Mövzunun tamamlanması üçün Əhli-beytin (əleyhimus-salam) mütənin Ömər tərəfindən təhrim olunması barədə baxışlarını açıqlayırıq.
3. Ömər müvəqqəti nikahı haram etmişdir
Keçən bölmədə iki məzhəbin kitablarından seçdiyimiz hədislərdən məlum oldu ki, mütə nikahının haram edilməsi peyğəmbərin (səlləllahu əleyhi və alihi və səlləm) vəfatından sonra ikinci xəlifə Ömərin zamanında baş vermişdir. Bu arada əhli-sünnə kitablarındakı hədislərə nəzər salaraq onları izah etdik. Əhli-beytdən (əleyhimus-salam) bizə çatmış hədislər də bu rəvayətləri təsdiq edir. Məlum olur ki, Əhli-beytin (əleyhimus-salam) mütə nikahına qadağaya baxışları əhli-sünnə hədislərində deyilənlərlə üst-üstə düşür. Daha artıq məlumat almaq üçün iki hədis qeyd edirik.
 قال: قال جابر بن عبدالله عن رسول الله«عن محمد بن مسلم عن ابي جعفر يقول: لولا ما سبقني ابنانهم غزوا معه فاحل لهم المتعة ولم يحرمها وكان علي الخطاب ما زني الا شقي.»

Məhəmməd ibn Müslim rəvayət edir ki, imam Baqir (əleyhis-səlam) dedi: Cabir ibn Abdullah rəsulullahdan nəql edir ki, onlar Allahın rəsulu ilə birlikdə müharibədə idilər. Rəsulullah mütəni halal etdi və sonradan da haram buyurmadı. Əli (əleyhis-səlam) həmişə deyərdi: "Əgər Ömər ibn Xəttab mütəni haram etməkdə irəli düşməsəydi bədbəxt və amansız insandan savayı heç kəs zinaya yol verməzdi.”
«ابي هل نسخ آية المتعة شئ؟ قال: ولولاعبدالرحمن بن ابي ليلي قال: سألتُ ابا عبدالله نهي عمر عنها ما زني الا شقي.»
Əbi Əbdurrəhman ibn Leyli nəql edir ki, imam Sadiqdən (əleyhis-səlam) soruşdum:
- Mütə nikahı haqqında olan ayəni nəsə (digər bir ayə və ya hədis) ləğv etmişdirmi?
- Əgər Ömər mütə nikahını haram etməsəydi, amansız və bədbəxt adamlardan savayı kimsə zina etməzdi,- deyə imam cavab verdi.
Əhli-beytdən nəql olunan bu hədislərdən dəyərli və mühüm nöqtələr aydın olur:
Hədislərin bir qismində bəyan olunur ki, Əhli-beyt (əleyhimus-salam) mütə nikahını halal və caiz bilir. Hərçənd bəziləri bu həqiqəti danmağa çalışırlar.
İkinci qisim hədislər mütənin halal olması ilə yanaşı Əhli-beytin (əleyhimus-salam) nəzərincə, onun savab olduğunu təsdiqləyirlər.

Üçüncü qisim hədislər yuxarıda sözü gedən hədislər kimi aydın şəkildə göstərir ki, mütə nikahını ikinci xəlifə Ömər haram etmişdir. Bu hədislər Əhli-beytin (əleyhimus-salam) mütə haqqında baxışlarının Qurana uyğun və müsbət bir baxış olduğunu aydınlaşdıraraq, onların mütəni haram bildiyini deyən şəxslərin iddiasını rədd edir.

Nəticə

Bu fəslin ilk bölməsində Quranın müvəqqəti nikah haqqında olan ayələrindən danışdıq. Məlum oldu ki, Qurani-kərim müvəqqəti nikaha münasibətini aydın şəkildə qeyd etmişdir. Bu məsələni sübut etmək üçün böyük səhabələrin, tabeinin və təfsirçilərin sözlərinə də istinad etdik. İkinci bölmədə mütənin peyğəmbər sünnəsindəki yerindən söhbət açdıq. Məlum oldu ki, həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) öz həyatında mütə nikahının halal olmasını, həm də onun nəsx olunmamasını bəyan etmişdir.
Habelə mütənin xəlifə Ömərin hakimiyyəti zamanı haram olunması da hədislərdə qeyd olunmuşdur. Sonuncu bölmədə isə Əhli-beytin (əleyhimus-səlam) bu barədə fikirlərini araşdırdıq. Belə ki, Əhli-beyt (əleyhimus-səlam) müvəqqəti nikahı halal saymış, onun nəsx olunmadığını söyləmiş və bu əməlin müstəhəb və savab olduğunu təsdiqləmişlər.

Məqalə yazarın "Müvəqqəti nikah” kiatbından götürülmüşdür.
 
Media-islam.com
 
Zülfüqar Mikayıl
Категория: Şiə cavablari | Просмотров: 3890 | Добавил: qedir-xum | Рейтинг: 0.0/0
Всего комментариев: 8
15/Февраля/2011
8. Zaur [Material]
Elvin əvvəl sən butov millətin haqqina girdin. Bu aqir gunahdir. Ikincisi istar daimide, istersede muvaqqati kebinde qadinin raziliqi olmazsa kəbin batil olur. Müvəqqəti kəbin məcburi deyil. Səbr olunsa daha yaxşıdır. Qadın boşandıqdan sonra ixtiyarı özündə olur. Qərarı da ozü verir. Müvəqqəti kəbin əsasən uşaqların zinadan əmələ gəlməsinin qarşısını almaq üçündür. Bildiyiniz bir şey varsa ondan danışın.

10/Февраля/2011
7. ELŞAD [Material]
Cəmi bin ət-Teymiyyi rəvayət edir ki, “Xalamla birlikdə Aişənin (r) yanına getmişdim. Soruşdum ki, peyğəmbər hansı qadını daha çox sevirdi. “Fatiməni” – deyə cavab verdi. “Bəs kişilərdən kimi?” – deyə soruşduqda: “Fatimənin ərini! Bildiyimə görə o çox oruc tutur, çox namaz qılır” – dedi. (ət-Tirmizi, “Mənaqib”, 3873).

2. Ummu Sələmə (r) rəvayət edir ki, “Fəth ilində Rəsulullah (s) Fatiməni (r) çağıraraq onunla xüsusi söhbətləşdi. Fatimə (r) ağladı. Təkrar söhbət etdilər, bu dəfə Fatimə (r) güldü. Rəsulullah (s) vəfat etdikdə Fatimədən ağlamağının və gülməyinin səbəbini soruşduqda, dedi: “Əvvəlcə Rəsulullah (s) mənə öləcəyini xəbər verdi, ağladım. Daha sonra məni Məryəm bint İmrandan başqa bütün Cənnət qadınlarının seyyidi (xanımı) olacağım ilə müjdələdi. Buna görə güldüm” (ət-Tirmizi, “Mənaqib”, 3872).
3. Misvər bin Məxrəmə Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Fatimə məndən bir parçadır. Kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olar” (Buxari, “Kitabul-fadail əshab”, 12/61, 31/107).
4. Aişədən (r) rəvayət olunur ki, “Peyğəmbər vəfatından əvvəl xəstələndiyi zaman Fatiməni (r) yanına çağırdı və ona gizli bir şey dedi. Fatimə ağladı. Sonra bir daha çağırıb Fatiməyə yenə gizli bir şey dedi. Bu dəfə Fatimə güldü. Fatimədən bu ağlama və gülmənin səbəbini soruşduqda, Fatimə: “Peyğəmbər (s) mənə gizlincə bu xəstələyinin sonunda ruhunun alınacağını xəbər verdi. Buna görə ağladım. Sonra mənə yenə gizlincə, mənim onun Əhli-beytindən ona ilk çatan insan olacağımı və ondan sonra gələcəyimi xəbər verdi. Buna görə də güldüm” – dedi”. (Buxari, “Kitabul-fadail əshab”, 12/62).
Rəsulullah (s) qızlarından Fatiməni (r) daha çox sevirdi. Bu səbəbdən hətta Əliyə (r) Fatimə (r) ilə eyni zamanda başqasıyla evlənməyə icazə verməmişdir.
5. Misvər bin Məxrəmə peyğəmbərin (s) belə dediyini rəvayət edir: “Haşim bin Muğirə oğulları qızlarını Əli bin Əbu Talibə vermək üçün məndən izin istədilər. “Mən izin vermirəm! İzin vermirəm! İzin vermirəm! Əgər Əbu Talibin oğlu istəsə qızımı boşasın, sonra onların qızları ilə evlənsin. Çünki Fatimə məndən bir parçadır. Onu incidən şey məni də incidir, ona əziyyət verən şey mənə də əziyyət verir” – dedim” (Buxari, “Kitabun-nikah”, 110/159).


10/Февраля/2011
6. ELŞAD [Material]
Həsən əl-Bəsri rəvayət edir:

Allaha and olsun ki, Həsən ibn Əli (Allah ondan razı olsun), Müaviyəyə (Allah ondan razı olsun) qarşı dağlar qədər böyük bir batalyona başçılıq edirdi. Amr bin əl-As (Müaviyəyə) xitabən belə dedi: “Mən şübhəsiz elə bir ordu görürəm ki, rəqiblərini öldürməmiş geri qayıdan deyillər”. İki şəxsdən ən xeyirlisi olan Müaviyə ona belə cavab verdi: “Ey Amr! Əgər bunlar onları, onlar da bunları öldürsələr, o zaman mənimlə dövlət işlərini idarə etməyə, öz qadınlarına baxmağa, uşaqlarına baxmağa kiml qalacaq?”

Sonra Müaviyə Abd-i-Şəms qəbiləsindən Əbdürrəhman bin Sumurə və Abdullah ibn Əmir bin Kureyz adlı iki Qüreyşlini Həsənin (Allah ondan razı olsun) yanına göndərərək onlara belə söyləməyi tapşırdı: “Bu kişinin (yəni Həsənin) yanına gedin, onunla sülh danışıqları aparın, onunla danışın və ona müraciət edin.” Beləliklə onlar Həsənin yanına getdilər, onunla danışıb sülh təklifini qəbul etməsi üçün ona müraciət etdilər. Həsən dedi: “Biz Əbdülmütəllibin nəslindəyik , var dövlətimiz var, insanlar isə biri-birini öldürməklə fitnə-fəsad törətməklə məşğuldurlar (onları yalnız pul sakitləşdirir). Onlar Həsənə dedilər: “Müaviyə sənə filan və filan şeyi təklif edir, sülhü qəbul etmək üçün sənə müraciət edərək dönə-dönə xahiş edir. Həsən onlara: “Yaxşı, sizin söylədiyiniz sözlərə görə kim üzərinə məsuliyyət götürür?” Onlar: “Biz buna görə məsuliyyəti öz üzərimizə götürürük.” Beləliklə Həsən nə barədə soruşdusa onlar: “Biz buna görə cavabdehliyi öz üzərimizə götürürük”deyə cavab verdilər. Beləliklə Həsən, Müaviyə ilə sülh sazişini imzaladı.

Həsən (Əl-Bəsri) deyir: Mən Əbu Bəkrin belə dediyini eşitdim, “Mən Allahın Rəsulunu, Ona Allahın salavatı və salamı olsun, minbərdə xütbə verərkən gördüm və Həsən bin Əli də onun yanında idi. Peyğəmbər(Ona Allahın salavatı və salamı olsun) gah insanlara, gah da Həsən bin Əliyə baxırdı və dedi:

“Mənim bu oğlum Seyyiddir (yəni alicənab) və Allah onun vasitəsiylə iki böyük müsəlman dəstəsi arasında sülh yaradacaqdır.”

Cild 3, Kitab 49, Nömrə 867
Səhih Buxari


10/Февраля/2011
5. ELŞAD [Material]
Səhl bin Səd rəvayət etmişdir: "Peyğəmbərlə (s.ə.s) sutrənin arasındakı məsafə bir qoyun keçə biləcək qədər idi". (Kitabul Namaz)

10/Февраля/2011
4. ELŞAD [Material]
.Ənəs (r.a) rəvayət etmişdir: "Bilal Azanın sözlərini iki dəfə təkrarlamağa və iqamədə isə Qad qamətis salət sözündən başqa digər sözləri bir dəfə deməyə əmr olundu" (Kitabul Azan)

10/Февраля/2011
3. ELŞAD [Material]
.Peyğəmbər (s.ə.s) demişdir: "Əməllər niyyətlərə görədir. Hər kəsə öz niyyətinə görə mükafat (savab) veriləcək. Ona görə də kim ki dünyəvi xeyir və ya qadın üçün hicrət edərsə, onda onun hicrəti niyyətində olduğu şeyə görədir". (Kitabul Vəhy)

19/Ноября/2010
2. Elvin [Material]
Allah rizasi ucu cahil milletimizi yanlish melumatlandirmayin.Sadece size ve mute nikahinin halalligina inananlara bu sualai verirem:Sizlerin anasi,bacisi ve arvadi ile mute nikahinin olunmasina nece baxirsiniz?Islam dini qeyretsizlik deyil...Qurani Kerimin surelerini oz xeyrinize deyerlendirmeyin,oturun dushunun!!!!

19/Марта/2010
1. sevinc [Material]
salam-aleykum!men islamda tezeyem.bu din haqqda melumatlanmaq isteyim sonsuzdur!Dogrudur Quranda mute nikahi haqqda yazilib!amma biz indi o dovrde deyilik.yeni indi hicabli,muselman qizla kebine girmek cetin deyil. En-nisa suresinnin 26 ayesinde de deyilir:sebr etseniz bu sizin ucun daha yaxsidir! muselman kisileri sebr edin ve gozel nikah heyatini yalniz bir muselman qadinla yasayin!!!!!!!!!!!!!!!!!!!!!!!! happy

Имя *:
Email *:
Код *: