Bazar ertesi, 22/Июля/2019, 12:51
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 124
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............
Главная » 2013 » Sentyabr » 28 » MOHTESHEM BIR SHER .
10:54
MOHTESHEM BIR SHER .

MOHTESHEM BIR SHER .

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Mövlam, Mövlam, ya Mövlam!

Ya Mövlam! Senin yolunu illerdir gözleyenler var.

Ya Mövlam! Senin adını illerdir sesleyenler var.

Ya Mövlam! Senin hesretini illerdir cekenler var.

Ya Mövlam! Ne zaman geleceksen?

Ne zaman seni sesleyenlerin sesine aşkarda ses vereceksen?

Ne zaman intizarında olanların intizarına son vereceksen?

Ne zaman anan Fatimenin (s.e) qebrini aşkar edeceksen?

Ne zaman hesret alovunu qelblerde söndüreceksen?

Ne zaman ağlar gözleri güldüreceksen?

Ya Mövlam! Ne zaman geleceksen?

Ne zaman bağlı qapılar acılacaq?

Ne zaman qesb olunmuş torpaqlar azad edilecek?

Ne zaman ucurulmuş, dağıdılmış mescidler berpa edilecek?

Ne zaman Şuşa mescidinin minaresinden azan sesi gelecek?

Ne zaman felestinlilerin göz yaşları quruyacaq?

Ne zaman Qezzadakı körpelerin üzleri gülecek?

Ne zaman mezlumların feryadına yetişilecek?

Ya Mövlam, ne zaman geleceksen?

Bilirem Mövlam, eger seninle görüşmek leyaqetim olsaydı, mene deyecekdin ki, bütün bu sualların cavabını özünüzde axtarın.

Bilirem Mövlam, eger sen gelmirsense, bütün bunların sebebkarı bizlerik.

Bizler ne zaman senin zühruna hazır olduq ki, sen gelmedin?!

Bizler ne zaman bütün vücudumuzla sene teref yönelerek, seni cağırdıq ki, sen gelmedin?!

Bizler ne zaman boynumuza düşen vacibatları vaxtlı-vaxtında yerine yetirdik ki, sen gelmedin?!

Bizler ne zaman namazlarımızı evvel vaxtda qıldıq ki, sen gelmedin?!

Bizler ne zaman insanları yaxşı işlere devet etderek, pis işlerden cekindirdik ki, sen gelmedin?!

Bizler ne zaman verdiyimiz vedlere emel etdik ki, sen gelmedin?!

Bizler ne zaman valideyinlerimizle yaxşı davrandıq ki, sen gelmedin?!

Bizler ne zaman aile üzvülerimize qarşı mehriban olduq ki, sen gelmedin?!

Bizler ne zaman övladlarımıza Allah beyenen qayğını gösterdik ki, sen gelmedin?!

Bizler ne zaman bütün vücudumuzla Xanım Zehranın (s.e) qebrinin hesretinde olduq ki, sen göstermedin?!

Mövlam, bütün işlerimizde ya ifrata getdik, ya da tefrite.

Bilirem Mövlam, eger sen gelmirsense, bütün bunların sebekarı bizlerik.

Mövlam hec yadıma gelmir ki, ne vaxtsa yemek yeyerken dünyadakı ac ve susuz insanlar yadıma düşsun ve men yemekden el cekim.

Mövlam, hec yadıma gelmir ki, geceler şirin-şirin isti yataqda yatarken dünyadakı evsiz-eşiksiz insanlar yadıma düşsun ve yuxum qacsın.

Mövlam, hec yadıma gelir ki, bir gün yuxudan esirlikde ve zindanlarda olan möminlerin,mezlumların ah-nale seslerini eşiderek, ezalarının ağrılarını hiss ederek oyanım.

Mövlam, hec yadıma gelmir ki, ne vaxtsa Qarabağda, Felestinde ve dünyanın diger yerlerinde esir ve itkin düşmüş xanımların taleyi meni narahat etsin ve halım pis olsun.

Mövlam, hec yadıma gelmir ki, ne vaxtsa yetim qalmış körpelerin durumu meni düşündürsün, narahat etsin.

Mövlam, hec yadıma gelmir ki, sonuncu defe hansı qohumumu ziyaret etmişem.

Mövlam, hec yadıma gelmir ki, ne vaxtsa hansısa bir qonşumun problemleri ile maraqlanmışam.

Mövlam, hec yadıma gelmir ki, ne vaxtsa möminlerin qelbini sevindirmişem.

Mövlam, hec yadıma gelmir ki, ne vaxtsa derdli insanların derdine şerik olmuşam.

Mövlam, hec yadıma gelmir ki, ne vaxtsa Allah beyenen işleri görmekde dostlarımla yaxşı menada yarışmışam.

Mövlam hec yadıma gelmir ki, ne vaxtsa dinimin işlerini öz işlerimden üstün tutmuşam.

Mövlam hec yadıma gelmir ki, hansısa bir günümü tam olaraq Allahın beyendiyi terzde yaşamışam.

Bilirem Mövlam, eger sen gelmirsense, bütün bunların sebebkarı bizlerik.

Bilirem Mövlam, bilirem…


ZEKİ ELEMDAR
Категория: Ədabiyyat | Просмотров: 887 | Добавил: qedir-xum | Рейтинг: 5.0/1
Всего комментариев: 2
26/Октября/2013 Спам
2. Ceyhun Efendiyev (WahHuseyn3974)
halal

22/Октября/2013 Спам
1. aygun
halal olsun eehsen ehsen yenede ehse seiri goturdum halal ele

Имя *:
Email *:
Bütün smayllar
Код *: