İmam Huseynin bacısı Zeynəbə müraciəti
Yolma zülfün,zarıma ,ağlama divanə bacım, Boyanım isti qum üstündə gərək qanə,bacım.
Bu dərin sevgidi,məsum yaradıb Tanrı bizi, Ahu-zar işrə keçirtdik bu qısa ömrümüzü. Vəsf edək burda da ölməklə böyük Rəbbimizi, Bu şirin canı verək Tanrıya mərdanə,bacım.
Atamız Həzrət Əli gör neçə dərd içrə qalıb, Kafir,enməz başını düz namaz üstündə yarıb, Abbas on parçalanıb,namus ilə can qurtarıb, Əsğəri qıymadı Abbas ki,susuz yanə,bacım,
Bəs edir bil,onsuz da Həsənin dağı mənə, Min əzab ilə o cür qardaşı bükdüm kəfənə, Əllərim çəkdi xəcalət dəyibən gül bədənə, Eylədi bir də cınıq könlümü viranə,bacım.
Babam elan eləyib,dinimin divanəsiyəm, Mən də öz şəmimin avareyi-pərvanəsiyəm, O vüsal anım üçün şəmim ilə yanəsiyəm, Sakit ol,nəslimi qurban kəsim ol anə,bacım.
Şəhi-şəhid mənəm öz Rəbbimə,durduqca bəşər, Mənə yüz min bacının naləsi,bil,etməz əsər. Qədirə od vuracaq həqqi-sayım həşrə qədər Ta ki, şeşquşə qəbirçün qıya bir canı,bacım
|