Cüme, 29/Марта/2024, 11:26
Приветствую Вас Qonaq | RSS
Bu günün mövzuları
Onliine olanlar
Statistika
Flag Counter
Daxil ol

Unutma!
Sorğu
Кто вы
Cemi cavab: 82
Videolar

اللهEdrikna Ya Mehdi (e.f)!الله

Qəlb təmiz olarsa dildən gözəl sözlər çıxar. Hz Əli (ə.s) ............... Mövzulara rəy yazmağı unutmayın ............

Главная » 2013 » Sentyabr » 30 » Aşura Ziyarəti (Azeri ve Erebce)
11:26
Aşura Ziyarəti (Azeri ve Erebce)


Aşura Ziyarəti Azərbaycanca

Salam olsun sənə, ey Əba Əbdillah (Əbdullahın oğlu) - Salam olsun sənə, ey Allah elçisinin övladı 
      
Salam olsun sənə, ey Aliahaın seçdiyi və seçdiyinin oğlu - Salam olsun 
sənə, ey möminlər əmirinin oğlu və ey vəsilər ağasının oğlu - Salam 
olsun sənə, ey aləm qadınlarının xanımı Fatimənin oğlu 
Salam olsun 
sənə, ey Allahın intiqamını alan və ey Allahın intiqamını alanın oğlu! 
Ey o kəs ki, köməkçilərinin hamısı şəhadətə yetdi və sənin intiqamını 
almaq üçün bir kəs qalmadı! 
       Salam olsun sənə və o ruhlara 
ki, sənin qarşında təzim etdilər. Sizin hamınıza məndən Allahın salamı 
olsun, nə qədər ki, mən varam və gecə-gündüz bərqərardır. Ey Əba 
Əbdillah, sənin müsibətin və matəmin bizim üçün və bütün müsəlmanlar 
üçün böyükdür. Sənin müsibətin asimanlarda bütün səma əhlinə böyükdür, 
yanıqlıdır. Allah lənət etsin o ümmətə ki, siz Əhli-beytə qarşı bu 
zülmün və amansızlıqların əsasını qoydular, Allahın sizin üçün müqəddər 
etdiyi məqam və mənzilətdən məhrum etdilər, uzaq saldılar. Allah lənət 
etsin o ümmətə ki, sizi qətlə yetirdi. Allah lənət etsin o kəslərə 
ki.sizə qarşı müharibənin müqəddiməsini işləyib hazirladı (şərait 
yaratdılar). Onlardan, onlara tabe olanlardan, dostlarından Allaha və 
sizə təbərri edirəm (sığınıram). Ey Əba Əbdillah, həqiqətən mən 
qiyamətə kimi sizinlə sülh-səfada olanlarla sülhdə, sizintə müharibədə 
olanlarla müharibədə olacağam. Allah lənət etsin Ziyad övladlarına, 
Mərvan övladlarına. Allah lənət etsin bəni-üməyyənin hamısına. Allah 
lənət etsin Mərcanın oğluna (ibni Ziyada), Allah lənət etsin Ömər ibni 
Sədə, Allah lənət etsin Şimrə, Allah lənət etsin o admlara ki, atlarını 
səninlə müharibə etmək üçün yəhərləyib, cilovlayıb, üzlərinə niqab 
saldılar, müharibəyə ciddi hazırlaşdılar. 
Atam-anam sənə fəda 
olsun, həqiqətən mənim sənə matəm saxlamağımın əcri və savabı çox-çox 
böyükdür. Sənin məqamını əziz edən və senin səbəbinlə məni əzizləyib 
ikramlı edən Allahdan istəyirəm ki, Muhəmməd (səlləllahu əleyhi və 
alihi və səlləm)-in Əhli-beytindən olan qalib Imamın (İmam Zamanın) 
önündə sənin intiqamını almağı mənə nəsib etsin. Ilahi, imam Hüseyn (ə) 
xatirinə məni dünya və axirətdə Öz yanında abırlı-həyalı, uca şanlı et! 
Ey Əba Əbdillah, həqiqətən mən səninlə dostluq, bu zülmlərin əsasını 
qoyan və bu əsasda hərəkət edən, sizə və sizin şiələrə qarşı zülm və 
cəfasını davam etdirənlərdən bezar olmaqla Allaha, Onun Rəsuluna, 
Əmirəl-mömininə, Fatiməyə, Həsənə və sənə yaxınlaşmaq istəyirəm. 
Allahın dərgahında və sizin hüzurunuzda onlardan bezarlığımı bildirir, 
siz və sizi sevənlərə məhəbbət göstərməklə, həmçinin sizin 
düşmənlərinizdən, sizinlə müharibə edənlərdən, onların dostlarından və 
onlara tabe olanlardan bezarlıq etməklə, əvvəl Allaha, sonra isə sizə 
yaxınlaşmaq istəyirəm. mən sizinlə sülh edənlərlə sülh, müharibə 
edənlərlə müharibə edirəm, sizi sevib məhəbbət göstərənlərlə dost, 
sizinlə düşmənçilik edənlərlə düşmənəm. Siz və sizin dostlarınız barədə 
mərifət kəsb etmək səbəbilə məni kəramətli edən, düşmənlərinizdən 
bezarlıq etməyi mənə ruzi nəsib edən Allahdan istəyirəm ki, məni dünya 
və axirətdə sizin yolunuzda, əməli saleh, uca dərəcəli, qədəmlərimi 
sidq qədəmli, sabitqədəm etsin. Ondan istəyirəm ki, məni sizin Allah 
yanında malik olduğunuz bəyənilmiş məqama (məqami məhmuda-şəfaət 
məqamına) çatdırsın, Siz Əhli-beytdən olan hidayətçi, haqqı 
deyən aşkar İmamın (İmam Zaman əleyhissəlamın) önündə sizin 
intiqamınızı almağı mənə nəsib etsin. 
        Allahı, 
sizin Onun yanında olan haqqınız, məqam və mənzilətinizə and verib, 
istəyirəm ki, sizə matəm saxlamaq müqabilində mənə ən yaxşı xeyir əvəzi 
versin, elə bir əvəz ki, matəm saxlayanlara verilər. Bu, İslamda, 
həmçinin bütün asimanlarda və yerdə əsər-əlamət qoyan necə də böyük 
müsibətdir. İlahi, məni bu məqamda o kəslərdən qərar ver ki, Sənin 
tərəfindən ona salavat, rəhmət və məğfirət şamil olur. İlahi, həyatımı 
Muhəmməd və Ali Muhəmmədin həyatı kimi, ölümümü Muhəmməd və Ali 
Muhəmmədin ölümii kimi qərar ver. İlahi, həqiqətən bu gün elə bir 
gündür ki, bəni üməyyə, ciyər yeyənin oğlu, Sənin və Peyğəmbər 
(s.ə.a.v)-in dilindən o həzrətin dayandığı, iqamət seçdiyi hər bir 
yerdə lənətlənən məlunun oğlu sevinmiş, bayram keçirmişdir. Ilahi, Əbu 
Sufyana, Muaviyəyə, Yezid ibni Muaviyəyə lənət et. Sənin ebədi lənətin 
onlara olsun! Bu bir gündür ki, Ziyad övladları, Mərvan övladları 
Hüseyn (ə)-ı öldürməklə xoşhal olmuşdur. İlahi, öz lənət və dərdli 
əzabını onlara iki qat artır! 
         Ilahi. Mən bu gündə, bu 
məqamımda və həyatımın bütün günlərində onlardan bezarlıq edib lənət 
göndərməklə, Sənin Peyğəmbərinə və onun övladlarına (salamullahi 
əleyhim) məhəbbət bəsləməklə Sənin dərgahına yaxınlaşıram. (100 dəfə) - 
llahi, Muhəmməd və Ali Muhəmmədin haqqına zülm edən ilk zülmkara və bu 
zülmdə onlara tabe olan sonrakı zülmkarlara lənət et! Ilahi, imam 
Hüseyn (ə)-la müharibə edən, onun qətlində bir-birinə kömək edib, əlbir 
olan və bir-birinin ardınca gələn düşmənlərə lənət et! İlahi, onların 
hamısına lənət et! (100 dəfə) - Salam olsun sənə, ey Əba Əbdillah və 
salam olsun o ruhlara ki, sənin qarşında təzim etmişlər. Bizdən sənə 
Allahın salamı olsun, nə qədər ki, mən varam və nə qədər ki, 
gecə-gündüz bərqərardır. Allahdan istəyirəm ki, sənin bu ziyarətini 
mənim son ziyarətim qərar verməsin. Salam olsun Hüseynə, Əliyyibnil 
Hüseynə, Hüseynin övladlarma, Hüseynin səhabələrinə. ilahi mənim 
lənətimi (Muhəmməd və Ali Muhəmmədin haqqını qəsb edərək onlara zülm 
edən) ilk zalıma məxsus etl Əvvəlcə ilk zalımdan başla, sonra 
ikinciyə, sonra üçüncüyə, sonra dördüncüyə lənət et! İlahi, beşinci 
yerdə Yezidə lənət et! Übeydullah ibni Ziyada, Mərcanənin oğluna, Ömər 
ibni Sədə, Şimrə, Əbu Sufyan övladlarına, Ziyad övladlarına, Mərvan 
övladlarına Qiyamət gününə kimi lənət et! (Səcdəye gedərək)

     - Ilahi, Sənə həmd-səna edirəm, Əhli-beytin 
müsibətində iştirak edənlərin Sənə şükür, həmd-səna etməsi kimi, Allaha 
həmd-səna edirəm müsiybətimin böyüklüyünə görə. İlahi, İmam Hüsevn 
(ə)-ın şəfaətini mənə qismət et, məni, Öz dərgahında Hüseyn (ə) və onun 
səhabələri ilə birlikdə, əməli saleh, uca məqamlı. həqiqət axtaran, 
qədəmlərəmi sidq qədəmli, sabitqədəm et. Elə səhabələr ki, öz ruhlarını 
(yaxud qəlblərini pak qanlarını) Hüseyn (ə)-a fəda etdilər. 




Aşura Ziyarəti Ərəbcə

 


     Əssəlamu əleykə ya Əba Əbdillah. Əssəlamu əleykə 
yəbnə Rəsulillah. Əssəlamu əleykə yəbnə Əmiril-muminin vəbnə seyyidil 
vəsiyyin. Əssəlamu əleykə yəbnə Fatimətə seyyidəti nisail aləmin. 
Əssəlamu əleykə ya Sarəllahi vəbnə sarihi vəl vitrəl məutur. Əssəlamu 
əleykə və ələl ərvahilləti həllət bifinaik. Əleykum minni cəmiən 
salamullahi əbəda ma bəqitu və bəqiyəl leylu vən nəhar. Ya Əba Əbdillah 
ləqəd əzumətir rəziyyətu və cəllət və əzumətil musibətu bikə əleyna və 
əla cəmii əhlil islam və cəllət və əzumət musibətukə fissəmavati əla 
cəmii əhlissəmavat. Fələənallahu ummətən əssəsət əsasəz zulmi 
vəl cəuri əleykum əhləl bəyt və ləənəllahu ummətən dəfəətkum ən 
məqamikum və əzalətkum ən məratibikumulləti rəttəbəkumullahu fiha və 
ləənəllahu ummətətn qətələtkum və ləənəllahul muməhhidihə ləhum 
bittəmkini min qitalikum. Bəri tu iləllahi və ileykum minhum və min 
əşyaihim və ətbaihim və əuliyaihim. Ya Əba Əbdillah inni silmun limən saləməkum və hərbun limən harəbəkum ilə yaumil qiyaməh
Və ləənəllahu alə ziyadin və alə mərvan və ləənəllahu bəni uməyyətə 
qatibəh və ləənallahubnə mərcanəh və ləənallahu umərəbnə səd və 
ləənallahu şimra və ləənallahu ummətən əsrəcət və əlcəmət və tənəqqəbət 
li qitalik. Bi əbi əntə və ummi. Ləqəd əzumə musabi 
bikə, fə əs-əlullahəlləzi əkrəmə məqaməkə və əkrəməni bikə ən yərzuqəni 
tələbə sarikə məə imamin mənsurin min əhli-beyti Muhəmmədin səlləllahu 
əleyhi və alih. Allahumməcəlni indəkə vəcihən bil Huseyni əleyhissəlam 
fid-dunya vəl axirəh. Ya Əba Əbdillah! İnni ətəqərrəbu iləllahi 
və ilə Rəsulihi və ilə Əmiril-muminin və ilə Fatimətə və iləl Həsəni və 
ileykə bi muvalatikə və bil bəraəti mimmen qatələkə və nəsəbə ləkəl 
hərb. Və bil bəraəti mimmən əssəsə əsasə zalikə və bəna 
əleyhi bunyanəhu və cəra fi zulmihi və cəurihi əleykum və əla əşyaikum. 
Bəri tu iləllahi və ileykum minhum və ətəqərrəbu iləllahi summə ileykum 
bi muvalatikum və muvalati vəliyyikum və bil bəraəti min əədaikum vən 
nasibinə ləkumul hərb. Və bil bəraəti min əşyaihim və ətbaihim. İnni silmun limən saləməkum və hərbun limən harəbəkum və vəliyyun limən valakum və əduvvun limən adakum. 
Fə-əs-əlullahəlləzi əkrəməni bimərifətikum və mərifəti əuliyaikum və 
rəzəqənil bəraətə min ə'daikum ən yəc-ələni məəkum fid-dunya vəl 
axirəh. Və ən yusəbbitəli i'ndəkum qədəmə sidqin fid-dunya vəl axirəh. 
Və əs-əluhu ən yubəlliğənil məqaməl məhmudə ləkum Pndəllahi və ən 
yərzuqəni tələbə sarikum məə imamin hudən zahirin natiqin bil həqqi 
minkum və əs-əlullahə bi həqqikum və bişşənilləzi ləkum indəhu ən 
yu'tiyəni bi musabi bikum. Əfzələ ma yu'ti musabən bi musibətihi 
musibəh. Ma ə'zəməha və ə'zəmə rəziyyətəha fil islam və fi 
cəmiis-səmavati vəl ərz. Allahumməcəlni fi məqami haza mimmən tənaluhu 
minkə səlavatun rəhmətun və məğfirəh. Allahumməcəl məhyayə məhya Muhəmmədin və ali Muhəmməd və məmati məmatə Muhəmmədin və ali Muhəmməd. Allahummə 
innə haza yaumun təbərrəkət bihi bənu uməyyəh vəbnu akilətil əkbad. 
Əlləinubnul ləini əla lisanikə və nisani nəbiyyikə səlləllahu əleyhi və 
alih fi kulli məutinin və məuqifin vəqəfə fihi nəbiyyukə səlləllahu 
əleyhi və alih. Allahumməl-ən əbasufyanə və muaviyətə və yəzidəbnə 
muaviyəh, əleyhim minkəl lənətu əbədəl abidin və haza yaumun fərihət 
bihi alu ziyadin və alu mərvanə bi qətlihumul Huseyn səlavatullahi 
əleyh. Allahummə fəzaif əleyhimul lənə minkə vəl əzabəl əlim. Allahummə 
inni ətəqərrəbu ileykə fi hazal yaum və fi mauqifi haza və əyyami 
həyati bil bəraəti minhum vəl lənəti əleyhim və bil muvalati 
linəbiyyikə və ali nəbiyyikə əleyhi və əleyhimus səlam. Sonra bu sözü 100 dəfə devirsən: Allahumməl-ən 
əvvələ zalimin zələmə həqqə Muhəmmədin və ali Muhəmməd və axirə tabiin 
ləhu əla zalik. Allahumməl-ənil isabətəlləti cahədətil Huseyn və şayəət 
və bayəət və tabəət əla qətlih. Allahumməl-ənhum cəmiə. Sonra bu sözü də 100 dəfə devirsən:Əssəlamu 
əleykə ya Əba Əbdillah və ələl ərvahilləti həllət bifinaik. Əleykə 
minni səlamullahi əbəda ma bəqitu və bəqiyəlleylu vənnəhar vəla 
cəələhullahu axirəl əhdi minni liziyarətikum. Əssəlamu ələl Huseyn və 
əla Əliyyibnil Huseyn və əla əuvladil Huseyn və əla əshabil Huseyn.d00 dəfə deyilən hissəsi bura aədərdir) 
Allahummə xussə əntə əvvələ zalimin billəni minni vəbdəh bihi əvvələn summəs-saniyə vəs-salisə vər-rabi. 
Allahimməl-ən yezidə xamisa vəl-ən ubeydullahibni ziyadin vəbnə 
mərcanəh və umərəbnə səd və şimra və alə əbisufyanə və alə ziyadin və 
alə mərvanə ila yaumil qiyaməh. (Duanın bu verində səcdəvə aedib devirsən) 
          Allahummə 
ləkəl həmdu həmdəşşakirin. Ləkə əla musabihim əlhəmdulillahi əla azimi 
rəziyyəti. Allahummərzuqni şəfaətəl Huseyn yauməl vurud və səbbit li 
qədəmə sidqin indəkə məəl Huseyni və əshabil Huseyn. Əlləzinə bəzəlu 
muhəcəhum dunəl Huseyn əleyhissəlam. 
      Qeyd. Əgər 
kimin üçünsə duanın 100 dəfə təkrarlanan hissəsini oxumaq çətin olsa, 
onda təkrarın əvəzinə, duanın qeyd olunan hər iki hissəsini bir dəfə 
deyib sonra bir dəfə "tis ətə və tis-inə mərrəh" (mənası "99dəfə" 
deməkdir) sözünü desin.
Категория: İstek Dualari | Просмотров: 1232 | Добавил: WahHuseyn3974 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
03/Сентября/2015
1. Lale [Material]
,,,

Имя *:
Email *:
Код *: