Şembe, 20/Апреля/2024, 10:51
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Namaz qiliram?
Cemi cavab: 125
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » İyun » 28 » Allah israf edənləri sevmir
18:35
Allah israf edənləri sevmir

Quranın ən çox vurğuladığı mövzulardan biri israfdır. İsraf geniş bir məfhumdur və yəkcə iqtisadiyyata və əxlaqa aid deyildir. Bəlkə israf kəlməsi etiqada da aid bir mövzudur. 

İsraf kəlməsi Quranda 23 dəfə çəkilmişdir. Müxtəlif mənalara şamil edilmişdir: hər cür ifrata, təfritə, mötədillikdən çıxmağa aid edilmişdir. Ona görə də israf təkcə ifrat və təfrit deyildir. İsraf dedikdə yəni, orta həddən çıxmaq deməkdir. Ona görə də mötədilliyi poza bilən hər bir əməl israf sayıla bilər. Fəsad da bu cür əməllərdəndir. İsraf sözü Quranda küfr, zülm, fəsad kəlmələri ilə bir yerdə işlənmişdir. 

Bəzən biz ayağımızı daha yüksəyə qoyur və orta həddi aşırıq. İsraf etmək müasir evlərin bir çoxunda müşahidə edilən məsələlərdəndir. Hər kəsin də bunun üçün bəhanəsi vardır: "Mənim abrım var, əgər mən bu işi görməsəm deyərlər ki, xəsisdir”. 

İsrafın ən bariz nümunəsi qonaqlıqlarımızdır. Həmişə qonaqlarımızın narahat olmasının qəmini çəkirik. Deyirik ki, süfrəmizdə yəqin ki, çatışmamazlıqlar vardır. Evə çağırdığımız bir neçə qonağa görə o qədər israf edirik ki, bir Allah bilir. Elə bil ki, ən böyük bir toy mərasimi süfrəsi təşkil edirik. 

Evə qonaq gəlməmişdən qabaq evin xanımları mətbəxdən çıxmazlar və evi müxtəlif çeşit yeməklərin iyi bürüyər. O qədər yorğun olarlar ki, qonaqları istədikləri kimi qarşılaya bilməzlər. Süfrədə müxtəlif çeşit salatlardan tutmuş isti yeməklərə qədər hər şey olar. Sonra da narahat olarlar ki, ey kaş filan yeməyi də hazırlayaydım. 

Bəs cəmi üç nəfər qonaq üçün bu qədər israfa yer varmı? Qonaqlar gedəndən sonra ev sahibi süfrəyə baxar və görər ki, yeməklərin əksər hissəsi toxunulmamış qalmışdır, yeməklər yenidən mətbəxə geri qayıdar. İndi ev əhli gərək bir neçə gün bu yeməkləri isidib, yeməlidir. 

Bəs bu süfrəni sadə təşkil edə bilərdikmi? Belə görünür ki, bəli. Bir salat, bir çeşid isti yemək və bir qədər meyvə - bu qonaqlıq üçün kifayətdir. Bu qədər ki, süfrəmizi düşünürük, bəs rəftarımızı düşünürükmü? 

Allah buyurur: "Elə ki, çətinlik və ziyanı ondan götürürük Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi (çıxıb) gedər! İsraf edənlərə etdikləri əməllər beləcə zinətləndirilmişdir”. ("Yunus” 12). 

«İsraf edənlərin (həddini aşanların) əmrinə tabe olmayın». ("Şuəra” 151). 

"Həqiqətən Allah israfçı və yalançını hidayət etmir”. ("Ğafir” 28). 

"Yeməkdə və verməkdə) israf etməyin ki, həqiqətən, Allah israf edənləri sevmir”. ("Ənam” 141). 

Bu ayələrə nəzər salaraq bir qədər düşünək və əməllərimizi islah etməyə çalışaq. Özümüzü Allaha yaxınlaşdıraq, lənətlik iblisə deyil. 



(Tebyan/ Deyerler.org)
Категория: Qurani Kərim | Просмотров: 672 | Добавил: Muselmanka | Рейтинг: 5.0/1
Всего комментариев: 1
28/Сентября/2013
1. Razi [Material]
Cax sagolun

Имя *:
Email *:
Код *: